Beləki 35 gun oncə Karasu şirkətinə məxsus „Bakineç“ adli 1961 il istehsali olan yeralti təmir agregati dovlət nömrə nisanı 18 T 088 təmir adi altinda „Texoil“ sirkətinə göndərilərək təmirinə 60 000 azn pul silinib. Nəqliyyat vasitəsi təmirdən yeniadından gəlsədə nasazliq ucbatindan istismara buraxilmayib.
Heç bu haqda Istismar akti tərtib olunmayıb.

FHN tərəfindən istismara yararligi barədə sinaq testi kecirilməyib. Adı çəkilən nəqliyyat vasitəsi hal hazirda Karasu sirkətinin nəqliyyat bölməsinin təmir bazasinda qalmaqdadir.
„Bakines“ 18 T 088 agregati „Texoil“ sirkətinə Karasu sirkətinin nəqliyyat meneceri Arif Alisov ve nəqliyyat sexinin rəisi Adil Bəylərov tərəfindən göndərilib
Məlumat üçün bildirlir ki , hər iki şəxs yaxın qohumdur(bacanaqdır) eyni zamanda Karasu Əməliyyat Şirkətinin təminat şöbəsinin meneceri Arif Alişov məsələnin qabardılmaması üçün öz həmkarlarına bu işlərdə Prezidentin qizi Arzu Əliyevanın adını hallandırır.Məsələnin araşdırılması üçün Arif Alişovun korrupsiya əməllərini ispat edəcək böyük maliyyə yeyintisi sənədləri vitse prezident Mehriban Əliyevanın şəxsən özünə göndəriləcək.Miliyonlarla dollar vəsaitin yeyilməsi işində Karasu Əməliyyat Şirkətinin nəqliyyat sexinin müdiri Adil Bəylərovunda əməyi az deyildir.Belə ki ,o hər yerdə DTX nin idarə rəisi General Ceyhun Şadlinskinin adını cəkərək məmurun onun yaxın qohumu oldugunu dilə gətirir bu işlərdə onların əl ayagına dolaşanları DTX generalı Ceyhun Şadlinski tərəfindən cəzalandırılacagı ilə hədələyir.
Məlumatda bildirilir ki , Adil Bəylərovun oglu ,İlkin Bəylərov DTX-nin əməliyyat müvəkkilidir.Artıq 10 ildir Karasu Əməliyyat Şirkəti icərisinə sızıb cirkin əməllərdən çıxan Akif Covdarov və Rəsul Rəsulov mafiyasi bu gündə Prezident ailəsinin adından acıq aşkar istifadə edərək Karasu Əməliyyat Şirkətini talayırlar
Beləki adları illərdir korrupsiya qalmagalənda hallanan nəqliyyat sahəsi üzrə menecer Arif Alişov qulluq və vəzifə səlahiyyətlərini aşaraq özunə məxsus 90 TM871 nomrəli „niva“ markali nəqliyyat vasitəsini „Gts Solition Alyan“ şirkəti vasitəsi ilə Karasu sirkətinə 1 günü 90 AZN-ə icarəyə götürdüb və hal hazırda nəqlıyyat sexinde kirayədədir
Nəzərə alaq ki ,təkcə 2015 -16 və 2017 illərdə Karasu sirkətinin nəqliyyat sexindən 200 nəfər ixtisar adi altinda xaric olinmuslar. Şirkət rəhbərliyi ısə ixtisar olunanlari sirkətdə yaranan maliyyə cətinliyi ilə əlaqələndirmislər. Gorunduyu kimi sirkətin maliyyə cətinliyinin səbəbləri artıq göz qabagindadir.

Bundan başqa əldə olunan məlumatda bildirilir ki, təkcə 2015,16,17 ıllərdə „Karasu Şirkətinə“ nəqlıyyat vasitələri üçün 9 milliyon dollarlıq ehtiyyat hissələri yazıldığı halda bu yalnız sənəd üzərində qalırmiş əslində isə şirkətə həç bir ehtiyyat hissəsi gətirilmirmiş.
Daha sonra bilditilir ki,bütün işlərdə cinayətkar şəbəkə ilə əlbir olub Karasu Əməliyyat Şirkətini talayan şirkətin maliyyə işləri üzrə rəisi Nazim Babaşyev istintaqa cəlb olunarsa bütün korrupsiya əməllərini bir bir söyləyər!
Beləkı hal hazırda 2017 ilin birinci rübündə Karasu şirkətinın nəqliyyat vasitələrinə 400 min AZN ehtiyyat hissələri yazılsada şirkətin anbarına heç bir avadanllq daxil olmamışdır.
Şirkətin anbarı xüsüsi mühafizə olunur müşahidə kameraları 24 saat şirkət anbarını və ərazisini izləyir
Əgər əlaqədar qurumlar bununla bağlı kameralara baxış keçirib ,şirkət anbarina daxil olan istənilən malı araşdıra bilər.
„Global Energy Şirkəti“-nin təhlükəsizlık menecerı MTN bandasının baş qəhrəmanı Rəsul Rəsulovın qohumu Vüqar Rasulovdur
Bütün bu işlərin başında duran şəxslərdən biri Global Energy holdinginin Təminat meneceri isə İntiqam Sadiqovdur.GTS Solition Alyans offşore şirkətini təsis edən şəxsdir.SOCAR-ın xarici investisya idarəsinin rəisi Vaqif Əliyevin sag əli sayılan bu şəxs Xarici Neft Şirkətlərində korruspiya məsələlərinin başında dayanır
Karasu Şirkətinin nəqliyyat sahəsində fəaliyyət göstərən icarə şirkəti GTS Solitions Alyans ofşor şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin qizları Arzu və Leyla Əliyevaya oldugunu şirkət meneceri Arif Alişov 2015 ildən çəkinmədən söyləyir.
Bildiririk ki ,GTS Solitions Alyans adlı offşore şirkəti Karasu Əməliyyat Şirkəti ,Şirvan oil o cumlədən Abşerov , Neftcala oil şirkətlərində artıq 5 ildir heç bir vergi ödəmədən fəaliyyət göstərir.İllik gəliri isə 5 miliyon dollardır

Məlum olmuşdur ki ,Arif Alişov ,Adil Bəylərov və Şirvan oil şirkətinin vitse prezidenti ,İslam Ovciyev o cümlədən Global Energy şirkətinin bir neçə rəhbər işcisi Hikmət Alişov və Təminat işləri üzrə menecer İntiqam Sadiqov, qabaqcadan əlbir olaraq eyni zamanda vəzifə səlahiyyətlərindən sui istifadə edirək ,şirkətə lazim olan nəqliyyat vasitələrini *nəqliyyat vasitəsinin satış dəyərindən 10 dəfə artıq qiymətlərə alaraq külli miqdarda özlərinə qazanc əldə ediblər.Məsələnin üstü acılan zaman isə bu işlərin arxasında Prezident qizlarının durdugunu dilə gətirərək məsuliyyətən yayınmışlar.
Bundan başqa həmin şəxslər qabaqcadan əlbir olaraq öz aralarında Karasu Əməliyyat Şirkətinə məxsus dəyəri 2 miliyon dollarlıq Amerika istehsalı olan İdeko tipli qazma qurgusunu şirkət ərazisindən gizli yollarla cıxardaraq Emin adlı şəxsə satmışlar.
Karasu ƏŞ inventarı sayılan İdeko qazma qurgusu hal hazirda Kazaxstanın Aktau şəhərində 500 min usd qiyməyində Emin adlı şəxs tərəfindən satılır
Bundan başqa Karasu ƏŞ aid olan iki ədəd UPA70 tipli agregatlar məhz Arif Alışov və Adil Bəylərovun uzaq görən ogurlug təcrübələri nəticəsində gizlincə şirkət ərazisindən cıxarılaraq başqa başqa şəxslərə ümumilikdə 60 min dollara satılmışdır
Bu barədə sənəd sübutlarla tbir necə il əvvəl sayıtımızda məlumat yayınlamışdıq amma təssüflər olsun ki,o zaman MTN -dəki Rəsul Rəsulov bandası və onun adı keçən şirkətlərdə mühafizə xidmətinin rəisi vəzifəsində çalışan qohumu Vuqar Rəsulovun sayəsində bu ogurluq işinin üstü qapadıımışdır
Bu cür hallar artıq 2010 ildən davam etməkdədər.Dəfələrlə mətbuatda adları çəkilən şəxslərlə baglı silsilə korrupsiya faktları yayılsada hələki bu korrupsioner dəstə barəsində İlham Əliyev hakimiyyəti heç bir hüquqi tədbir görmək istəmir.
Amma bu sənədlər fakt olaraq qalmaqdadır. Buna göz yumanlar və bu cinayəti edən şəxslər yayınlanmış bu faktlarla baglı bir gün məsuliyyət daşıyacaqlar
Nəqliyyat vasitələrinə Karasu və Şirvan oil şirkətlərində baxış kecirən yerli işcilər Russiyadan zavod adi ilə alınan nəqliyyat vasitələri yeni olmadıgını aşkara çıxarmışlar.Əməliyyat Şırkətləri üçün alınması nəzərdə tutulan xüsusi texnikaların yerinə Russiyanın Dagistan respublikasında və Tatarısdanda köhnə model xüsusi nəqliyyat vasitələrini rənglədərək Rusya Federasyasında özlərinə məxsus olan şirkətlər üzərindən həmin texnikaları Azərbaycana gətirmişlər və nəticədə miliyonlarla dollar özlərinə qazanc əldə etmişlər

Zavoddan yeni adla alınan nəqliyyat vasitələri Şirkət ərazisində cəmi 6 ay işləmişdır.
Mövzunu gündəmdə saxlayacıq və Karasu Əməliyyat Şirkətinin rəhbərləri haqqında yeni korrupsiya sənədləri yayınlayacıq
Fuad Agayev