Gömrükdə yıgılan milyon dollar rüşvəti Vüsal Novruzov kimə çatdırır?


Adı Gömrük Komitəsindəki müxtəlif qalmaqallarda və “qara mühasibatlığın atası”, olmaqda hallanan Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun barəsində Nia.az-a məlumatlar daxil olub. Məlumatda komitədəki Nehrəmli qruplaşmasının sayəsində mövqe sahibi olan Vüsal Novruzovun sonradan mənsub olduğu qruplaşmaya da arxa çevirməsi onun daxildəki rəqiblərinin sayını artırıb. 

Odur ki, Vüsal Novruzov haqda ən adi məlumatların toplanılması belə, gömrükdəki bütün qruplaşmaların marağındadır: Hazırda Vüsal Novruzovun keçmişi və bu vəzifəyə yüksəlişi ilə bağlı ən dəqiq məlumatlarla zəngin qovluq hazırlanır. Onun gömrükdəki həmyerliləri ilə münasibətlərindən tutmuş, Ukraynadakı yarımçıq təhsilinə qədər inanılmaz faktlar saytın elektron ünvanına göndərilib. Adının çəkilməyini istəməyən şəxsin dediyinə görə, hələ uşaqlıq illərindən böyük qumar həfəskarı olan V.Növruzov vəzifədə olmadığı vaxtlarda atasının qazandığı milyonları da meyxanelərdə və qumar evlərində qoyub. Qumar və bahalı maşınlar həfəskarı olan general gömrük sistemində böyük gücə sahib olmasa da rəqiblərini sıradan necə çıxartmağı adlı – sanlı generallardan yaxşı bilir. Vaxtı ilə Çovdarova verdiyi milyonlar hesabına ondan aldığı dəstəklə çoxlarının gününü qara etməsi heç də uzaq keçmişə söykənmir deyən mənbə onun Çovdarovsayağı çete yaratdığını da iddia edir. Mənbənin sözlərinə görə, həmin şəxslər Novruzovun göstərişi ilə özlərini gah DİN-nin əməkdaşı, gah da prokurorluq işçisi kimi göstərərək insanları hədələyərək ətraflarında qorxu xofu yaradırlar. Bu barədə geniş məlumatları növbəti yazıda təqdim edəcəyik…

Nia.az xəbər verir ki, Prezident İlham Əliyevin 2015-dən bəri iqtisadi modeli məhz qeyri-neft sektorunun inkişafı və sahibkarlığa yönəlib.
Hətta bəzi kosmetik statistikalar hazırlansa da, faktiki siyasi hakimiyyətin iqtisadi strategiyası neftsiz Azərbaycan yaratmaqdır. V.Novruzov isə siyasi iqtidar əleyhinə köhnə idarəçilik prinsiplərini saxlamaqla fəaliyyət göstərməkdədir.
Bunu niyə edir? Hakimiyyətdəki qrupların tələbidir? Öz sahəsində korrupsiyada maraqlıdır? Təbii ki, bu suallar birmənalı cavab vermir.
V.Novruzovun gömrükdəki idarəçilik siyasəti sualların içindəki cavabla yanaşı daha bir generalın iqtidarın xəttinə məzar qazmaq cəhdidir.
Necə ki, son dövrlərdə cəzalanan məmurlar və uşaqları göz qabağındadır. Gömrük generalı isə övladları ilə gündəmə gəlməsə də, iqtidarın postneft dövrü siyasətinə solaxay zərbələr endirməkdədir.
Bu özlüyündə ölkənin giriş qapılarına zənvir vurmağa, bəndlər qoymağa, kilidləməyə oxşayır. Ölkə başçısı neftin ucuzlaşmasından sonra xarici investorların ölkəyə cəlb olunmasının vacibliyindən danışır.
Amma giriş qapıları elə qıfıllanıb ki, V.Novruzovun əlindən nə yerli, nə əcnəbi investor ölkəyə daxil ola bilir. İş adamlarına elə bir konstitusiya oxunur ki, pasportuna Azərbaycan möhrü dəyməmiş geri qayıdır.

Gömrük generalının iqtisadi provokasiyası ölkəni ağır vəziyyətlə qarşılaşdırıb.
Mexanizm, yaxud maxinasiya forması: Əgər hansısa sahibkar xarici ölkədən Azərbaycana istənilən məhsulu gətirirsə, əvvəlcə ona maneələr yaradılır.
Daha sonra Vüsal Novruzovun komandası dövriyyəyə girir və sahibkarın “işini asanlaşdırmaq” məqsədilə ondan rüşvət istənilir. Bu da dövlət rüsumunun 10 qatı qədərdir. Misal üçün, 2000 dövlət rüsumu olan məhsula 20000 rüşvət tələb olunur.
General- mayorun nəzarətində olan “Aqroazerinvest” haqda yayılan məlumatlara görə, bu şirkət maklerlik edir.
Yəni gömrükdə buraxılmayan malların keçirilməsi üçün qeyri-leqal işi həyata keçirir. Təbii ki, dövlət rüsumunun 10 qatı hesabına. Ölkəyə idxal mallarının azalmasının əsas səbəblərindən biri də budur.
Dövlət başçısı sahibkarlara hər cür şərait yaradılması tapşırığını versə də, V. Novruzovu “görmədən” bir kibrit çöpünü belə paytaxta gətirə bilmirlər. Bu da idxalı azaldır. İdxal azalanda da “defisit” olur, beləcə mağazalardakı məhsullar bahalaşır.
Lakin belə görünür ki, dünyadakı iqtisadi çətinliklərin Azərbaycana təsirlərini minumuma endirmək üçün gecə-gündüz çalşan dövlət rəhbərinin siyasəti və verdiyi göstərişlər Vüsal Novruzov üçün heç bir əhəmiyyəti yoxdur.
Əksinə, o, qanunsuz addımları və “pul sevgisi” ilə Prezidentin xalqın rifahının yaxşılaşdırılması siyasətinə maneələr yaradır.


V. Novruzovun əsas gəlir sahələrindən biri də ölkəyə mərmər gətirənlərə qoyulan “rüsumdur”. Məlumatlara görə, xüsusilə İrandan gətirilən mərmərlərin hər tonuna görə Bakı gömrüyünün rəisi 1000 manata qədər rüşvət tələb edir.

Nəzərə alsaq ki, mərmərin çəkisi ağırdır, o zaman, hər partiya mərmər üçün V. Novruzovun aldığı rüşvət yüz min manata qədərdir.
Və sementin gətirilməsində də isə fərqli prinsip işləyir. İddialara görə, V. Novruzov ölkəyə sement gətirilməsini monopoliyaya alıb. Əgər hansısa sahibkar buna cəhd etsə, onun qarşısı elə gömrük keçid məntəqəsində alınır.
V. Novruzov ölkəyə ildə təxminən yarım milyon ton sement gətirir və bu sement dövlət sifarişi ilə inşa olunan obyektlərə satılır. Yəni dövlət büdcəsinin vəsaiti beləcə V. Novruzovun cibinə axır.

Nia.az xəbər verir ki , bütün bunlar gömrük generalı haqda ümumi və qısa arayışdır. Bu təhlildə məqsəd gömrükdəki vəziyyəti çatdırmaq deyil, çünki ictimaiyyətə məlumdur.
Məqalənin mahiyyəti V.Novruzovun dövlətin iqtisadi idarəçiliyinə vurduğu zərbələrin əhəmiyyətini çatdırmaqdır.
Bütün bu məlumatlardan sonra bildirək ki, artıq V.Novruzovun timsalında daha bir oliqarxın sonunun başlanğıcıdır.
Belə ki, gömrük sistemində bu ilin əvvəlindən başlanan, ancaq cəmiyyət üçün “qapalı saxlanılan oyun”lar səbəbsiz deyil. Və sərt islahatın başlanacağının xəbərçisidir.
Gömrük generallarının bir-birinə olan münasibətləri xüsusunda gömrükdə baş verən, ölkənin iqtisadi vəziyyətini dərindən zədələyən monopolist addımlar və sair hallar sistemdə ciddi islahatları qaçılmaz duruma gətirib.
Bu islahat anonsunun günü gündən ciddiləşməsi fonunda isə gömrük generallarından bəzilərinin “budanacağı”na da şübhə olunmur…

DİQQƏT: Vüsal Novruzovun Ukraynadakı ali məktəbdən qovulmasının səbəbləri və atası Zeynal Novruzovun illər öncə nazirliklərin birində nədən yüksək vəzifədən kənarlaşdırılması ilə bağlı çox ciddi xəbərlər də var. Bu və ya digər məlumatlarla bağlı dəqiqləşdirmələrimiz davam edir…
Qarşı tərəfidə dinləməyə hazırıq

Werbeanzeigen

Əmanətlərin Sığortalanması Fondunun kecmis icraçı direktoru Azad Cavadov miliyonlar mənimsəyib


Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov növbəti 5 illik səlahiyyət müddəti bitdiyi üçün vəzifəsindən azad olunub

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedici olaraq lisenziyaları geri alınmış və müvafiq məhkəmə qərarları əsasında müflis elan edilmiş bankların idarəetməsini həyata keçirməyə başladıqdan bir müddət sonra müəyyən işlərdə rəhbər vəzifələrdə işləmiş şəxslərin cinayət əməlləri törətdiklərini aşkar etmiş amma nədənsə özünə  yaxin olan Bank müdirlərinin işlərini ört basdır edərək işlərinə yaramayan Bank rəhbərləri haqda korruspiya sənədlərini  Baş prokurorluq yaninda korrupsiya idarəsinə yollamışdır

Məsələ bununla bitmir. Adının açıklanmasını istəməyən Bank rəhbərlərindən biri Redaksiyamızın elektron poçtuna məktub yollayıb və keçmiş həmkarı Azad Cavadovu Bank kreditlərinin mənimsənilməsində ,vəzifə səlahiyyətlərindən sui istifadə edərək ,Azərbaycan dövlətinə məxsus miliyonlarla dollar pulun və əmlakın mənimsənilməsində ittiham edir

Yazılan məktubu ictimaiyyətin nəzər diqqətinə  çatdırırıq

ADIFlogo

Salam əziz həmvətənlilərim. Biz sizə əmanətlərin sığortalanması fondunun keçmiş  icraçı direktoru Azad Cavadovun tabeçiliyində olan 11 bankdan  və birbaşa Azad Cavadova məxsus  olan onun qızı Şifahi tərəfindən idarə olunan bu gune kimi mətbuata səhimlerinin adı açıqlanmayan Fınex lizinq (bokt) Şirkəti haqqında danışacağıq.

Fınex lizinq (bokt) Şirkətinin icraci  rəhbəri Azad Cavadovun  bacısı oğludur adi  İskəndərdir

İskəndər və şirkətdə sözu kecən Azad Cavadovun qaynı  Ramiz ( narkotika aludecısı ) , DTX nın və Prezident Aparatının Bank sektoruna nəzarət edən şöbələrinin əməkdaşıları ilə gizlin birləşərək bank əməliyyatlarından  sui istifadə edərək qisa muddət ərzində  miliyon dollar cirkli pullar əldə etmislər.Bu barədə yaxın günlərdə sizə rəsmi sənədlər təqdim edəcəyimə söz verirəm

azad

Azad Cavadovun  qizi Şifahi Xanım  və arvadı Afət Xanim  (mbankin valyuta əməliyyatları şöbəsinin müdiri) ailənin 2-ci yeznəsi olan Tamerlan (Acces bankın mikro kreditlər uzrə rəisidır) və Tamerlanın  komandasinda yer alan  Sebuhi Rufet və Nurlan adlı şəxslər  respublikada bağlanmış 11 banki ailə biznesi və öz sərvətləro  hesab edərək talamislar.Öz yaxın adamlarının adına Avropa ölkələrindəki Banklara 100 miliyon dollardan cox pul vəsaiti yerləşdirmişlər.

akksiz banlk

Bu şəxslər müflis olmuş  Banklara məxsus olan daşınar və daşınmaz əmlakları  hədıyyə adıyla mənimsəmişlər

Kiçik bir misal çəkəcəm  Azad Cavadov Bank Standarta məxsus olan dəyərı  200 000 manat dövlət qeydiyyat nomrəsi 10-aa-165  olan   2016- cı il buraxılişli son model  Merceses S class markali avtomobıli oz qapisinda  gizlədərək mənimsəyib və  eyni zamanda  Bank Standarta məxsus olan dəyərı 150000 manat olan Lexsus 570Lx markali avtomobıli ova getmək məqsədı ılə  özunə məxsus Goradıldəkı bagında saxlayır.

Azad Cavadov B   muflis olmus banka məxsus olan son model  Mersedes E klass markalI dövlət nömrə nişanı  99-af-310 olan   avtomobili vəzifə səlahiyyətlərindən sui istifadə edərək  mənimsəmiş və Banka heç bir vəsait ödəmədən  oz mal mülkləri kimi bacısının ərinə  bagişlamışdır.

Azad Cavadov işlədiyi müddətdə  müflis olaraq baglanmis 11 Bankın  (Royalbank,Bank of azerbaycan, Qafaqaz inkisaf banki, Texnikabank, Kredobank,Dekabankı, Parabank,Zamınbank, Atrabank) tabecilşyınde olan işcilərlə  qeyri insani rəftar etmiş, əmanetlərin sigortalanmasi fondunun prosedur qaydalarına zidd hərəkət edərək sığrtalanmayan əmanətlərın 50%- ni nagd şəkildə rüşvət  alaraq sıgortasız ödənişlər vermişdir. Bu işlərdə  məsələlərın hüquqı tərəfını Ramil Tahırova həvale etmişdir.


Biz Bank sektorunda çalişan rəhbərlər görulən bütün bu ışlərdə Azad Cavadovun   öz tələbəsi olmuş R.Aslanlinin əlı oldugundan əmınık çünkı hər həftənın 5-cı və 6 cı günlərı hətta təxırə salınmaz görüşə ehtıyyac oldugu zaman həftə ıçı belə  iş vaxtından sonra yenı gecə saatlarında  belə Azad Cavadova məxsus Goradildeki bag evınde xüsusı görüşlər tə’yın olunur kı ,bu görüşlərdədə qabaqcadan planlaşdırılmlş və nəzərdə tutulan qeyrı qanunı işlər muzakırə olunur.

Bir nece ay bundan əvvəl Azad Cavadovun qardaşi Suleyman Cavadov Rusiyanın paytaxti  Moskva şəhərində  müəmallı şəkildə qətlə yetirildi.

Bu qətlin arxasında Azad Cavadovun mənimsədiyi milyarda yaxın vəsaitin yuxarı eşalona çatdırılmaması olub

Qardaşının qətlindən sonra Azad Cavadovun qızına sürücü tutmuş və qızını 90-AZ-050 nomreli Hundai grandeur markali avtomaşınla Niyazi adlı sürücü gəzdirir. 

Azad Cavadov  isə iz itirmək üçün iş vaxtı 90-AH-266 nömrəli Toyota markali avtomobillə gəzir. 

Bundan əlavə Azad Cavadovun  mülkiyətinde Mərdəkan qəsəbəsində Şüvəlanda 20 yə yaxın 3 mərtəbəli villalar, hektarlarla torpaq sahələri, Bakı şəhərinin mərkəzində evlər və obyektləri  vardir.

Azad Cavadov qanunsuz korrupsiya yolu ilde  əldə etmiş oldugu 100 miliyon dollar dəyərindəki qanunsuz əmlakları və Avropadakı Bank hesabkarını öz qohumlarinin adina rəsmiləşdirə bilmisdir .

Azad Cavadov daha öncə Beynəlxalq bankda işlədiyi dövürdə  işdə baş  verdiyi nöqsanlara görə vəzifəsindən qovulmusdur və həmin gündən beynəlxalq bankin sabiq sədri olmuş Cahangir  Haciyevlə arasında soyuq münasibıtlər yaranmışdir. 

Cahangir Haciyev həbs olundugu gün Azad Cavadov məşhur restoranlarinin birində təntənəli qonaqliq vermişdir. 
Ləgv prosesinde olan 11 bankin sigortali əmanətləri bitmədiyi halda sigortasız 1 milyar AZN -ə  yaxin əmanət Azad Cavadovun tapşırıgı ilə qabaqcadan rüşvət alınaraq ödənilmişdir.

Yaxin günlərdə Azad Cavadov və onun butun qohum agrabasının adina gizlin rəsmləşdirilən villalarin , topraq sahələrinin və sirketlərin rəsmi siyahısını və sənədlərini  təqdim edəcəyik

Eyni zamanda sizin redaksiyaya  Azad Cavadovun Bank firildaqlarını ifşa  edəçək  500 miliyonluq  kredit sənədləri yollayacıq.

PS.Qarşı tərəfin fikirlərini öyrənməyə hazırıq.