Təcridxana rəhbərliyi: “Ə. Muxtarlının qanında şəkərin miqdarı normadan yüksəkdir”


“Əfqan Muxtarlının səhhəti hazırda kafidir. Bakı İstintaq Təcridxanasında onun təzyiqinə, qanındakı şəkərin miqdarına nəzarət edilir”.

wp-image-918158741

Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun və təcridxananın tibbi-sanitar hissənin rəisi Qurban Hüseynovun həbsdəki jurnalistin vəkillərinə məktubunda belə yazılır. Bu haqda Azadlıq Radiosuna jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilləri ayın əvvəlində təcridxana rəhbərliyinə müraciət edərək, Ə.Muxtarlının sağlıq durumunun nəzarətdə saxlanmasını, gərəkli müayinə-müalicələrin təmin edilməsini istəmişdilər.

Təcridxana rəhbərliyinin cavabında bildirilir ki, Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasına yerləşdiriləndən – iyun ayının 1-dən gərəkli tibbi müalicə-müayinə ilə təmin edilib.

“Müayinəsi zamanı Ə.Muxtarlı şəkərli diabet xəstəsi olduğunu bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji müayinələrdən keçirilib. Müayinə zamanı yalnız şəkərinin normadan bir qədər yüksək olduğu müəyyən edilib. Ona dəstəkləyici dərmanlardan istifadəni davam etdirməsi məsləhət görülüb. Qanda şəkərin səviyyəsinə nəzarət məqsədilə qlükometr cihazını daim yanında saxlaması üçün tapşırıq verilib”, təcridxana rəhbərliyi vəkillərə bildirib.

Məktubda o da qeyd olunur ki, Ə.Muxtarlı təcridxanada saxlandığı müddətdə daim həkim nəzarətində saxlanıb, kardioloq və endokrinoloq onu konsultasiya edib.
Bu müddət ərzində Ə.Muxtarlının səhhətində xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət – arrterial təzyiq, qanda şəkərin miqdarının kəskin yüksəlməsi halının damüəyyən edilməyi bildirilir.

Bir müddət öncə vəkilləri jurnalistin sağlıq problemlərinin olduğunu açıqlamışdılar. Onun mədə ağrılarından əziyyət çəkdiyi, 21 kiloqram çəki itirdiyi bildirilmişdilər.

Bir neçə gün əvvəl isə jurnalistin vəkillərindən Nemət Kərimlionun ürəyində ciddi problemlərin olmasından bəhs etmişdi.

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Azadliq.info

Werbeanzeigen

Karasu Əməliyyat Şirkəti və Şirvan oil şirkətlərindəki miliyonlarla dollar korrupsiya qalmaqalında Prezident qizlarının adl hallanır.


Karasu_Operating_Company-102363-630626

Beləki 35 gun oncə Karasu şirkətinə məxsus „Bakineç“ adli 1961 il istehsali olan yeralti təmir agregati dovlət nömrə nisanı 18 T 088 təmir adi altinda „Texoil“ sirkətinə göndərilərək təmirinə 60 000 azn pul silinib. Nəqliyyat vasitəsi təmirdən  yeniadından  gəlsədə  nasazliq ucbatindan istismara buraxilmayib.
Heç bu haqda Istismar akti tərtib olunmayıb.

FHN tərəfindən istismara yararligi barədə sinaq testi kecirilməyib. Adı çəkilən nəqliyyat vasitəsi hal hazirda Karasu sirkətinin nəqliyyat bölməsinin təmir bazasinda qalmaqdadir.
„Bakines“ 18 T 088 agregati „Texoil“ sirkətinə Karasu sirkətinin nəqliyyat meneceri Arif Alisov ve nəqliyyat sexinin rəisi  Adil Bəylərov tərəfindən göndərilib

Məlumat üçün bildirlir ki , hər iki şəxs yaxın qohumdur(bacanaqdır) eyni zamanda Karasu Əməliyyat Şirkətinin təminat şöbəsinin meneceri Arif Alişov məsələnin qabardılmaması üçün  öz həmkarlarına bu işlərdə Prezidentin qizi Arzu Əliyevanın adını hallandırır.Məsələnin araşdırılması üçün Arif Alişovun korrupsiya əməllərini ispat edəcək böyük maliyyə yeyintisi sənədləri  vitse prezident Mehriban Əliyevanın şəxsən özünə göndəriləcək.Miliyonlarla dollar vəsaitin yeyilməsi işində Karasu Əməliyyat Şirkətinin nəqliyyat sexinin müdiri Adil Bəylərovunda əməyi az deyildir.Belə ki ,o hər yerdə DTX nin idarə rəisi General Ceyhun Şadlinskinin adını cəkərək məmurun onun yaxın qohumu oldugunu dilə gətirir bu işlərdə onların əl ayagına dolaşanları DTX generalı  Ceyhun Şadlinski tərəfindən cəzalandırılacagı ilə hədələyir.

screen-shot-2017-06-20-at-14.44.18

Məlumatda  bildirilir ki , Adil Bəylərovun oglu ,İlkin Bəylərov DTX-nin əməliyyat müvəkkilidir.Artıq 10 ildir Karasu Əməliyyat Şirkəti icərisinə sızıb cirkin əməllərdən çıxan  Akif Covdarov və Rəsul Rəsulov mafiyasi bu gündə Prezident ailəsinin adından acıq aşkar istifadə edərək Karasu Əməliyyat Şirkətini talayırlar

Beləki adları illərdir korrupsiya qalmagalənda hallanan nəqliyyat sahəsi üzrə menecer Arif Alişov qulluq və vəzifə səlahiyyətlərini aşaraq özunə məxsus 90 TM871 nomrəli „niva“ markali nəqliyyat vasitəsini „Gts Solition Alyan“ şirkəti vasitəsi ilə Karasu sirkətinə 1 günü 90 AZN-ə icarəyə götürdüb və  hal hazırda nəqlıyyat sexinde kirayədədir
Nəzərə alaq ki ,təkcə 2015 -16 və 2017  illərdə Karasu sirkətinin nəqliyyat sexindən 200 nəfər ixtisar adi altinda xaric olinmuslar. Şirkət rəhbərliyi ısə ixtisar olunanlari sirkətdə yaranan maliyyə cətinliyi ilə əlaqələndirmislər. Gorunduyu kimi sirkətin maliyyə cətinliyinin səbəbləri artıq  göz qabagindadir.

Bundan başqa əldə olunan məlumatda bildirilir ki, təkcə 2015,16,17  ıllərdə „Karasu Şirkətinə“ nəqlıyyat vasitələri üçün 9  milliyon dollarlıq ehtiyyat hissələri yazıldığı halda bu yalnız sənəd üzərində qalırmiş əslində isə şirkətə həç bir ehtiyyat hissəsi gətirilmirmiş.

Daha sonra bilditilir ki,bütün işlərdə cinayətkar şəbəkə ilə əlbir olub Karasu Əməliyyat Şirkətini talayan şirkətin  maliyyə işləri üzrə rəisi Nazim Babaşyev istintaqa cəlb olunarsa bütün korrupsiya əməllərini bir bir söyləyər!
Beləkı hal hazırda 2017 ilin birinci rübündə Karasu şirkətinın nəqliyyat vasitələrinə 400  min AZN ehtiyyat hissələri yazılsada şirkətin anbarına  heç bir avadanllq daxil olmamışdır.
Şirkətin anbarı xüsüsi mühafizə olunur müşahidə kameraları 24 saat şirkət anbarını və ərazisini izləyir

Əgər əlaqədar qurumlar bununla bağlı kameralara baxış keçirib ,şirkət anbarina daxil olan istənilən malı araşdıra bilər.
„Global Energy Şirkəti“-nin təhlükəsizlık menecerı MTN bandasının baş qəhrəmanı Rəsul Rəsulovın qohumu  Vüqar Rasulovdur

Bütün bu işlərin başında duran şəxslərdən biri Global Energy holdinginin Təminat meneceri isə İntiqam Sadiqovdur.GTS Solition Alyans offşore şirkətini təsis edən şəxsdir.SOCAR-ın xarici investisya idarəsinin rəisi Vaqif Əliyevin sag əli sayılan bu şəxs Xarici Neft Şirkətlərində korruspiya məsələlərinin başında dayanır

Karasu Şirkətinin nəqliyyat sahəsində  fəaliyyət göstərən icarə şirkəti GTS  Solitions Alyans ofşor şirkətinin Azərbaycan Prezidenti İlham Əliyevin qizları Arzu və Leyla Əliyevaya oldugunu şirkət meneceri Arif Alişov 2015 ildən çəkinmədən  söyləyir.

Bildiririk ki ,GTS Solitions Alyans adlı offşore şirkəti Karasu Əməliyyat Şirkəti ,Şirvan oil o cumlədən Abşerov , Neftcala oil şirkətlərində artıq 5 ildir heç bir vergi ödəmədən  fəaliyyət göstərir.İllik gəliri isə 5 miliyon dollardır

Məlum olmuşdur ki ,Arif Alişov ,Adil Bəylərov və Şirvan oil şirkətinin vitse prezidenti ,İslam Ovciyev  o cümlədən Global Energy şirkətinin bir neçə rəhbər işcisi Hikmət Alişov və Təminat işləri üzrə menecer İntiqam Sadiqov, qabaqcadan əlbir olaraq eyni zamanda  vəzifə səlahiyyətlərindən sui istifadə edirək ,şirkətə lazim olan nəqliyyat vasitələrini *nəqliyyat vasitəsinin  satış dəyərindən 10 dəfə artıq qiymətlərə  alaraq külli miqdarda özlərinə qazanc əldə ediblər.Məsələnin üstü acılan zaman isə bu işlərin arxasında Prezident qizlarının durdugunu dilə gətirərək məsuliyyətən yayınmışlar.

Bundan başqa həmin şəxslər qabaqcadan əlbir olaraq öz aralarında Karasu Əməliyyat Şirkətinə məxsus dəyəri 2 miliyon dollarlıq Amerika istehsalı olan İdeko tipli qazma qurgusunu şirkət ərazisindən gizli yollarla cıxardaraq Emin adlı şəxsə satmışlar.

Karasu ƏŞ inventarı sayılan İdeko qazma qurgusu hal hazirda Kazaxstanın Aktau şəhərində 500 min usd qiyməyində Emin adlı şəxs  tərəfindən satılır

Bundan başqa Karasu ƏŞ aid olan iki ədəd UPA70 tipli agregatlar məhz Arif Alışov və Adil Bəylərovun uzaq görən ogurlug təcrübələri nəticəsində gizlincə şirkət ərazisindən cıxarılaraq başqa başqa şəxslərə ümumilikdə 60 min dollara satılmışdır

Bu barədə sənəd sübutlarla  tbir necə il əvvəl sayıtımızda məlumat yayınlamışdıq amma təssüflər olsun ki,o zaman MTN -dəki Rəsul Rəsulov bandası və onun adı keçən şirkətlərdə mühafizə xidmətinin rəisi vəzifəsində çalışan qohumu Vuqar Rəsulovun sayəsində bu ogurluq işinin üstü qapadıımışdır

Bu cür hallar artıq 2010 ildən davam etməkdədər.Dəfələrlə mətbuatda adları çəkilən şəxslərlə baglı silsilə korrupsiya faktları yayılsada hələki bu korrupsioner dəstə barəsində İlham Əliyev hakimiyyəti heç bir hüquqi tədbir görmək istəmir.

Amma bu sənədlər fakt olaraq qalmaqdadır. Buna göz yumanlar və bu cinayəti edən şəxslər yayınlanmış bu faktlarla baglı bir gün məsuliyyət daşıyacaqlar

Nəqliyyat vasitələrinə Karasu və Şirvan oil şirkətlərində baxış kecirən yerli işcilər  Russiyadan zavod adi ilə alınan nəqliyyat vasitələri yeni olmadıgını aşkara çıxarmışlar.Əməliyyat Şırkətləri üçün alınması nəzərdə tutulan xüsusi texnikaların yerinə  Russiyanın Dagistan respublikasında və Tatarısdanda   köhnə model xüsusi nəqliyyat vasitələrini rənglədərək Rusya Federasyasında  özlərinə məxsus olan şirkətlər üzərindən həmin texnikaları Azərbaycana gətirmişlər və nəticədə miliyonlarla dollar özlərinə qazanc əldə etmişlər

Zavoddan yeni adla alınan nəqliyyat vasitələri Şirkət ərazisində cəmi 6 ay işləmişdır.

Mövzunu gündəmdə saxlayacıq və Karasu Əməliyyat Şirkətinin rəhbərləri haqqında yeni korrupsiya sənədləri yayınlayacıq

Fuad Agayev

Merkeldən Ərdoğana sərt cavab: İstənilən müdaxiləni qadağan edirik!


Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatına sərt təpki verib.

photo

Merkel Ərdoğanı Almaniya vətəndaşlarının sərbəst seçim hüququna müdaxilə etməkdə günahlandırıb. Və bəyan edib ki, Almaniya hökuməti buna imkan verməyəcək.

“Biz heç kimə, eləcə də prezident Ərdoğana bizim vətəndaşların, eləcə də türk əsilli vətəndaşlarımızın sərbəst seçim hüququna müdaxilə etməyə imkan verməyəcəyik. İctimai fikrin formalaşmasına yönələn istənilən müdaxiləni qadağan edirik!”, – deyə Merkel bildirib.

Qeyd edək ki,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada yaşayan türkləri gələn ay bu ölkədə keçiriləcək seçkiləri boykot etməyə çağırıb