Polis rəisini Qusarda güllələdilər


Yaralı rəisi Qusar xəstəxanasına aparıblar

samir-xanbabayev (1)

 

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin oğlu, Binəqədidə mühafizə polisinin rəisi olan Samir Xanbabayevi Qusarda güllə ilə vurublar. Onu nazirlərdən birinin oğlu güllə ilə vurub. Samir Xanbabayevi Qusar rayon xəstəxanasına çatdırıblar. Yaralının durumu ilə bağlı xəbəri dəqiqləşdirə bilmədik. “Azadlıq”a məlumat verən şəxs iddia edir ki, onun Nabranda hansısa nazir oğlu ilə mübahisəsi düşüb, mübahisə gərginləşib və sonda güllə ilə danışmağa başlayıblar.

Werbeanzeigen

Prezident Tramp Ağ Ev aparatına yeni rəhbər təyin etdi


download

ABŞ prezidenti Donald Tramp ölkənin milli təhlükəsizlik naziri Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib.

Dövlət başçısı bu barədə öz Twitter hesabında yazıb.

“Mən general Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin etdim. O, gözəl amerikalı və dahi liderdir. Con həmçinin Milli Təhlükəsizlik Nazirliyində böyük işlər görüb. O mənim administrasiyamın əsl ulduzu olacaq” , – Tramp vurğulayıb.

Londonda ara qarışdı:maşınlar yandırılır


Britaniyanın paytaxtı Londonun şərqində dünən yüzlərlə maskalı şəxs hərəkətin gur olduğu Kinqslend-roud küçəsində etiraz aksiyası keçirib.

202609_src

Onlar yolu bağlayıblar, polisə daş və „Molotov kokteyl“ləri atıblar.

Daily Mail bildirir ki, iğtişaşların səbəbi 20 yaşlı qaradərili Raşan Çarlzın ölümüdür.

Ötən həftə R.Çarlzı polislər təqib etmişdilər. Avtomobilindən çıxıb qaçan R.Çarlz yol kənarındakı dükana girmiş və naməlum bükülünü udmuşdu.

Polis bu bükülünün narkotik maddə olduğunu ehtimal edir.

Xəstəxanaya aparılmış R.Çarlz orada keçinmişdi.

Dünən axşam saatlarında Hakni, Midllton-roud küçələrində də iğtişaşlar olub.

Dalston küçəsində isə barrikadalar quran aksiya iştirakçılarına Kinqslend-roudda, Raşan Çarlzın tutulduğu küçədə yürüş edənlər qoşulublar.