Rusiyalı müxalifətçi Aleksey Navalnı sərbəst buraxıldı


Cümə günü insanları dəfələrlə razılaşdırılmamış aksiyalarda iştiraka çağırdığına görə saxlanılan müxalifətçi Aleksey Navalnı polis bölməsindən evə buraxılıb.

img2005637.jpg

Bu barədə onun vəkili Olqa Mixaylova  məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 2-də Simonovski məhkəməsi Navalnıya qarşı açılmış inzibati işə baxacaq.

Bəylər Əyyubovun qardaşı uşaqları Azərbaycanda bütün varidatımı əlimdən aldılar” – FOTO fakt


Bir müddət bundan öncə Türkiyə vətəndaşı, 41 yaşlı Ali Osman Kutanoğlunun üç azərbaycanlı biznesmenin külli miqdarda vəsaitini alıb mənimsədiyinə görə həbs olunması haqqında xəbər vermişdik.

Türkiyə mətbuatında bildirilirdi ki, Kutanoğlu 2002-ci ildə Azərbaycan universitetlərindən birində oxuyarkən iş adamları R.E., Ş.E. və E.F.A. ilə tanış olub. İddiaya görə 2015-ci ildə o, həmin iş adamlarını inandırıb ki, məşhur tikinti maqnatı Ali Ağaoğlunun inşa etdirdiyi yaşayış binalarında mənzilləri satın alaraq sonradan daha baha satmaqla, habelə Almaniyadan lüks avtomobillər gətirməklə böyük pullar qazanmaq olar. Həmin vədlərə inanan azərbaycanlı biznesmenlər Kutanoğlu ilə anlaşıb, onlar türkiyəli dələduza müəyyən fasilələrlə cəmi 1 milyon 240 min avro pul veriblər. Ali Osman Kutanoğlu azərbaycanlı iş adamlarını vəd etdiyi işləri görəcəyinə inandıraq bir müddət “fırladıb”. Aldığı pulları geri qaytarmaqdan yayınıb. Pullardan ümidlərini kəsən biznesmenlər İstanbula gedərək Ali Osman Kutanoğlu haqqında dələduzluqla bağlı prokurorluğa şikayət ediblər. İstanbul Cümhuriyyət Prokurorluğu şikayət əsasında təhqiqat başladıb. Habelə iş adamları Azərbaycan Ədliyyə Nazirliyi vasitəsilə Kutanoğlunun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməsinə nail olublar. Ali Osman Kutanoğlu Ankarada yaxalanıb və İstanbula aparılıb. O, ifadəsində azərbaycanlı iş adamlarından pul aldığını etiraf edib, ancaq “bəzi problemlər” üzündən işlərinin alınmadığını və layihələrə həyata keçirə bilmədiyini iddia edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Amma Kutanoğlu redaksiyamıza müraciət edərək deyilənlərin yalan olduğunu, həbs edilmədiyini, bunun özünə qarşı şər olduğunu deyir. PressClub.Az-a danışan Kutanoğlu bildirib ki, əslində, söhbətin məğzi başqadır.

Türkiyə vətəndaşının dediklərini olduğu kimi dərc edirik: “Xəbərdə adları çəkilən Azərbaycan vətəndaşları, Robert Əyyubov, Şahin Əyyubov, Füzuli Adıgözəlov və mənəm. Mən Şahin və Füzuliyi 2002-ci ildən yox, 2010-cu ildə tanımışam. Roberti isə 2004-cü ildə.
Ağaoğlu məsələsinə gəlincə, Şahin Əyyubov 2013-cü ildə mənə zəng edərək, İstanbul şəhərində “Ağaoğlu maslak 1453″ layihəsində tikintidən ev almaq istədiyini dedi. Onunla İstanbula getməyimi və ev almasında köməklik etməyimi xahiş etdi. İstanbula getdik, ordan ev bəyəndi və aldı. Evin pulunu mənim bank hesabımdan köçürmə yolu ilə mən etdim. Hazırda da mənim pulumu ödəməyib. Ev də hazırda Şahin Əyyubovun öz adınadır”.

480 min avroya almaq istədikləri “Mercedes”in yeni modelindən 2 ədəd

Kutanoğlu Almaniyadan maşın məsələsinə də toxunub: “2015-ci ilin avqust ayında Bodrumda tətildə olan Füzuli və Şahin mənə zəng etdilər, məndən “Mercedes”in yeni modelinin çıxacağını və yeni modeldən 2 dənəsini almaq istədiklərini söylədilər.

“Mercedes G500 4×4” modelin çox böyük olduğunu və Azərbaycanda çox diqqət çəkəcəyini dedim. Amma onlar israrla həmin maşından istədiklərini bildirdilər. Hər biri 240 min avro olan maşınların pulunu da İstanbulda yaşayan Füzulinin ortağı olan Nürəddindən alacağımı söylədilər. Mən də bunların sözlərinə inanıb, “Mercedes”ləri sifariş verdim, 480 min avro da Almaniyaya göndərdim. Sonra Füzuli mənə “Nürəddində pul yoxdu, maşınları almırıq” dedi. Mən də çox ziyana düşəcəyimi, durduğum yerdə 480 min avro mənə niyə ödətdiklərini soruşdum. Şahin Əyyubov mənə “mən səndən maşın istədim?” deyəndə əsəbiləşdim. Axı Şahin, sən deyildinmi Bodrumda olanda mənə 20 dəfə zəng edib, maşını sifariş verdirən. Bundan sonra təxmin edəcəyiniz söyüşlər, davalar keçdi aramızda. Mən də canım qədər çox sevdiyim Azərbaycandan ayrılmağa məcbur oldum. Çünki Azərbaycanda bu adını saydığım adamlara polis, prokuror göz üstə qaşın var deyə bilmir. Elə təxmin etdiyim kimi də oldu. Heç bir məhkəmə olmadan, öz bildikləri kimi “məhkəmə qurdular”, cəzalandırılmağımı istədilər. Bütün Azərbaycan qurumlarına əlaqə nömrələrimi göndərməmə rəğmən, heç bir bildiriş göndərmədən, qərar qəbul etdilər.

Sizcə, İnterpolun Azərbaycan nümayəndəliyinin rəisi Əyyubovlara “yox” deyə bilər?

Digər yandan xəbərinizdə bildirilir ki, Kutanoğlu azərbaycanlı iş adamlarından pul aldığını etiraf edib, ancaq “bəzi problemlər” üzündən işlərinin alınmadığını və layihələrə həyata keçirə bilmədiyini iddia edib. Bu yalandır. Mənə hansısa sual verildi ki, belə də etiraf edim? Bu tamamən qaralama kampaniyasıdır, caamatı aldatmaq üçündür. Bu Əyyubovların hər zaman etdikləridir – Azərbaycan xalqını aldatmaq. Mən saxlanılmışam, amma bu məsələ ilə bağlı deyildi, başqa məsələ idi.

İnterpol məsələsinə gəlincə, bu gün İnterpol saytında ən çox axtarış verən ölkənin Azərbaycan olduğunu bilmək yetərlidir. Mənim adımın necə və hansı şəkildə İnterpola verildiyini təxmin edə bilmək elə də çətin deyil. Azərbaycanda Əyyubovlarla hansısa probleminiz varsa, İnterpolun axtarışına düşməyi gözə almalısınız. Sizcə, İnterpolun Azərbaycan nümayəndəliyinin rəisi Əyyubovlara “yox” deyə bilər? Bunun cavabını Azərbaycan xalqı məndən daha yaxşı bilir

25 ədəd texnika, 10 mənzil, 2 maşınıma və 1 milyon 100 min dolar

Məsələnin əsasından danışan Kutanoğlu deyir ki, problem Bəylər Əyyubovun qardaşı oğlu, Gəncənin Vergilər İdarəsinin rəisi Şahin və onun qardaşı Robert Əyyubovun Azərbaycanda 20 illik ticarət fəaliyyətinə və bütün mallarına “əl qoymasından” sonra başlayıb: “25 ədəd texnika, 10 mənzil, 2 maşınıma və 1 milyon 100 min dollarıma bunlar “əl qoydu”. Onların özləri haqqında Türkiyə məhkəməsində cinayət işi başlanılıb. Onlar da buna qarşılıq, qaralama məqsədi ilə, onlara aid səs yazılarını yazıb, guya onları şantaj edirəm bəhanəsi ilə, İstanbul prokurorluğuna müraciət ediblər. İstanbul prokurorluğu tərəfindən Əyyubovların iddiası incələndi və mənimlə bağlı əsaslı bir şey olmadığına görə, saxlanılmam haqqında qərar qüvvədən düşdü. Araşdırma aparılarkən də, qanuna uyğun olaraq, həbsdə saxlanıldım. Mənə hazırda hansısa prokurorluqda, ya da məhkəmədə cinayət işi açılmayıb. Faktiki olaraq, Ankarada öz işlərimin başındayam. Sizin saytınızda gedən məqalədə göstərildiyi kimi, “pul məsələsi”nə görə, heç vaxt saxlanılmadım, tutulmadım. Bu, sadəcə, Əyyubovların Türkiyədəki qəzetlərə pul qarşılığında yayımlatdığı yalan xəbərlərdir. İndi bu xəbərləri yaydıranlar, “pula görə saxlanılma” sənədlərini nəyə görə ortaya çıxara bilmirlər? Çünki bunların hamısı yalandır. Məsələ ilə bağlı yaxınlarda video müraciətim olacaq. Türkiyədəki qəzetlərin saytları sənədləri, faktları göstərdikdən sonra yazıları saytlarından çıxardılar. Çox xahiş edirəm ki, məsələ ilə bağlı mənim dediklərimi yayın, fikirlərimi yayın və hər kəs məsələnin nə olduğunu bilsin”.

Hacibala Abutalıbovun departament rəisinin Türkiyədəki biznesi – ARAŞDIRMA


Türkiyənin reyestr məlumatlarında hazırda dövlət məmuru olan Rəfail Mehralıyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib. R.Mehralıyev Bakı Şəhər Mənzil Kommunal Departamentinin rəisidir.

ilham-qasımov1-443x330.jpg

Departamentin strukturuna 14 qurum daxildir. Onlardan bəziləri bunlardır: Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, „Lifttəmir“ İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsidir.

Ər-arvad qapıbir qonşudur

Mehralıyevlərə məxsus olduğu bildirilən “AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkətinin nizamnamə kapitalı 9 milyon türk lirəsidi. Səhmlərdəki payı 2 milyon 800 min olan Mehralıyevin digər ortağı Almas Səfərovanın payı 2 milyon 200 min, digər ortaq Mualla Küfrevioğlunun payı isə 4 milyon türk lirəsidir. Yeri gəlmişkən, Almas Səfərova Mehralıyevin həyat yoldaşıdır. Türkiyə reyestrində ər-arvadın ünvanı eyni göstərilib – Əhməd Rəcəbli küçəsi 6, mənzil 48. Bakıda bu ünvan bircə fərqlə qeyd olunub, ər-arvad qapıbir qonşudurlar. Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatına əsasən R.Mehralıyev mənzil 48-də, həyat yoldaşı isə mənzil 49-da qeydiyyatdadır.

Mərkəzi Seçki Komissiyasının saytındakı qeydiyyat məlumatı.

 

Uluğ ailəsinin Azərbaycandakı layihəsi

“AZAR İnşaat Yol Yapı Taahhüt Ticaret Sanayi ve Limited” şirkəti 2010-cu ildə İstanbulda təsis olunub. Türkiyə reyestr məlumatlarına görə, şirkəti təsis edən Özcan Uluğ 2011-ci ilin yanvarında səhmlərinin bir hissəsini Rəfail Mehralıyevə ötürüb. Şirkətə qatılan R.Mehralıyevdən sonra Ö.Uluğ digər səhmlərini – həmin ilin mayında Almaz Səfərovaya verib.

Özcan Uluğ Türkiyədə inşaat sektorunda tanınan şəxslərdən biridir. Onun şirkəti əsasən yol işarələri, yolların xəritəsinin hazırlanması və onların müxtəlif avadanlıqlarla təmin olunması ilə tanınır. Uluğ ailəsi Türkiyə mətbuatında Azərbaycanda da müxtəlif layihələri gerçəkləşdirdiklərini vurğulasa da, onların ölkəmizdəki fəaliyyəti haqda bilgi əldə etmək mümkün olmadı.

“Ulukar Holdinq”ə ünvanlanan sorğuya cavabda isə bildrilir ki, şirkət Dərnəgül yol layihəsini hazırlayıb. Araşdırma zamanı əldə olunan sənədlər də o da məlum oldu ki, Uluğlar Mehralıyevin ortağı Mualla Küfrevioğluyla daha bir ortaqlığa malikdir. Həmin ortaqlıqda da adı keçən azərbaycanlı var – Əyyub Məmmədov.

Daha bir milyonluq şirkət

R.Mehralıyevin daha bir milyonluq şirkəti isə “LEDA Yatırım Turizm Madencilik İnşaat Ticaret ve Sanayi Limited” şirkətidir. Şirkət 2012-ci ildə təsis olunub. Elə həmin il ölkə başçısı İlham Əliyev Mehralıyevi inşaat işçisi olaraq „Tərəqqi“ medalı ilə təltif edib.

Türkiyə Vergi İdarəsinin rəsmi saytıTürkiyə Vergi İdarəsinin rəsmi saytı.

 

LEDA-nın nizamnamə kapitalı 2 milyon 700 min türk lirəsidir. R.Mehralıyevin payı 1 milyon 350 min, həyat yoldaşı Almaz Səfərovanın səhmlərinin dəyəri 800 min türk lirəsdir. Şirkətdə daha bir azərbaycanlının adına rast gəlirik – Elman Ağalarov. Onun səhmlərinin dəyəri 270 min lirədir. Dördüncü ortaq isə Türkiyə vətəndaşı Hakan Altundur. Onun da səhmlərinin dəyəri 270 min türk lirəsidir. Bu şirkət də İstanbulda təsis olunub.

Keçmiş polis rəisinin biznesi

Rəfail Mehralıyev qardaşı Mübariz Mehralıyevlə eyni ünvanda qeydiyyatdadırlar. M.Mehralıyev Naftalan şəhər polis idarəsinin keçmiş rəisi olub, polis polkovnikidir. O, 2015-ci ildə təyin olunduğu vəzifəsini cəmi 1 il sonra, 2016-cı ilin sentyabrında itirib.

Naftalan İcra Hakimiyyətinin saytıNaftalan İcra Hakimiyyətinin saytı.

 

Mübariz Mehralıyevın həyat yoldaşı Gülnarə Mehralıyevanın da şirkətləri, o cümlədən „Nare“ adlı restoranı var. Reyestr sənədlərindən bəlli olur ki, G.Mehralıyeva şirkətlərini Türkiyədə qeydiyyatda olduğu Mecidiyyeköy mah. Atakan sk. ünvanında qeydə aldırıb.

Türkiyə Vergi İdarəsinin rəsmi saytıTürkiyə Vergi İdarəsinin rəsmi saytı.

Birlikdə öz adlarına 3 şirkət qeydə aldıran ailənin birinci şirkəti 2012-ci ildə təsis olunub. Həmin şirkətin adı „ALLİANCE” Eğitim Turizm İnşaat Gida Ticaret Limited” Şirkəti olub. Şirkət 2014-cü ildə qapadılıb. Bundan sonra Gülnarə Mehralıyeva „NARE Gıda İşletmeceliği Sanayi ve Ticaret Limited” Şirkətini yaradıb. Ortağı isə Türkiyə vətəndaşı Banu Hayriye Mete olub. Şirkətin nizamnamə kapitalı 1 milyon türk lirəsidir. Bu vəsaitin 700 000 lirəsi G.Mehralıyevaya məxsusdur. Üçüncü şirkət isə „İLHAM Turizm Otomotiv Tekstil Sanayi ve Ticaret Limited” Şirkətidir. Şirkətin nizamnamə kapitalı 250 min türk lirəsidir. Bu sərmayənin də hamısı elə M.Mehralıyevə məxsusdur.

Türkiyə Vergi İdarəsinin rəsmi saytıTürkiyə Vergi İdarəsinin rəsmi saytı.

 

Mehralıyev zənglərə cavab vermir

Rəfail Mehralıyevin qeydiyyatda olduğu ev Əhməd Rəcəbli 6 ünvanında olsa da, 2 il əvvəl küçə nömrələri dəyişdirildiyindən sıralamada onu tapa bilmədik. Mehralıyevin işlədiyi departamentə, köməkçisinə zəng vurduq. Amma R.Mehralıyev zənglərə cavab vermədi.

Hesablama Palatası nəyi aşkarlayıb?

Hesablama Palatasının 2015-ci ilə olan hesabatında göstərilir ki, həmin il Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti dövlət satınalmalarını tender yolu ilə yox, birbaşa müqavilələr əsasında icra edib.

Palata hesab edib ki, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmayıb, işlərin istismara verilməsi barədə aktlar tərtib edilməyib və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmayıb. Palatanın məlumatına görə, audit tədbiri Bakı şəhərinin 12 inzibati rayonu üzrə Mənzil Kommunal Təsərrüfatı birliklərini (MKTB), 3 Xüsusi təyinatlı MKTB-ni və Departamentin strukturuna daxil olan 14 qurumu əhatə edib. 2015-ci ildə dövlət büdcəsindən Departamentə ayrılmış vəsaitlər “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə 80,6%, əsaslı vəsait qoyuluşu üzrə 83,6%, ehtiyat fondu üzrə 77,5% səviyyəsində icra olunub.

Dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondları üzrə 8 layihənin icrası nəzərdə tutulsa da, həmin layihələrdən 2-si üzrə, ümumiyyətlə, maliyyələşmə açılmayıb.

Hesabatda bildirilib ki, 2014-cü ilin gözlənilən xərcləri nəzərə alınmadığından mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və təmir xərcləri düzgün hesablanmayıb, mənzil fondunun zərərinin ödənilməsi üçün dövlət büdcəsi layihəsinə mənzil fonduna aid olmayan xərclər daxil edilib:

“Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” əsasında hesablanılmalı və təsdiqlənməli olan xərclərin proqnozlaşdırılması zamanı göstərilən normanın tələblərinə əməl olunmayıb.

Bakının mərkəzində ''26'' adlı kafeyə basqın zamanı Rəfail MehralıyevBakının mərkəzində “26“ adlı kafeyə basqın zamanı Rəfail Mehralıyev.

Bəzi MKTB-lər tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılmış və Departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılıb”.

Liftdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8,0 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılıb.

Hesabatda bildirilir ki, bəzi hallarda büdcə qanunvericiliyinə riayət olunmayıb. Dövlət büdcəsinin “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitdən “Mənzil və kommunal təsərrüfatı” bölməsinə aid olmayan (təyinatdan kənar məqsədə) vəsait yönəldilib.

Dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmayıb, oxşar obyektlər üzrə analoji əmsallar tətbiq olunmaqla müəyyən edilib, işlərin istismara verilməsi barədə aktlar tərtib edilməmiş və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmayıb, bəzi hallarda tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi nəticəsində smeta sənədlərinə və qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib, layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib.

Departament tərəfindən dövlət əmlakının uçotu qismən aparılıb, yolların əsaslı təmiri və yeni salınmış yolların dəyəri uçota alınmayıb və balanssaxlayıcıya təhvil verilməsi təmin olunmayıb, eyni hal mənzil fondu üzrə də təkrarlanıb. Dövlət əsaslı vəsait qoyuluşundan və yerli xərclərdən mənzil fondunun əsaslı təmirinə və bərpa-gücləndirmə işlərinə ayrılan vəsait hesabına yerinə yetirilən işlərin dəyəri mənzil fondunda binanın qalıq dəyərinə aid edilməyib.

Hesablama Palatasının Kollegiyası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin yol verdiyi nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını bildirib. Digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və buna yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə sənəd göndərilib.

Hüquqşünas rəyi

Hüquqşünas Yalçın İmanov “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 9.3.3 maddəsini şərh edərək bildirib ki, qanun vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir.

Hüquqşünas deyir ki, Cinayət Məcəlləsinə görə 308-ci maddə vəzifə səlahiyyətindən sui-istifadə hesab olunur və buna görə cərimə cəzası, eləcə də 3 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

 

Литва обвинила Россию в бомбардировке госграницы


Министр обороны Литвы Раймундас Кароблис заявил, что во время белорусско-российских тактических учений «Запад-2017» Россия отрабатывала варианты нападения на страны Балтии, передает Respublika.

«Важно, что Россия симулировала атаку на все страны Балтии», — заявил Кароблис.

По его словам, во время учений наблюдались очевидное использование тактических и стратегических решений и реальные бомбардировки близ литовской границы.

Россия максимально широко проинформировала НАТО о предстоящих учениях — организации были направлены «соответствующие приглашения», сказал министр.

Он также отметил, что Россия становится все более серьезной угрозой для прибалтийских стран и НАТО. «Это уже не армия, которая была в 2009 или 2014 году. 

Verschlagwortet mit

В Украине горит очередной склад боеприпасов


В Украине под Винницей на крупном военном складе взрываются боеприпасы, передает «112 Украина».
Жителей близлежащих сел эвакуируют.

Отмечается, что взрывы слышны в городе. Склад имеет общую площадь более 1000 гектаров и забит боеприпасами различных типов. Хранилище открытое, нормы загрузки склада превышены в несколько раз.

Ранее сообщалось, что в селе под Мариуполем днем 22 сентября произошли взрывы на складе боеприпасов, после чего начались пожары.

Как избирали нового швейцарского министра


Автор: Хелен Джеймс (Helen James) & Маргарита Майер (Marguerite Meyer)

Швейцарские федеральные министры — люди обычно скромные, звездной болезнью не страдающие. К тому же все основные решения принимаются в Швейцарии в кантонах, общинах и напрямую народом. Поэтому собственно на плечи правительства в Швейцарии ложится обязанность предотвратить «раскачивание» национальной лодки и обеспечить четкое и бесперебойное оперативное руководство.

319687420

Министр в Швейцарии — ничего особенного? Так и есть, с другой стороны для политического Берна смена караула в федеральном кабинете каждый раз становится желанным развлечением, позволяющим политикам немного отвлечься от рутины, политологам — еще раз продемонстрировать свое красноречие, а журналистам — отточить свои перья и навострить телекамеры. Но вернемся к выборам нового члена правительства.

Горячая фаза этой процедуры начинается вечером накануне, в уютных барах и ресторанах Берна, где, собираясь за рюмкой чая, политики, чиновники и депутаты обсуждают шансы тех или иных претендентов на министерское кресло. В Берне этот вечер называют «Ночью длинных ножей», намекая на то, что именно в эти часы «серые кардиналы» бернского полит-механизма решают, кому быть министром, а кому не быть.

От этих решений зависит также, будет ли в завтрашней выборной гонке в парламенте участвовать какой-то незапланированный независимый кандидат. Но на сей раз все прошло даже по швейцарским меркам удивительно быстро. Новым членом правительства Швейцарии был уже после второго раунда голосования избран Игнацио Кассис с результатом 125 голосов из 244 поданых (необходимое абсолютное большинство составило 123 голоса).

Второе место получил женевец Пьер Моде с 90 голосами депутатов, Изабель Море получила только 28 голосов. Игнацио Кассис с самого начала был в числе фаворитов. В первом раунде голосования он получил 109 голосов, П. Моде — 62 голосов,а И. Море 55 голосов. Все три претендента представляли партию швейцарских либералов (FDP, не путать, как это делают многие, с партией немецких Свободных Либералов, СвДП).

Автором данного контента является третья сторона. Мы не можем гарантировать наличия опций для пользователей с ограниченными возможностями.

Сможет ли Саакашвили превратить Украину из мафиозного государства в процветающую европейскую державу?


Передайте Михаилу Саакашвили: мужчины не сдаются. После бурного девятилетнего срока на посту президента Грузии, начавшегося с яростной антикоррупционной чистки, затем приведшего к короткой, но разрушительной войне с Россией (фашистское государство, признанное 27.01.15 Верховной Радой страной-агрессором) в 2008 году и завершившегося обвинениями в хищениях и авторитаризме, Саакашвили полон решимости вернуться к власти — но уже не в своей стране, а в Украине.

755061089206864

Саакашвили гениален и противоречив. Многие его поклонники — в основном, образованные и молодые грузины и украинцы — видят в нем рассудительного, бесстрашного лидера, способного разрубить тот узел непотизма, что превратил большинство бывших советских государств в клептократические автократии. В глазах скептиков, включая сотни тысяч уволенных им чиновников, он предстает безрассудным авантюристом, который в 2008 году спровоцировал российское вторжение на отделившиеся грузинские территории Абхазии и Южной Осетии. Они также считают его неустанным «выпендрежником», которого самореклама интересует больше, чем все остальное.

Проведя некоторое время с Саакашвили (в президентском дворце Тбилиси во время войны, где я без устали записывал все, что он рассказывал, распивая красное вино с корреспондентами до поздней ночи, а затем — в Нью-Йорке, где после отставки с поста президента он превратился в хипстера из Уильямсбурга), я поверил, что правы обе стороны. Саакашвили сочетает в себе высокие принципы и без пяти минут маниакальные личные амбиции, опрометчивость и нерушимую уверенность в себе. Это делает его одним из наиболее вдохновляющих и несовершенных политических деятелей современности.

Саакашвили ушел с поста президента Грузии в 2013 году, а его некогда популярная партия потерпела на выборах поражение. Режим, пришедший ему на смену, в классическом постсоветском стиле предъявил Саакашвили ряд обвинений в хищениях и злоупотреблении служебным положением, лишив его грузинского гражданства. Его политическая карьера получила второй шанс в 2015 году, когда украинский президент (и шоколадный миллиардер) Петр Порошенко предложил Саакашвили должность губернатора Одесской области

Украина — одна из самых коррумпированных стран мира, занявшая наряду с Россией 131-е место из 176 возможных в списке стран по индексу восприятия коррупции организации Transparency International. Самым коррумпированным регионом Украины признана Одесса; многонациональный портовый город славился своей преступностью почти с самого момента своего основания в 1794 году испано-ирландским наемником-авантюристом. Саакашвили, аки праведный мститель, с легкостью победил одесских жуликов. Реформу продажной дорожной полиции Грузии он провел путем увольнения всех без исключения офицеров, а также очистил от коррупции порт Поти посредством временной отмены таможенных пошлин.

Саакашвили считал, что подобная тактика нулевой толерантности сработает и в Одессе. Директором контролируемого мафией порта он назначил 27-летнюю политическую активистку Юлию Марушевскую и установил высокотехнологичную систему отслеживания всех отправлений и таможенных платежей, доступ к которой обеспечивался в режиме реального времени. Начальником полиции Саакашвили посоветовал назначить своего старого грузинского союзника Георгия Лорткипанидзе. Он привлек к своим антикоррупционным усилиям и зарубежных советников, в том числе сотрудника по борьбе с мошенничеством из полиции Лондона и чиновника пограничного агентства ЕС. Бейт Томс, адвокат американского происхождения и председатель Британо-украинской торгово-промышленной палаты, оптимистично высказался о превращении Одессы в «один из богатейших городов Восточной и Центральной Европы».

Однако этого не случилось. В ноябре 2016 года Саакашвили и Лорткипанидзе покинули свои посты, жалуясь на подрыв своих усилий по уничтожению одесских криминальных синдикатов со стороны самого Порошенко. Борясь с удручающими рейтингами одобрения и продолжавшейся войной против поддерживаемых Россией сепаратистов на востоке Украины, Порошенко столкнулся с выбором: возмущение криминальных кланов, от политической поддержки которых зависел, и поддержка кампании Саакашвили по реорганизации различных структур. Порошенко избрал политическую целесообразность. Затем, во время поездки по Америке в конце июля Саакашвили — изучавший право в Киеве и свободно владеющий украинским и русским языками — был на непонятном формально-юридическом основании лишен украинского гражданства. С тех гражданства у него формально нет.

Саакашвили мог легко подать заявление на предоставление ему политического убежища в любой стране благодаря наличию у него множества влиятельных союзников, в том числе сенатора от штата Аризона Джона Маккейна, назвавшего его своим хорошим грузинским другом в ходе президентских внешнеполитических дебатов против Барака Обамы в 2008 году. Однако он решил вернуться в украинскую политику, причем в буквальном смысле слова. Ранее в этом месяце Саакашвили в сопровождении нескольких сотен сторонников, европейских парламентариев и украинских политиков попытался пересечь польско-украинскую границу на поезде. Порошенко пришлось мобилизовать значительные пограничные силы, чтобы его остановить. Покинув поезд, Саакашвили и компания сели в автобусы и попытались пересечь границу в другом месте, которое было, как им сказали, закрыто из-за угрозы взрыва. Не останавливаясь, они направились на третий пункт пограничного контроля, причем транспортные средства сторонников Саакашвили образовали живой клин, центром которого был он сам, и прорвались через оцепление украинского ОМОНа. Позже вечером он уже обращался к аплодирующей толпе возле мэрии Львова.

Саакашвили утверждает, со значительной долей справедливости, что отмена его гражданства была незаконной и что он планирует оспорить ее в суде, как и свои права. Но в то же время он подвергается большому риску. Его экстрадиции потребовали грузинские суды (Саакашвили небезосновательно отклонил обвинения в злоупотреблении служебным положением как политически мотивированные). И хотя генеральный прокурор Украины заявил, что за незаконное пересечение границы его преследовать не будут, свобода Саакашвили сейчас находится во власти местной партийной политики.

В тему — За тяжкое государственное преступление Саакашвили приговорен к высшей мере — штрафу в 3400 грн

Вопрос в том, хватит ли Порошенко решимости рискнуть превратить Саакашвили в мученика, а себя — в международного изгоя. Порошенко отчаянно нуждается в экономической поддержке со стороны Евросоюза и Международного валютного фонда. Тюремное заключение Саакашвили, давнего любимчика Запада, уничтожит последние следы авторитета Порошенко.

Ему также нужна поддержка со стороны США. В июле Порошенко прибыл в Вашингтон, чтобы лично просить Дональда Трампа оказать давление на Россию посредством санкций в отношении связанных с Кремлем лиц и компаний в качестве наказания за их постоянную поддержку сепаратистам на востоке Украины. Порошенко также просил Трампа отправить оружие для борьбы с российскими оккупантами, на что США до настоящего времени ни разу не соглашались. Тюремное заключение Саакашвили осложнит оба эти начинания.

В тему — Порошенко признался, что Трамп не дает Украине Javelin

Но более сложная загадка заключается в том, сможет ли Саакашвили благодаря своей яркой и агрессивной манере поведения добиться успеха в своем крестовом походе и превратить Украину из неблагополучного мафиозного государства в процветающую европейскую державу. В июне Саакашвили основал политическую партию, основанную на борьбе с коррупцией и сыгравшую, несмотря на свои низкие рейтинги, важную роль в принятии Порошенко решения убрать со сцены своего соперника-бунтаря. Саакашвили уже пообещал выступить против Порошенко на следующих президентских выборах.

На карту поставлено гораздо больше, чем одна лишь политическая карьера и свобода Саакашвили. Весь вектор внешней политики Запада по отношению к бывшему Советскому Союзу, в том числе и России, с момента окончания холодной войны заключался в поощрении верховенства права, демократии и свободы слова, в обещании последующего за реформами процветания. Две народные революции в Украине и одна в Грузии (Оранжевая революция и Майдан 2004 и 2014 годов, а также Революция роз 2003-го) продемонстрировали гнев народа в попытке свергнуть коррумпированные режимы, поддерживаемые Москвой, в пользу предположительно добросовестных проевропейских и пронатовских правительств.

Надежды всех трех революций, в том числе благодаря российскому вмешательству и военным, с позором рухнули в результате коррумпированности бизнеса — ничего необычного. Если есть хоть какая-то надежда на то, что постсоветские народы смогут наконец-то «зажить как люди», то таким пылким реформаторам, как Саакашвили, придется добиться успеха. Он может быть сколь угодно безрассудным эгоистом, но в любом случае он ближе других к европейским борцам за правое дело против ультранационализма, клептократии и российской агрессии.

„Дальше будут просто сдирать уже кожу до костей“, – Хакамада огорошила россиян прогнозом из-за падения цен на нефть


В 2018 году россиян ожидает волна экономических репрессий со стороны правительства РФ на фоне снижения мировых цен на нефть. Кремль усилит давление ради покрытия бюджетного дефицита.

dd29acee9d1a12eab34ffd4b6ed399e6

Такой прогноз озвучила российский политик Ирина Хакамада.

По ее мнению, существует несколько сценариев преодоления падения цен на углеводороды на мировом рынке. Вероятнее всего, Кремль изберет пессимистический.

„Что после этого (президентских выборов в РФ 2018 года – ред.) весь популизм закончится, и дальше будут просто сдирать уже кожу до костей.

Поднимать налоги, душить все, лишь бы каким-то образом решить проблему с экономическим не ростом даже, а покрытием дефицита“, – сказала Хакамада.

На радикальные шаги официальную Москву подтолкнут ожидаемые в конце 2017 года падение цен на нефть, что автоматически ослабит российский рубль. Хакамада напомнила, что Россия торгует сырьем и волнения на рынке экспорта ухудшают положение Кремля.

„У нас очень много проблем“, – Путин признался, что с экономикой России


Несменный хозяин Кремля Владимир Путин вынужден был признать, что в России значительно ухудшилась ситуация с бедностью. Об этом он заявил в интервью американскому телеканалу NBC, передает „Диалог.UA“.

img_2558

Путин отметил, что сейчас в экономическом плане Россия имеет очень много проблем, в частности, он упомянул серьезный рост обеднения населения страны. Президент заявил, что такие негативные процессы связаны не с его агрессивной внешней политикой, а изменением „качества экономики“.

Вместе с тем российский лидер не упустил случая похвастаться своим главным достижением на посту президента: наращиванием военной мощи России. „(Сейчас – ред.) совершенно другие Вооруженные силы по сравнению с тем, что было, скажем, 15 лет тому назад“, – заявил горделиво Путин

Госдеп США выступил против экстрадиции Саакашвили в Грузию


Специальный представитель Госдепартамента США по вопросам Украины Курт Волкер заявил, что если Михаила Саакашвили экстрадируют в Грузию, это прежде всего навредит Грузии и ее политике.
1478778074.jpg
Волкер выразил надежду, что все останется как есть, несмотря на то, что Грузия уже послала Украине требование об экстрадиции Саакашвили.
По его же словам, события последнего времени, связанные с экс-президентом Грузии и его активностью, отдаляют Украину от значимых вопросов.
„Украине многое предстоит сделать: демократические, экономические реформы, безопасность, урегулирование конфликта с народом Донбасса. Думаю, действия Саакашвили отдаляют нас от этих важных вопросов. Перевод внимания ничего хорошего не даст. Не думаю, чтобы такая драматизация была полезной для Украины или Грузии. У Украины впереди действительно много неотложной работы, и она не должна терять время на это. В то же время Украина должна доказать, что там есть верховенство закона, все должно произойти справедливо“, – заявил Курт Волкер.

 

​В Донецке подорвали министра «ДНР»


Сегодня утром в центре Донецка на проспекте Мира прогремели два взрыва.

Cовершено покушение на «министра доходов и сборов» самопрозглашенной ДНР Александра Тимофеева

Было два взрыва, совершено покушение на министра доходов и сборов ДНР Тимофеева. Он в критическом состоянии», – сказал источник в силовых ведомствах «республики».

КАК ЖИВЕТ АРСЕН АВАКОВ.Недвижимость Авакова в Италии за 14 миллионов евро


1168011

Порадуйтесь за министра и оцените его дальновидность, ведь элитной недвижимости в Италии, в отличие от украинской экономики не угрожает дефолт

Национальное бюро расследований Украины, в частности, Сергей Федорчук, обнаружили, что Арсен Аваков и его супруга Инна присматривают недвижимость в Италии, причем стоимость некоторых предложений достигает 14 миллионов евро. Данные подтверждаются оригиналами электронных писем, которые можно свободно проверить (в том числе и на наличие цифровой подписи), передает КиевПравда.

В базе ukroleaks содержится переписка министра внутренних дел Украины, гражданина Республики Панама Арсена Авакова с целым рядом весьма интересных персонажей:

— пресс-секретарем Натальей Стативко (это будет особенно интересно для СМИ. Тут и причины отказа тем или иным медиа в интервью, тут и госнаграды «своим» журналистам и многое другое);

— руководителем управления по борьбе с киберпреступностью Сергеем Демедюком;

— народным депутатом Верховной Рады и внештатным советником министра Антоном Геращенко;

— «прикормленными» журналистами вроде Юрия Чевордова из харьковского издания «Главное», Сергеем Николаевым из «ОРД» и широко известным в узких кругах Станиславом Речинским;

— с заместителем министра Экой Згуладзе;

— с бывшей начальницей управления МВД по возврату незаконных активов, VIP-аферисткой Еленой Тищенко.

Электронная переписка Авакова со своим доверенным лицом в Италии Ашотом Амиряном подтверждает, что министр и его жена Инна являются учредителями фирмы “Avitalia SRL”.$

avakovnet16.png

 

Кстати, Аваков этого и не скрывал. Ранее он опубликовал в блоге в “Украинской правде” свою декларацию о доходах за 2014 год.

В ней среди прочего содержится несколько строчек о некой итальянской компании “Avitalia SRL”.

avakovnet18-500x210.png

Но самое интересное вовсе не это, а то, какую недвижимость присматривает чета Аваковых для приобретения через эту фирму в Италии: роскошные виллы, висящие на скалах, средневековые башни, просто огромные дома с бассейнами у моря.

И, судя по ссылкам на сайты люксовой итальянской недвижимости, стоимость лотов составляет многие миллионы евро.

Порадуемся за министра и оценим его дальновидность, ведь элитной недвижимости в Италии, в отличие от украинской экономики не угрожает дефолт.

avakovnet20-500x339.png

Вполне возможно одну из этих люксовых вилл на солнечном итальянском берегу Арсен Борисович хочет замаскировать под якобы “представительство” МВД Украины в Италии. Напомним, что о таком сценарии еще в июле писал известный украинский сайт “Спротив” со ссылкой на заявление народного депутата Сергея Каплина.