Kəmaləddin Heydərovların Almanya və İngiltərədəki 200 milyonluk yeni holdinqləri


Azərbaycan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun Almanyanın Düsseldorf şəhərində, Graf-Adolf Platz 15, 40213 ünvanında yeni holdinqi üzə çıxıb.

Beləliklə, internetdə apardığımız araşdırmalar nəticəsində ortaya çıxan məlumatlara görə, Heydərovların biznes-imperiyası “United Enterprises International” adlı holdinqə birləşib.

Address: Lindenallee 75, 45127 Essen, Almaniya Phone:+49 211 88242483

Holdinqin internet səhifəsi (ueiholding.com) bu yaxınlarda yaradılıb və belə təqdim olunur: “Bu vebsayt sizə holdinqimiz və ona aid olan şirkətlər barədə məlumat vermək məqsədi daşıyır”.

Səhifədə yerləşdirilən məlumata əsasən, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov holdinqin idarə heyətinin sədri, onun qardaşı Nicat Heydərov isə sədr müavinidir. Hər ikisi nüfuzlu London İqtisadiyyat Məktəbində təhsil alıblar.

Address: Houghton St, London WC2A 2AE, Birləşmiş Krallıq Phone:

+44 20 7405 7686

Holdinqin Azərbaycanda, İngiltərədə və Almaniyada ofisləri var. Holdinqin Londondakı ofisi 11-12 St James Square ünvanında yerləşir. Almaniyadakı ofis isə Düsseldorf şəhərində, Graf-Adolf Platz 15, 40213 ünvanında qeydiyyatdan keçib.
Bakıdakı ofis Nərimanov prospekti ilə Hacı Murad küçəsinin kəsişməsində yerləşir.
Holdinqin tərkibinə daxil olan şirkətlərdən biri Xəzər kürüsünün satışı ilə məşğul olur və “Caspian Sea Caviar” adlanır. Xatırladaq ki, uzun illər ərzində Xəzərin qara kürüsünün ixracının Heydərovun nəzarətində olduğu haqda mətbuat yazırdı, ancaq bu faktı heç kim təsdiqləmək istəmirdi. İndi isə Kəmaləddin Heydərovun oğullarının başçılıq etdikləri holdinqin vebsaytı vaxtilə dolaşan xəbərlərin həqiqət olduğunu göstərir. Saytda həmçinin “Caspian Sea Caviar” Heydərovların şirkəti kimi göstərilir.
Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova yaxın olan mənbənin bildirdiyinə görə adı çəkilən holdinglərin qurulması üçün Heydərovlar 200 milyon avro pul xərcləməli olublar.

http://www.ueiholding.com/affiliates.html