Sabirabad rayon sakini, dövlət qulluqçusu,YAP Sabirabad rayon təşkilatının üzvü,rayonun sabiq təhsil şöbəsinin müdiri Elman Bünyadovdan müraciət daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Respublikanın birinci vitse–prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Baş Prokurorluq yanında Korrupsiya İdarəsinin rəisi cənab Kamran Əliyevə
Surəti: Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova
Surəti : Təhsil naziri cənab Mikayil Cabbarova
Sabirabad rayon sakini, birinci dərəcəli Dövlət qulluqçusu , Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov tərəfindən
ƏRİZƏ
Yazıb Sizə bildirirəm ki, mən 2010-2016- cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişəm 2012- ci ildən Rayon rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla sizə məlumat verirəm.
Xatirladım ki, 4000 ( dörd ) min manatdan aşağı olan işləri yazmıram.
- Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H. Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi – 28000 manat ( sübut , orada işləyən fəhlələr)
- Heydər Əliyev Mərkəzinin tikintisi zamanı gördüyüm işlər – 16000 manat (sübut, Mərkəzin tikintisi zamanı işləyən fəhlələr )
- H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı Uşaq bağçasının və S. Vurğun adına şəhər 3 saylı məktəbin ön hasarlarının tikintisi üçün – 22000 manat
- 20 Yanvar küçəsinin asfalt örtüyünün yendən qurulması – 18000 manat
- H. Əiyev prospekti 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi – 6000 manat
- Rayon İcra Hakimiyyətinin başçısı üçün avtomobilin alınması – 5200 manat
- Rayon Mədəniyyət Evinə kondisionerlərin alınması – 4400 manat
- Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi – 12500 manat
- Kürkənd kəndi ərazisində hasarların çəkilməsi – 11500 manat
- Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi – 13000 manat
- “ ASAN XİDMƏT” mərkəzinin tikintisi zamanı – 7500 manat
- Heydər Həmidov küçəsində fərdi yaşayış evlərinin hasarlarının dəyişdirilməsi – 4400 manat
- H. Əliyev adına Parkda Fontanın yendən qurulması – 5000 manat
- Dörd il müddətində Novruz bayramı, istər Yeni il şənliklərinin H. Əliyev parkında keçirilməsi zamanı ən azı- 4000 manat
- Sabirabad rayonunun 80 illik yubileyi ilə keçirilən tədbirə – 8000 manat
Bildirirəm ki, bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordunun Zabiti olan oğlumun Bakı şəhərində evini, maşınını, özümün evimi və maşınımı satmışam.
Sizə bildirirəm ki, Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib. Lakin 18 aydır ki , mən işsizəm. Hal–hazırda kirayədə yaşayıram. Dəfələrlə müraciət etməyimə baxmayaraq, hər hansı bir işlə təmin olunmuram. Aclıq və səfalət içərisində yaşayıram. Yazıb Sizdən xahiş edirəm ki, mənim görülən işlərə xərclənən pullarımın geri qaytarılmasında mənə köməklik edəsiniz
PS.Sabirabad rayon sakini, birinci dərəcəli Dövlət qulluqçusu Yeni Azərbaycan Partiyasının üzvü təhsildə 500 azn maaşla Elman Bunyad oğlu Bunyadov xərclədiyi 169500 AZN necə əldə edibmiş.Pulların gəlir bəyannaməsi olubmu