Azərbaycan Xalqına məxsus milyardları ofşorlara daşıyan Anar Əliyev(araşdırma)


KİMDİR ANAR ƏLİYEV?
Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var. Heritage General Trading FZO şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvanda doğumlu olduğu göstərilir.
Naxçıvanda həqiqətən təvəllüdü və adı uyğun olan Əliyev Anar Nüsrət oğlu2010-cu ildə seçici siyahısında qeydiyyatda olub. Sonralar onun qeydiyyat ünvanı Bakı şəhərinin Nərimanov rayonuna dəyişilib.
Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.
SOCAR-dakı mənbələr Anar Əliyevin əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığını, onun qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğunu bildirirlər.
SOCAR-dan bu məlumatları rəsmən dəqiqləşdirmək mümkün olmayıb. SOCAR kadrlar şöbəsindən Bədəl Əliyevin orada çalışması ilə bağlı suallara cavab ala bilməmişik.
10 MİN DOLLARLIQ HOTEL HESABI

Global Witness də öz araşdırmasında Anar Əliyevin kimliyini sual edir. Hər halda altı il ərzində Dövlət Neft Şirkətinin əsas tərəfdaşı olan bu əhəmiyyətli şəxsin kimliyinin ictimaiyyətə məlum olmaması anti-korrupsiya təşkilatının da suallarına səbəb olub.

Global Witness Anar Əliyevin adının həm də bir neçə il əvvəl hakerlər vasitəsilə əldə olunmuş sənədlərdə keçdiyini göstərir.

Bu sənədlərdən biri Sumato Energy Servicess SA şirkətinin baş meneceriMətin Talışlı tərəfindən ödənən hotel qaiməsidir. Anar Əliyevin qaldığı iki gün üçün cənab Talışlı hotelə 10 min dollardan artıq hesab ödəyib.

AĞ ŞƏHƏR LAYİHƏSİNDƏ PAY

Anar Əliyevin biznesi neftlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Anar Əliyevin yuxarıda adı keçən şirkətlərdə öz maraqlarınımı, yaxud başqa, nüfuzlu, adı bəlli olmayan şəxsin maraqlarınımı təmsil etdiyi bəlli deyil. Bəlli olan Azərbaycan dövlətinə məxsus Neft Şirkətinin xalqa məxsus pulları və imkanları şəxsi ciblərə axıtmasıdır.

Öz hesabatında Britaniya təşkilatı SOCAR-ın əməliyyatlarının şəffaf olmadığını qeyd edir. Təşkilatın tam hesabatı ilə burada tanış ola bilərsən.

Global Witness-in sorğularına yazdığı cavabda SOCAR öz fəaliyyətini illi qanunvericiliyə, beynəlxalq şirkətlərin təcrübəsinə uyğun həyata keçirdiyini qeyd edib, amma konkret suallara cavab verməyib. SOCAR-ın cavabı iləGlobal Witness-in qurumun saytından tanış ola bilərsiniz

Azərbaycan Beynəxalq Bankının həbsdəki rəhbəri Cahangir Hacıyevin 5 milydarını offşor zonaya köçürən, hazırda Lüksemburqda yaşayan adamı Xaqani Bəşirovun prototipi SOCAR-da da var imiş.

SOCAR-ın X.Bəşirov qədər sirr dolu şəriki Rovnəq Abdullayevin yaxın qohumu Anar Əliyev analoji siyasəti xaricdə həyata keçirir.

Anar Aliyev SOCAR
Bildunterschrift hinzufügen

Tikla bunada bax Rövnəq Abdullayevin Socardakı korrupsioner şəbəkəsı.Faktlar

SOCAR-ın Anar Əliyevin şirkətləri ilə əməkdaşlıq sayəsində milyardlarla neft pulları ölkədən çıxarılır.
Dövlət Neft Şirkəti xaricdə mənzillənmiş Anar Əliyevin başı üstündə əsir, onun üçün dəridən-qabıqdan çıxır, bu mübhəm iş adamını hərtərəfli mühafizə edir, informasiya blokadası qurmağa cəhd edir.

Məqsəd onu kifayət qədər ictimaiyyətdən gizlətmək və beynəlxalq diqqətdən kənarda saxlamaqdır. Baxmayaraq ki, SOCAR buna bir o qədər də nail ola bilməyib.
Çünki Global Witness şirkəti A.Əliyevin portretini çılpaq şəkildə çizib və onun fəaliyyətinin bütün şaxələri təfsilatı ilə açıqlanıb. Bununla belə, A.Əliyev gündəmdən çıxarılıb. Ondan pıçıltı ilə danışırlar.

SOCAR Trading SA korrupsioner Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir.

SOCAR Anar Əliyevi mühafizə etməkdədir. Çünki Anar Əliyev SOCAR Prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur .Hələ 2 il öncə məlum olmuşdu ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyev adlı şəxsin bağlılığı var. Və bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 200 milyon dollardan artıq olub.

Ümumiyyətlə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb.

Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

Mətbuatda gedən xəbərlərə görə, SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ «iki beynəlxalq tərəfdaşı ilə birgə» Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib.

Bunada bax Neftin satişından hər bareldən 1 dollar Rövnəq Abdullayevindir

SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib. Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti).

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.

SOCAR Trading SA Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir. Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir.

2 il öncə SOCAR-la bağlı ortaya çıxmış araşdırmanın yanında mənimsənilən 20 milyon qəpik-quruşdur. Bu araşdırma göstərirdi ki, Azərbaycanın neft milyardları müxtəlif adlar altında ölkədən çıxarılır.

BU VİDEONU PAYLAŞIN