Paşayevlərin daha bir üzvünün ,Mehriban Əliyevanın bacısı qizi Aida Mahmudovanın Avropa Banklarında miliyonları.Faktlar


Bakıda Akademik Həsən Əliyev Küçəsində yerləşən bu əzəmətli bina ilk görünüşdən hansısa dövlət idarəsini xatırladır.

Bu yaraşıqlı bina YARAT” incəsənət mərkəzinin təsisçisi Aida Mahmudovaya məxsusdur.

Kimdir Aida Mahmudova.??? Sualımız qəribə səslənməsin.Aida Mahmudova Azərbaycanda 24 ildən artıq fəaliyyət göstərən despotik Əliyev – Paşayevlər ailə klan rejiminin bir üzvüdür.Mehriban Əliyevanın bacısı Nərqiz Paşayevanın qızıdır.

Vitse Prezident Mehriban Əliyevanın özüdə daxil bacısı Nərqiz Paşayeva və qızları Ülviyyə, Aida artıq çoxdandır ki, özlərərini talama biznesində də sınayırlar

«YARAT” incəsənət mərkəzi

«Professor» Nərgiz Paşayevanın qızı, «YARAT” incəsənət mərkəzinin təsisçisi Aida Mahmudova Paşayev klaninin,o cumlədən xalasi Mehriban Əliyevanın etibar etdiyi şəxslərdən biridir

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə məhz Mehriban Əliyevanın və Nərqiz Paşayevanın Avropa Banklarında olan maliyyə hesablarinin bir coxu Aida Mahmudovanin adınadır.

Mənbə yaxın vaxtlarda həmin hesablardan bir neçəsinin Aida Mahmudovaya aid olmasını rəsmi təsdiq edən sənədlərlə birlikdə redaksiyamıza göndərilməsinə söz verib.Eyni zamanda mənbə Avropa Banklarında Aida Mahmudovanın adına saxlanılan pul vəsaitinin miqdarını göstərib.

Isveçrə bank UBS 11 million euro

Fransa Gredit Agricole bank 42 millon euro

Deutsch bank 23 millon euro Almaniya

Banca dItalia 17 mln euro Italiya

UK Centrum Bank 38 million funt sterling

Mənbə iddia edir ki, hakim Əliyev və Paşayevlər ailəsinin Avropanın Karlovı Varı (Carlsbad) həndəvərində cəmləşən otellər və dəbdəbəli villalar tikilşlərinə vəsait məhz bu banklardakı hesablarından xərclənmışdır

Nərgiz Paşayeva və qızlarının özəl biznes fəaliyyəti bununla məhdudlaşmır və xeyli vaxtdır ki, bu yirtici klan ailə Türkiyədə də kök salır.

Nərgiz Paşayeva və qizi Ulviyyə

İstanbul Ticarət Palatasının açıqladığı məlumata görə, 2011-ci ilin sentyabrında Nərgiz Paşayeva və qızları otel xidmətləri sahəsində fəaliyyət göstərən “Onüçler Turizm İnşaat Senayi ve Ticaret Limited” şirkətini yaradıblar. Əsas hissəsi N. Paşayevaya məxsus olmaqla İstanbulun Beşiktaş məhəlləsində qurulan şirkətə 1 milyon türk lirəsi sərmayə yatırılıb. Şirkətə Ü.Rəhmanova başçılıq edir.

Bu ilin aprelində Ülviyyə 50 min lirə ilkin sərmayə ilə yenə də Beşiktaşda restoran açır. Rəsmi məlumata görə, restoran “Nergis Restorant İşletmeciligi Gida ve Turizm Senayi Ticaret Limited” şirkəti olaraq fəaliyyət göstərir.

Burada təcüblü görünəcək heç nə yoxdur.Azərbaycan Respublikasının Konstitusyasına görə Ölkə Prezidenti bizneslə məşğul ola bilməz. Prezidentin illik maaşı 280 min dollardır. Ancaq tək maaşla kifayətlənməyən ölkə başçısı onun xanımı və hakim ailənin digər üzvləri ofşor şirkətləri vasitəsiylə Azərbaycan Xalqının sərvətlərini talayırlar

Təkcə Panamada prezident ailəsinə məxsus olan 11 şirkət aşkar olunub.