CAHANGIR ƏSGƏROV AZAL-ın 2 MİLYARDINI NECƏ “ƏRİDİB”? – Araşdırma


AZAL prezidenti həyat yoldaşı ilə müqavilə bağlayırsa…

azal-cahangir

AZAL aviaşirkətinin maliyyə hesabatları Azərbaycanda açıqlanmır. Amma Böyük Britaniyada nümayəndəliyi olan şirkət bunu həmin ölkədə etməyə məcburdur. Britaniyanın şirkətlər reyestrində açıqlanmış son maliyyə hesabatına görə, dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) aktivləri 2015-ci il ərzində 2 milyard dollar «əriyib» və 1,5 milyard dollara düşüb.
Müstəqil auditorun müsbət rəy verdiyi maliyyə hesabatında suallar doğuran təkcə bu məqam deyil.
AZAL-ın 2009-cu ildə Britaniyada açılan nümayəndəliyinin ortaya qoyduğu hesabatdan görünür ki, 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2 milyard 328,7 milyon dollardan 1 milyard 191,9 milyon dollara düşüb. 2009-2014-cü illərdə şirkət maliyyə hesabatını Azərbaycan manatı ilə tərtib etdiyi halda, 2015-ci ilin hesabatındakı göstəricilər ABŞ dolları ilə ifadə olunur. Bir çox ekspertlər hesab edir ki, əsas vəsaitlərin dəyərindəki titrəyiş heç də maliyyə göstəricilərinin valyutasının dəyişməsi ilə bağlı deyil.

Əmlak həmənkidir, qiyməti başqa

Öncəki maliyyə hesabatında 2014-cü ilin sonuna AZAL-ın əsas vəsaitlərinin dəyərinin 41 faiz artaraq, 1 milyard 826,6 milyon manata çatdığı göstərilirdi. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu bildirilirdi. Dörd səhifəlik hesabatda yazılmasa da, söhbət çox güman ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksinin istifadəyə verilməsindən, “Boeing 787”, “Dreamliner”, “Embraer-190” və “Embraer-170” təyyarələrinin alınmasından gedir

Hesabatın tərtib olunması standartlarına görə, o, əvvəlki illə müqayisədə əks olunmalıdır. Bu səbəbdən 2015-ci ilin maliyyə hesabatında əvvəlki ilin balans və maliyyə göstəriciləri ABŞ dolları ilə ifadə olunub. 2014-cü ildə manat dollardan daha «güclü» olduğundan, həmin ilin sonuna əsas vəsaitlərin dəyəri dolların məzənnəsinə (1 manat = 0,78 dollar) bölünməklə 2 milyard 328,7 milyon dollar təyin edilib. Növbəti il Azərbaycanda milli valyuta kəskin şəkildə, təxminən 2 dəfə dəyərdən düşdü.Maliyyə hesabatında bu, əsas vəsaitlərin birdən-birə 1 milyard 136,8 milyon dollar dəyər itirməsi ilə nəticələnib. Amma səbəb doğurdan da budurmu? Manatın dəyərsizləşməsi AZAL-ın aktivlərinin də dəyər itirməsi ilə sonuclanmalı idimi? Axı, əmlak elə həminkidir…

AZAL-ı yoxlayan suallardan qaçır

AZAL-ın maliyyə hesabatlarına, ən azı, 2009-cu ildən fasiləsiz olaraq auditor rəyi verən «M & J Accuracy Consulting» MMC-nin direktoru və auditoru Elçin Cəfərov Azadlıq Radiosu-nun bu barədə suallarına cavab verməyib. İzahı isə bu olub ki, auditi şirkətin başqa bir auditoru aparıb. Halbuki, 2016-cı ilin iyunun 6-da imzalanmış rəydə auditi onun apardığı qeyd olunub.
E.Cəfərov deyib ki, AZAL maliyyə hesabatının müstəqil auditini təkcə onun şirkətinə deyil, həm də «böyük dördlüyə» daxil olan auditor şirkətlərinə tapşırır. O, bu hesabatların surətinin «M & J Accuracy Consulting» MMC-də də olduğunu bildirib.

aeroport

Auditor: «Manat dəyər itirib, əmlak yox»

«Azaudit» MMC-nin auditoru Afiq İsrafilov deyir ki, maliyyə hesabatının qeydlər hissəsi ilə tanış olmadan əsas vəsaitlərin iki dəfəlik azalmasını birmənalı izah etmək olmaz. Çünki bu, əmlakın satılması, balansdan çıxarılmaqla uzunmüddətli icarəyə verilməsi, silinməsi, köhnəlmə hesablanması nəticəsində də baş verə bilər: «Əgər hesabat valyutası dollardan manata keçmiş olsaydı, məhz bu aspektdən əsas vəsaitlərin manat ifadəsilə dəyər artımını qəbul etmək olardı. Amma dollarla ifadə olunmuş əsas vəsaitləri manatın dəyər itirməsi amilini nəzərə almaqla dollarla iki dəfə «ucuzlaşdırmaq» praktik addım deyil».
Başqa bir maliyyəçi – Davud Məmmədov da deyir ki, kapital aktivləri yenidən qiymətləndirilmir. Belə olduğu halda AZAL-ın balans hesabatında real göstəricilərdən azı 1 milyard dollarlıq kənarlaşmanın olduğunu söyləmək olar.

AZAL «itirə-itirə uçur»

2016-cı ilin əvvəlinə AZAL-ın 120,6 milyon dollar debitor borcu vardı. Aviaşirkətin həmin dövrə qısamüddətli və uzunmüddətli öhdəlikləri 815,4 milyon dollar idi.
Manatın ucuzlaşması 2015-ci ildə AZAL-a 9 milyon 356 min dollar gəlir qazandırıb. Elə bu səbəbdən də şirkət 8 milyon dollarlıq əməliyyat zərərindən qurtula bilib. Şirkətin 2014-cü ildə 1,6 milyon manat, 2015-ci ildə isə 1 milyon 237 min dollar xalis mənfəət götürüb. Maraqlıdır ki, 2011-2015-ci illərdə AZAL təsərrüfat fəaliyyətini daim zərərlə başa vurub və mənbəyi açıqlanmayan «digər gəlirlər» (2011-ci il – 14,5 milyon, 2012 – 16,2 milyon, 2013 – 20,1 milyon, 2014 – 6 milyon manat və 2015 – 250 min dollar) sayəsində ili mənfəətlə başa vura bilib.

AZAL beynəlxalq istiqamətlərə bileti baza valyutası Avro olmaqla hesablayaraq manatla satır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-2015-ci illərdə AZAL-ın ölkə xaricinə sərnişin daşımaları sərnişin dövriyyəsinin 70 faizini təşkil edib. Sərnişin daşımalarından gəlirlərini 118 milyondan (2010-cu il) 267 milyon manata – o vaxtkı məzənnə ilə 341 milyon dollara (2014-cü il) çatdıran aviaşirkətin devalvasiyanın baş verdiyi 2015-ci il üzrə müvafiq göstəricisi 187,1 milyon dollara, yaxud təxminən 318,1 milyon manata düşüb.

1437504568_1

Başqa sözlə, manat hesabı ilə bilet satışından gəlir 51 milyon manat (19 faiz) artıb, amma dollar ifadəsində bunu demək olmur: gəlir 154 milyon dollar – 45 faiz azalıb. Bununla belə, AZAL təyyarələrin istismarına və saxlanmasına çəkilən xərclər nəzərə alınmaqla 2014-cü ildə sərnişin daşınmasından 55,5 milyon dollar, 2015-ci ildə isə 24,3 milyon dollar mənfəət götürə bilib.
«Azərbaycan Hava Yolları» QSC hava limanlarında yanacaq satan inhisarçıdır. Amma hesabatdan görünür ki, AZAL bu fəaliyyətdən 2014-cü ildə 29,2 milyon manat, 2015-ci ildə isə 20,3 milyon dollar zərərə uğrayıb.

AZAL-ın hesabatı haradadır?

Maliyyə hesabatını Azərbaycandan çox-çox uzaqda ingiliscə təqdim edən AZAL rəhbərliyi Azərbaycan ərazisində hesabatlılıq tələblərinə əməl etməyi, deyəsən, heç ağlına belə gətirmir. Həm nizamnaməsinə (5.3-cü bənd), həm də ictimai əhəmiyyətli qurum kimi statusuna uyğun olaraq, aviaşirkət illik konsolidə olunmuş (birləşdirilmiş) maliyyə hesabatını auditor rəyi ilə birlikdə «Şəffaflığın təmin edilməsi üçün» mediada dərc etdirməli, korporativ saytında yerləşdirməlidir. Amma o qanunvericiliyin tələbini pozan yeganə qurum deyil. Onun kimi digər dövlət və özəl şirkətlər («Azərbaycan Dəmir Yolları» QSC, «Azenco» ASC, «Baku Steel Company» MMC, «Silk Way Aviaşirkəti» MMC, «Bakcell» MMC və s.) də illik hesabatlarını ictimaiyyətdən gizli saxlayırlar.
Azadlıq Radiosu AZAL-a sorğu ilə müraciət edərək 2016-cı ilin maliyyə hesabatı ilə tanış olmağa şərait yaratmağı xahiş edib. Sorğu qəbul edilsə də, ona cavab verilməyib.

Cahangir Əsgərov həyat yoldaşı ilə müqavilə bağlayırsa, nəyi etməyə borcludur?

5D26142A-71EA-470F-ABBF-013AD379EA5F_s

330191_0b9e1bb61a32cb834ad829483c2dfd5eRəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın payçılarıdır. «Azərbaycan Hava Yolları» QSC-nin nizamnaməsində (5.4-1) deyilir ki, cəmiyyətin İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Söhbət həmin vəzifəli şəxslərin ailə üzvlərindən, onların iştirakçısı olduğu şirkətlərdən gedir.
Digər diqqət çəkən məqamlardan biri də budur ki, başqa dövlət şirkətlərindən fərqli olaraq, nə «Azərbaycan Hava Yolları» QSC-nin yaradılması haqqında 2008-ci ilin aprelində imzalanmış prezident sərəncamında, nə də şirkətin nizamnaməsində səhmdar kimi dövləti hansı qurumun təmsil etdiyi qeyd olunub. Şirkətin Müşahidə Şurası da yoxdur.

Nizamnaməyə əsəsən, aidiyyəti şəxslə dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərarı AZAL-ın 7 nəfərdən ibarət İdarə Heyəti qəbul edir. Aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən bu cür müqavilənin (müstəqil auditorun rəyi alınmaqla) bağlanılması haqqında qərarı isə Dövlət Mülki Aviasiya Administrasiyası qəbul edir.
Dövlət Mülki Aviasiya Administrasiyasından da sorğumuza tutarlı cavab almaq mümkün olmayıb. “AZAL prezidenti Cahangir Əsgərovun tutduğu vəzifənin icrası və öz ailə üzvlərinin biznes fəaliyyətinin kəsişməsi ilə bağlı məsələ nə vaxtsa DMAA-da müzakirə olunubmu?” Azadlıq Radiosu-nun bu sualına Administrasiyadan gələn cavabda deyilir ki, sorğu cavablandırmaq üçün “Azərbaycan Hava Yolları” QSC-yə göndərilib.

Mənbə Azpolitika

Werbeanzeigen

Donald Tramp Venesuelaya hərbi müdaxilə variantını istisna etmir


ABŞ Prezidenti Donald Tramp avqustun 11-də Venesuelanı silahlı müdaxilə ilə təhdid edib.

9d948_trump_maduro

Prezidentin bəyanatı Vaşinqtonun Venesueladakı siyasi böhrana reaksiyasında gözlənilməz eskalasiyanın yarandığını göstərir. Son günlər Venesuelada böhran böyük miqyas alıb. Yeni qanunverici orqan hazırda müxalifətin nəzarətində olan konqresin səlahiyyətlərini qəsb edəndən sonra hökumət əleyhinə qüvvələr hərbi bazadan külli miqdarda silah qarət ediblər

D.Tramp öz bəyanatında deyib: “İnsanlar əzab çəkir və ölürlər. Bizim Venesuelaya dair çoxlu variantlarımız, o cümlədən ehtiyac yaranarsa, mümkün hərbi müdaxilə variantımız var”.

Qeyd edək ki, Venesuelada dörd ay sürən iğtişaşlar zamanı 120 mindən çox adam qətlə yetirilib, minlərlə adam həbs edilib.

Paşayevlərin daha bir üzvünün ,Aida Mahmudovanın Avropa Banklarında miliyonları


Bakıda  Akademik Həsən Əliyev Küçəsində yerləşən bu əzəmətli bina ilk görünüşdən hansısa dövlət idarəsini xatırladır.

Bu yaraşıqlı bina YARAT” incəsənət mərkəzinin təsisçisi Aida Mahmudovaya məxsusdur.

Kimdir Aida Mahmudova.??? Sualımız qəribə səslənməsin.Aida Mahmudova Azərbaycanda 24 ildən artıq  fəaliyyət göstərən despotik  Əliyev – Paşayevlər ailə klan  rejiminin bir üzvüdür.Mehriban Əliyevanın bacısı Nərqiz Paşayevanın qızıdır.

Vitse Prezident Mehriban Əliyevanın  özüdə daxil bacısı Nərqiz Paşayeva  və qızları Ülviyyə, Aida artıq çoxdandır ki, özlərərini talama  biznesində də sınayırlar

10-6
«YARAT” incəsənət mərkəzi

«Professor» Nərgiz Paşayevanın qızı, «YARAT” incəsənət mərkəzinin təsisçisi Aida Mahmudova Paşayev klaninin,o cumlədən xalasi Mehriban Əliyevanın etibar etdiyi şəxslərdən biridir

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə məhz Mehriban Əliyevanın və Nərqiz Paşayevanın  Avropa Banklarında olan maliyyə  hesablarinin bir coxu Aida Mahmudovanin adınadır.

Mənbə yaxın vaxtlarda həmin hesablardan bir neçəsinin Aida Mahmudovaya aid  olmasını rəsmi təsdiq edən sənədlərlə birlikdə redaksiyamıza göndərilməsinə söz verib.Eyni zamanda mənbə Avropa Banklarında Aida Mahmudovanın adına saxlanılan pul vəsaitinin miqdarını göstərib.

57770

Isveçrə bank UBS 11 million euro

Fransa Gredit Agricole bank 42 millon euro

Deutsch bank 23 millon euro Almaniya

Banca dItalia 17 mln euro Italiya

UK Centrum  Bank 38 million funt sterling

Məndə iddia edir ki, hakim Əliyev və Paşayevlər ailəsinin Avropanın Karlovı Varı (Carlsbad) həndəvərində cəmləşən otellər və dəbdəbəli villalar tikilşlərinə vəsait məhz bu banklardakı hesablarından xərclənmışdır

INFOGRAFIC-Azerbaijan-cehia

Nərgiz Paşayeva  və qızlarının özəl biznes fəaliyyəti bununla məhdudlaşmır və xeyli vaxtdır ki, bu yirtici klan ailə Türkiyədə də kök salır.

A1914D19-CBB7-4B4D-AEC5-429BBD598D7F_cx0_cy20_cw0_mw1024_mh1024_r1_s
Nərgiz Paşayeva və qizi Ulviyyə 

İstanbul Ticarət Palatasının açıqladığı məlumata görə, 2011-ci ilin sentyabrında Nərgiz Paşayeva  və qızları otel xidmətləri sahəsində fəaliyyət göstərən “Onüçler Turizm İnşaat Senayi ve Ticaret Limited” şirkətini yaradıblar. Əsas hissəsi N. Paşayevaya məxsus olmaqla İstanbulun Beşiktaş məhəlləsində qurulan şirkətə 1 milyon türk lirəsi sərmayə yatırılıb. Şirkətə Ü.Rəhmanova başçılıq edir.

slide-1

Bu ilin aprelində Ülviyyə 50 min lirə ilkin sərmayə ilə yenə də Beşiktaşda restoran açır. Rəsmi məlumata görə, restoran “Nergis Restorant İşletmeciligi Gida ve Turizm Senayi Ticaret Limited” şirkəti olaraq fəaliyyət göstərir.

91e07220f959748bdede804d4ddb7801_featured_v2

Burada təcüblü görünəcək  heç nə yoxdur.Azərbaycan Respublikasının Konstitusyasına görə Ölkə Prezidenti  bizneslə məşğul ola bilməz. Prezidentin  illik maaşı 280 min dollardır. Ancaq tək maaşla kifayətlənməyən ölkə başçısı onun xanımı və hakim ailənin digər üzvləri ofşor şirkətləri vasitəsiylə  Azərbaycan Xalqının sərvətlərini talayırlar

Təkcə Panamada prezident ailəsinə məxsus olan 11 şirkət aşkar olunub.

 

 

 

Asiya inkişaf bankı, İlham Əliyev hakimiyyəti ilə birgə korrupsiya bataqlığında


Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın Şahdəniz 2 layihəsinin genişləndirilməsi üçün özəl və dövlət sektoruna 1 milyard dollar yardım ayıracağını hələ 2016 ilin dekabr ayında  açıqlamışıdır

20799348_1372616412787010_2595200562475914888_n

Bu barədə məlumat bankın rəsmi internet səhifəsində də  yerləşdirilmişdır

Yardıma Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinə 500 milyon dollar məbləğində özəl sektor krediti və 500 milyon dollarlıq kredit üçün zəmanətin verilməsi daxil idi .

Zəmanətin 51 faizi Azərbaycan hökumətinə, 49 faizi isə Dövlət Neft Şirkətinə aid olan Cənub Qaz Dəhlizi QSC-nin beynəlxalq banklar konsorsiumu tərəfindən verilən 526 milyon dollar dəyərində kommersiya kreditlərinə dəstək üçün nəzərdə tutulmuşdur.

AİB-in Direktorlar Şurası ötən ilin dekabrın 7-də “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə CQD-nin iştirak payı üzrə tələb olunan vəsaitin çatışmayan hissəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon ABŞ dolları kreditin ayrılması, eləcə də 15 il müddətinə 526 milyon ABŞ dolları sindikatlaşdırılmış kredit üzrə zəmanətin verilməsi ilə bağlı qərar qəbul edib.

Şahdəniz lahiyəsindən  Azərbaycanın əldə etdiyi mənfəətlə baglı ətraflı bilgiləri aşagıdakı linkdən  əldə edə  bilərsiniz

Tikla Oxu  Şahdəniz” yatagindan Neft fonduna sıfır mənfəət.SOCAR çökür

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın Şahdəniz 2 layihəsinə ayırdıgı kreditin ardınca ,Şimal-Cənub“ dəmiryolu dəhlizi layihəsi, eləcə də Azərbaycanın dəmir yolu sektorunun inkişafı üçün kreditin məbləğini artırıb.

Asiya İnkişaf Bankının rəsmi  saytına istinadən verdiyimiz  məlumata görə, bu məbləğ 200 milyon dollardan 400 milyon dollara qədər artırılıb.

Maraqlıdır Azərbaycan hakimiyyətinin 2017 il üçün nəzərdə tutdugu inkişaf planında dəmir yollarının yenidən qurulması  üçün  400 miliyon dollarlıq lahiyəbin olmadıgı halda bu pullar görəsən hansı məqsədlər  üçün alınır?!!!

Məlumatda həmçinin qeyd olunur ki, lazımi informasiya toplamaq üçün avqustun 1-11-də Azərbaycana səfər etməli olan AİB missiyası 28 avqust-8 sentyabr tarixlərində ölkəyə səfərə gələcək.

Kreditin təsdiq olunması ilə bağlı tarix hələ dəqiqləşməyib

Bu məsələ ilə bag ölkə vətəndaşları Azərbaycanı  borc bataqlıgına sürükləyən  İlham Əliyevin korrupsioner  hakimiyyətinin bu əməlini pisləməlidir

Etibarlı mənbədən aldıgımız məlumata görə Asiya İnkişaf Bankının Azərbaycan üçün  ayıracagı 400 milion dollar kredit məbləgi  ,əslində  Rusiyada iri  investisiya yatırımları üçün nəzərdə tutulan lahiyələri həyata keçirəcək şəxsə,yəni  Rusiya Prezidenti V.Putin qarşısında  öhdəçilik götürmüş     Azərbaycan Prezidenti  İlham Əliyevə borc olaraq veriləcək

 

İnformasiya bölməsi