“Qızıl Soros” ləqəbli Osman Kavala Türkiyədə tutuklandı


Məşhur milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun Türkiyədəki qurucusu “Qızıl Soros” ləqəbli Osman Kavala saxlanılıb.

osman_kavala.jpg

İddialara görə Osman  Kavala Türkiyə Cümhuriyyəti konstitusiyasını zorla dəyişdirməyə və zor tətbiq edərək hökuməti devirməkdə   ittiham olunur.

“Qaranlıq əlaqələr şəbəkəsi” iddiaları ilə müxtəlif zamanlarda gündəmə gələn Kavalanın ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələrindən olan və FETÖ-nun sözçülərindən biri Maykl Rubin, PYD-nin keçmiş lideri Saleh Müslüm, PKK istintaqı nəticəsində həbs olunan keçmiş HDP sədri Səlahəddin Dəmirdaşla birgə fotosu ortaya çıxıb. Məlumata görə, ötən gecə İstanbulun Atatürk hava limanında saxlanılan Osman Kavala 15 iyul hadisələrinin iştirakçısı kimi dindirilir.

Qeyd edək ki, 2013-ci ildə həyata keçirilən “Gəzi” hadisələrində adı gündəmə gələn iş adamı Osman Kavala F-16 təyyarələrini modernləşdirən şəxs olaraq da tanınırdı.

Ein Kommentar

Kommentare sind geschlossen.