Gəncə hadisələri xüsusi xidmət orqanları tərəfindən təşkil olunub.Video faktlar


Gəncədə öldürülən polis zabitlərindən biri şəhərin axundu Hacı Tahirin qardaşıdır

Gəncədə baş verən qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

IMAMZADE_final

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Saytımıza məlum olub ki, şəhid polislərdən biri – Səməd Abbasov Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşıdır.

Bu qədər polis əməkdaşının icərisində niyə məhz Gəncənin axundu Haci Tahirin polis qardaşı qətl edilir?

Nəzərə alaq ki ,Gəncədə baş verən hadisələr zamanı 100-lərlə polis əməkdaşının içindən məhz Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşınin yəni Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qətl edilməsi bu çirkin senarinin xüsusi xidmət orqanlarının mətbəxində hazırlanmasını acıq aşkar ispat edir.!!!

Gəncə şəhər İcra hakimiyyətinin başcısı Elmar Vəliyevin güllələnməsində „İranin məzhəpçi dini faktorunun rolu danılmazdır.Bu narazılıq hələ 2017 ilin oktyabrından Gəncədə dindarlarla YAP hakimiyyəti nümayəndələri arasında baş verən qarşıdurmadan sonra başlamışdır.

O zaman Gəncə şəhərində yerləşən imamzadə kompleksində, kütlə ilə polis arasında qanlı toqquşma baş vermişdir.Kütlənin öhdəsindən gələ bilməyən polislər geri çəkilmiş və Gəncə şəhər icra hakimiyyətinin başcısı Elmar Vəliyevin özbaşınalığı nəticəsində baş verən qarşı durmada ciddi yaralananlar olmuşdur.
Polis geriyə çəkildikdən sonra Elmar Vəliyevin göstərişi ilə İmamzadəyə daxili qoşun yeridilmişdir. Nəticələrin ağır olacağından ehtiyat edən qoşun böyük əzadar kütləsinə zor tədbiq etmək əmrinin icrasından çəkinmişdirlər.

Bundan sonra İranın din xadimləri o acıq aşkar Azərbaycanın ic işlərinə qarışaraq qorxmadan Azərbaycan hakimiyyərini hədələmişlər..!!!

Video fakt

Eyni zamanda Azərbaycanda İran-İsrail savaşı gedir. Ölkədə elektrikin kəsilməsi kiber hücumun nəticəsiydi. İndi İsrail Azərbaycandan milyonlar alıb yeni sistem qurmalıdır. İran bunu istəmir. Xalq kəskin narazıdır, iqtidar reallığı dərk etmir..

Bunların fonunda Gəncənin axundu, tanınmış din xadimi Hacı Tahir Abbasovun qardaşınin hadisə zamanı qətl edilməsi onu göstərir ki,İlham Əliyevin despot korrupsioner YAP hakimiyyəti xüsusi xidmət orqanlarının hazırladıgı plan əsasında Azərbaycanın ən böyük səhəri olan Gəncədən gələcəkdə özünə qarşı olacaq ən böyük təhlükəni zərərsizləşdirə bildi və Gəncədə dini cərəyanların bir dəfəlik məhv edilməsini elə dinçilərin lideri Haci Tahirin əli ilə başladacaq.

Gəncənin İcra başçısı Elmar Vəliyevin Rusya vətəndaşı olan və 1 ildir başında Azərbaycan DTX nin əməkdaşlarının gözü görərək İran „Ettelat“nin(kəşfiyyatının) kepkasını gəzdirən Gəncə şəhərində 1 il öncə bir polisi vurub tabel silahını aparan Yunus adlı şəxs tərəfindən güllələmə olayınında xüsusi xidmət orqanlarının mətbəxində hazırlanması bizdə heç bir şübhə yaratmır.Bunun üçün Gəncənin vergilər idarəsinin rəisi vergi „generali“ Şahin Bəylərovun videosəs yazısını izləmək yerinə düşərdi

yunus
Yunisin başındakı papağa diqqət edin. Yunisin başındakı papaq, 2008-ci ildə Suriyada öldürülən Hizbullahın ən önəmli komandiri İmad Muğniyənin papağı ilə eynidir. Sizcə bu təsadüfmü?Necə olur ki AXCP partiyasının sədr müavini Gözəl Bayramlınin əl çatntasında 12000 dollar əskinas aşkarlayan DTX və Sərhəd qoşunları İdarəsinin əməkdaşları bunu görməməzdikdən gəlib

Şahin Bəylərov Prezident İlham Əliyevin şəxsi mühafizəsinin rəisi „general“Bəylər Eyyubovun qardaşı ogludur.

Bundan sonra Gəncə YAP despot hakimiyyəti tərəfindən ,,dinci ekstremistlərin yer aldıgı bir məkan adlandırılacaq və o bölgədə uzun illər sərbəst toplaşma azadlıgına izin verilməyəcək.

„Mədət və Ramilin“ „2-ci Nardaran əməliyyatı işə düşdü“ və „ugurla“ başa çatdı.Əsas adamlar „rasxoda“ verildi.Bu son deyil,növbəti buna oxşar senaryo Lənkəran üçün hazırlanır!!!

Bundan sonra Gəncə bölgəsində represyalar başlayacak və bu uzun illər davam edəcək.