Elmar Vəliyev təcili İsrailə aparıldı/Video


Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan üç gün keçsə də rəsmi qurumlar ölkənin ikinci böyük şəhərinin rəhbərinin səhhəti barədə məlumat vermir.

Səhiyyə Nazirliyinin məıtbuat xidməti bildirir ki, istintaq getdiyindən mətbuat xidmətində onun səhhəti ilə bağlı məlumat yoxdur.

Lakin E.Vəliyevin yaxın qohumu Turan agentliyinə bildirib ki, bu gecə onu İsrailə müalicəyə aparıblar. Mənbənin sözlərinə görə, “o, özünə yeni gəlib”.

Əldə etdiyimiz mə’lumatda E.Vəliyev Hayfanın Rambam xəstəxanasına yerləşdirilib.

Şahidlərin sözlərinə görə, E.Vəliyev güllə yarası almayıb, qarın nahiyyəsini güllə sıyırıb keçdikdən sonra icra hakimiyyətinin pilləkənindən yıxılaraq başından ağır zərbə alıb.

Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov E.Vəliyevə hücumu “adi kriminal” adlandırıb.

Digər versiyaya görə, Y.Səfərov şəhər administrasiyasına şikayətə gələn bacısını təhqir etdiyinə görə E.Vəliyevdən qisas alıb.

Bədənində zorakılıq izləri olan Y.Səfərovun fotosunun yayılması sosial şəbəkə istifadəçilərini qəzəbləndirib.

Hüquq-mühafizə orqanları öncə fotonun gerçək olduğunu inkar edib. Sonradan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov fotonun Y.Səfərova aid olduğunu bildirib. Bədən xəsarətlərini polis əməkdaşlarına müqavimət göstərərkən alıb.

VoA