Jurnalisti təhqir edən direktorun milyonluq villaları – FOTOLAR


Jurnalisti təhqir edən Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın dəbdəbəli villalarının görüntüləri üzə çıxıb.

1504106023_9-4-1024x576

A24.az „xəbər verir ki, sözügedən bahalı villalar paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşir. Villaların qiymətinin milyon manatdan çox olduğu deyilir. Həmin villaların direktor Nailə Məmmədovaya aid olmasını kənd sakinləri də təsdiq edib

Qeyd edək ki, Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.

Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda „bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün sayt Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb. Özünü direktor müavini kimi təqdim edən şəxs sayt əməkdaşını təhqir və təhdid edib.

„Get, işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get, öyrən, gör, sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa, yaz! „Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib, başına oyun açaram. Çox ayıb olsun. Sənin „Axar.az”ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun… Tərbiyəsiz!”

Azərbaycanlı idmançı Livanda faciəvi şəkildə öldü


İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan  Naxçıvanın Şərur rayonundan olduğu bildirilən X.Əliyev , 3 gün əvvəl Livanın Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib:

1504124346_xe4

„Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ  12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər.

Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.

X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.

PULU MƏN ALMIŞAM, MEHMAN ƏLİYEV YOX” – Eynulla Fətullayev


“Saytımız, çoxunun iddia etdiyi kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb”

“Layihənin pulunu mən almışam, Mehman Əliyev yox”. Bu sözləri “Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev deyib.

BA268C2D-A368-446A-AA2A-5DE2AE166CDA_mw1024_n_s

“Turan” İnformasiya Agentliyinin rəhbərliyinə qarşı irəli sürülən ittihamlara münasibət bildirən E.Fətullayev deyib ki, saytları yaratmaq üçün Qərb fondlarından qrant alıb və bu işdə ona Mehman Əliyev kömək edib: “Mən onda Sorosdan, Norveç və Almaniya hökumətlərindən haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollardan çox pul aldım. Bizim saytımız, çoxunun iddia etdiyi kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər.

Mən həqiqətən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox”.

Qeyd edək ki, avqustun 29-da Vergilər Nazirliyinin İstintaq İdarəsində Nəcəf Nəcəfov Fondunun başçısı, “Turan” İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev dindirilib. Bu barədə virtualaz.org-a Ş.Hacıyevin özü məlumat verib. İstintaq İdarəsi N.Nəcəfov Fondunun fəaliyyətinin araşdırılmasına başlayıb. Mehman Əliyev fondun altı təsisçisindən biridir.

Ş. Hacıyevdən xüsusən 2011-ci ildə Norveç səfirliyi və Soros fondu tərəfindən N.Nəcəfov Fonduna ayırılmış qrantlar haqda soruşublar. Eynulla Fətullayev rəhbərlik etdiyi saytlar vasitəsilə məhz həmin məsələyə aydınlıq gətirib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.