Paris yaxınlığında hərbçilərə hücum edilib, ağır yaralılar var


Fransa paytaxtı Parisin ətrafında yerləşən Levallua-Perre kommunasında „Sentinelle“ əməliyyatında iştirak edən hərbçilərə hücum edilib.

5fca80d4106af57c012e3f425550c531

„Report“ Fransa KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər avtomobili hərbçilərin üzərində sürüblər.

Yerli polis 6 hərbçinin yaralandığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda polis hücumda istifadə edilən avtomobili axtarır.