ABŞ Azərbaycanı insan alverində ittiham etdi


Dövlət Departamenti: “Azərbaycanda korrupsiya sistem problemi olaraq qalıb”

abs-usa

ABŞ Dövlət Departamenti 2017-ci il üzrə insan alveri hesabatını yayıb. Hesabatda dünya ölkələri təhlil edilib və onlar müxtəlif kateqoriyalar üzrə sıralanıb.

1-ci kateqoriya ölkələr insan alveri qurbanlarının qorunması qanununun minimum standartlarına tam əməl edən ölkələrdir. Qonşu ölkələrimiz Gürcüstan və Ermənistan bu kateqoriyaya daxil ediliblər.

Azərbaycanın da daxil olduğu 2-ci kateqoriya ölkələr isə nəzərdə tutulan qanunun minimum standartlarına tam əməl etməsə də, bu yöndə əhəmiyyətli cəhdlər göstərir.

3-cü kateqoriya ölkələr nə minimum standartlara tam əməl edir, nə də bu yöndə önəmli cəhdlər həyata keçirir.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alverçilərini cəzalandırmaqda və qurbanları müəyyənləşdirməkdə artan səylər nümayiş etdirib, qurbanların müdafiəsinə və dövlət sığınacaqlarına maliyyələşməni artırıb. Amma hökumət əsas sahələrdə minimum standartlara nail ola bilməyib. İnsan alveri qurbanının müəyyənləşdirilməsi və onların yönləndirmə mexanizminin rəsmi həyata keçirilməsində çatışmazlıqlar mövcud olub və hökumət QHT sığınacaqlarına lazımi maliyyələşməni təmin etməyib.

Dövlət Departamentinin hesabatında qeyd edilir ki, Azərbaycanda korrupsiya sistem problemi olaraq qalıb və hökumət vəzifəli şəxslərə qarşı hər hansı ittiham irəli sürülməsi barədə məlumat yaymayıb.

Son beş ilin məlumatına görə, Azərbaycan məcburi əmək və cinsi istismara məruz qalan kişi, qadın və uşaqlar üçün mənbə, tranzit ölkəsi və səyahət yeridir. Azərbaycanın kişi və oğlanları Türkiyə, Rusiya, BƏƏ və Azərbaycanda əmək istismarına məruz qalıb. Azərbaycanın qadın və uşaqları həm ölkə daxilində, həm də Malayziya, Türkiyə, Rusiya və BƏƏ-də cinsi istismara məruz qalıb.

Bildirilir ki, Ukrayna, əvvəlki illərdə Çin, Rusiya, Türkiyə, Türkmənistan, Özbəkistandan olan insan alveri qurbanları Azərbaycanda məcburi əmək və cinsi istismara məruz qalıb. Əvvəlki illərdə Mərkəzi Asiyadan tutmuş BƏƏ, Türkiyə və İrana qədər ölkələrin məcburi əmək və cinsi istismara məruz qalan qurbanları üçün Azərbaycan tranzit ölkə rolunu oynayıb. Ölkə daxilində bəzi uşaqlar, xüsusilə də qaraçılar dilənməyə, yol kənarında satıcılıq etməyə, çay evləri və şadlıq saraylarında işləməyə məcbur edilib. Filippinli qadınlar Azərbaycanda ev xidmətçiliyinə məcbur edilib.

MTN işi: Vor zakon general Çovdarov şərti azadlığa buraxılır?


MTN keçmiş generalı, ABU keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin ogurlanmasının əsas təşkilatcılarından biri olan və sahibkarların başına torba keçirmə əməliyyatlarının rəhbəri Akif Çovdarov şərti azadlığa çıxacağı barədə PA-da gizli danışıqlar aparılır

azl-259759


Əldə etdiyimiz məlumata görə təcridxanada  Akf Covdarovla görüşən  və ölkə rəhbərliyinin sözünü Akif Çovdarova ötürən  gizli şəxs   MTN qanqsterinə dövlətə vurduğu ziyanı ödədiyi  və səssiz qalacagı halda şərti azadlıga çıxacagına kömək olunacagı barədə xəbərdar edib.

İndi isə Çovdarov zərəri ödədikdən sonra şərti azadlığa buraxılacağını gözləyir. Əslində, qanun da buna icazə verir.

Yəni, Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra dələduzluq və mənimsəmə ittihamı ilə həbs edilmiş müttəhim vurduğu ziyanı ödədiyi halda hakim onu məhkəmə zalından şərti azadlığa buraxa bilər.

Bu qanuna dəyişiklik də məmurlar üçün “yaşıl işıq” tramplini rolunu oynaya bilər. Əldə etdiyimiz iddialara görə, MTN generalı da həbsdə ürəklənib və şərti azadlığa çıxacağını güman edir.

Son günlər MTN işində müşahidə olunan dəyişiklik, zərər çəkmiş şəxslərin sıxışdırılması Eldar Mahmudovun fəallaşması ilə izah edilir.

MTN qanqsteri həbsdə özünü yaxşı aparıb. Siyasi hakimiyyət əleyhinə danışmayıb, sirrləri açmayıb, istintaqa Eldar Mahmudova qarşı ifadə verməyib, məhkəmə çıxışlarında da “zərərli” faktlar açıqlamır.


Bu detallar nəzərə alınır və onun səhhətindən də tez-tez şikayətlənməsi şərti azadlığa buraxılması ilə nəticələnə bilər.

Prosesin sonunda isə Akif Çovdarovun Sübahir Qurbanovu səsləyib ona „Sübahir, pobeda budet za nami” („Qələbə bizim olacaq”) deməsi diqqət çəkən məqamdır.
Akif Çovdarovun, ondan əvvəl Sübahir Qurbanovla Füzuli Əliyevin diqqət çəkən arxayınçılıqları geniş müzakirələrə səbəb olub.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun azadlıqda qala bilməsi kontekstində aparılan müzakirələrdə „MTN işi” üzrə həbsə alınmışların müxtəlif adlar altında azadlığa buraxılacaqları bir daha gündəmə gəlib.

İllərlə MTN-də çalışmış A.Çovdarovla S.Qurbanovun həbsə düşən kimi xəstəliklərini xüsusi qabartmaları da təsadüfi deyil.

Bu adamlar vəzifədə olduqları illərdə xəstə olublar, amma xəstəliklərini əsas gətirib işdən çıxmaq istəməyiblər. A.Çovdarov MTN-dəki məlum vəzifəyə təyinatından əvvəl Rusiya vətəndaşlığı olub.

Qanuna görə, başqa dövlətin vətəndaşları Azərbaycan ərazisində cinayət törədiblərsə, barələrində çıxarılmış hökm üzrə cəzanı vətəndaşı olduqları ölkə ərazisində çəkə bilərlər.

Bu o deməkdir ki, A.Çovdarovun Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərinə görə cəzadan yaxa qurtarmaq imkanı var.

Əsas məqam təkcə bununla bitmir.Maraqlı olan budur ki MTN qanqsterləri  Akif Çovdarov Hilal Əsədov  və onun keçmiş müavini Rəsul Rəsulov ABU sabiq rektoru Elşad Abdullayevin qardaşının ogurlanmasında bilavasitə iştirakçı sübuta yetirildiyi halda bu iş barəsində məhkəmə işinin gedişində hec bir kəlmədə olsun danişılmır.

Mahir Abdullayevin ogurlanması cinayyətinin xronologiyasına aydınlıq gətirilməsi ilə baglı adı çəkilən qanqsterlərə jurnalistlərin verə biləcəyi sualdan qorxan  Əliyev kriminal rejimi hətta bununla baglı medya işçilərinin məhkəmə zalına buraxılmasına icazı verilməməsi məhkəmənin kimlər tərəfindən necə idarə olunmasını açıq aşkar göstərir

EURO ASİA NEWS

Rusiyada həbsdə olan dunya çempionunun həyatı təhlükədədir


Hamıya məlumdur ki, Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi, Azərbaycan uşu-sanda yığmasının sabiq baş məşqçisi Canpolad Budaqov hazırda Rusiyada həbsdədir. Budaqovlar ailəsinin üzvləri dəfələrlə onun həyatının təhlükə altında olduğunu bildirib. Ancaq son 1 ildən çoxdur ki, Azərbaycanın ilk uşu-sanda üzrə dünya çempionun vəziyyəti ilə bağlı məlumat yoxdur.

Bunun üçün də Canpolad Budaqovla bağlı xəbər almaq üçün onun qardaşı Elman Budaqovla əlaqə saxladıq.

Unikal.org-a danışan çempionun qardaşının şərlənməsinə toxunub. O həmçinin Azərbaycanda Canpolad Budaqoun azadlığa buraxılmasını istəməyən idman qurumlarının rəhbərlərindən də danışıb.

 

– Qardaşınızla yəqin ki, əlaqə saxlaya bilirsiz? Hazırkı durumu necədir?


– Bəli… Həbsxananın daxili normativlərinə uyğun olaraq mütəmadi, müəyyən edilmiş günlərdə əlaqə saxlayırıq. Hazırkı vəziyyəti isə heç də qənaətbəxş deyil. Peşəkar idman həyatında aldığı zədələr indi öz sözünü deyir. Ayaqlarlnda kəskin ağrılar olur deyə sağlamlmamasından ciddi narahatıq.

– Orada müayinə və müalicə edilmi?


– Həbsxana həyatını düşmənimə də arzu etmirəm. Müayinə edirlər. Ancaq etməsələr ondan yaxşıdır. Bilirsiz, insana təsir edən bu hallar deyil. Bundan böyük qlobal problemlər var. Sadəcə bu məsələyə toxunan yoxdur. Bütün idman aləmi yaxşı bilir ki, Canpolad Uşu-Sandanın ilk və tək dünya çempionudur. 2 dəfə dünya, 2 dəfə Avropa birincisi olub. Bu günə qədər Uşu-Sandada onun qələbələrini təkrarlayan yoxdur.

İslam Həmrəylik Oyunlarında İran Komandası Azərbaycan millisini darmadağın etdi. Sizcə niyə?


-Çünki düzgün təlim-məşq keçirilmir. İdmamçılar yarışlara düzgün hazırlaşmırlar. Canpolad idmançı kimi həm də çox yaxşı bir müəllimdir. Bu gün Azərbaycan idmanının başında duran yüksək vəzifə sahibi olan bir çox insana Canpoladın vətənə gətirilməsi sərf etmir. Ona görə də heç yanda onun haqqında nə səs var, nə səda…

 Vaxtı ilə Uşu-Sandada öz sözünü demiş dünya çempionu ilə Gənclər və İdman Nazirliyindən və ya başqa aidiyyatı qurumlardan da maraqlanan olmayıb?


– Canpolad çox insanlara sərf etmir. Prespektivli, cavan, istedadlı bir kadr çoxlarının canına qorxu saldı. 

Canpoladın tələbələrinin bir çoxu hazırda idman sahəsində məhsul verən idmançılardandır. O həm idmançı, həm məşqçi kimi çox effekt verəcək savadlı insandır.

Mən savadlı sözünü söz xatirinə demədim. Canpolad, hələ orta məktəbdə oxuyarkən rəsm kurslarını bitirib, atesstat almışdı. Canpolad həmçinin peşəkar tar ifacisidir, 4 il bu musiqi növündən dərs alıb. Tibb Universitetinin müalicə-profilaktika fakultəsini qırmızı diplomla bitirib, cərrahdır.

Amma heç kim nə maraqlanmayıb, nə də ki səsimizə hay verməyib. Çox qapılar döydük, çox insanlardan kömək istədik, nəticə olmadı.

– Müsahibələrinizin birində demisiz ki, dünya çempionumuzun həyatı təhlükədədir. Həbsxanada yeni erməni rəisin işgəncələrinə məruz qalır. Yenə elə bir işgəncə problem var?


– Bəli, işgəncə ilə bağlı müəyyən problemlərin yaşandığı zamanlar olmuşdu. İndi isə həyatı stabildir. Elə bir qorxu yoxdur. Sadəcə sağlamlığı şübhə altındadır. Ayaqlarına su yığılır, şişmələr olur. Peşəkar idmançıların hamısında olan əks-təsirdir.

– Dustaqlıq həyatı bitdikdən sonra Canpolad Budaqov yenidən Azərbaycana qayıtmaq haqqında düşünrmü?


– Əgər biz oturub Canpoladın cəza müddətini bitirib, Azərbaycana gəlməyini gözləsək gec olar. Çünki qorxuram bu gedişlə o günü görə bilməyək. Yenə təkrar etmək istəyirəm ki, sağlamlığı ciddi təhlükədədir.

Hamımızın bir vətəni var. O da Azərbaycandır. Əlbəttə qayıtmaq onun da, ailəmizin də, anamında ən böyük arzusudur. Qayıtması isə, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən aslıdır. Fürsətdən istifadə edib Ədliyyə Nazirliyinə yeni müavin təyin olunmuş cənab Məhərrəm Əliyevdən xahiş edirəm ki, qardaşım Canpoladın qaytarılmasında bizə yardımçı olsun.

– Bir az əvvələ qayıdaq. Rusiyada həbs olunanda hansısa „oğru aləmi” üzvlərinin dəstəsində olduğu da deyildi. Doğrudan da belə idi?


– Xeyir, Canpolad oğru aləmində heç bir dəstəyə üzv olmayıb. Əgər sizin köhnə dostlarınızdan biri oğru aləmində sayılan və seçilən bir insan olursa, sizin də onunla tanış olmağınız, uşaqlıq dostu və onun dəstəsində olmağınız demək deyil axı… Siz sadəcə köhnə dostlarsınız, kimin hansı yolla getməsinə baxmayaraq köhnə dostlar…

– Canpolad Budaqovu Azərbaycan idmanından uzaq salan səbəb nə idi? Onu kim və ya nə uzaqlaşdırdı?


– Canpoladı Azərbaycan idmanından uzaqlaşdıran amillər çox idi.  Hər cür yolla Canpoladı gözdən salmaq üçün şərləməyə başladılar. Canpolad bir yox, əslində iki dəfə tutuldu. O məhkəmələrdə mən olmuşam, hər şeyi də gözlərimlə görüb, qulaqlarımla eşitmişəm. Məhkəmə yox sanki „bozbash pikcers”in 45-50 dəqiqəlik filminə baxırdım.

Bir sözlə sanki konsert idi. Hamı yaxşı bilirdi, elə Canpoladın özü də hiss edirdi ki, hamısı qurma və sifarişdir. Məqsəd Canpoladı sakitcə idman arenasından uzaqlaşdırmaq idi, ona da nail oldular.

– İdmançımız təəssüf ki, ilk dəfə narkotik üstündə həbs olunduğu deyildi. Doğrudan da bu cür zərərli vasitərlərdən istifadə edirdi?


– O haqda da deyə bilərəm elə bir idmançı yoxdur ki, narkotikdən istifadə etməsin. Finalqon deyilən bir maz var, o da öz növbəsində bir narkotikdir. Ağrı kəsici dərmanlar da bir narkotikdir. insanin başı ağrıyanda „aksen-forte” qəbul edir. Ayaqları ağrıyanda finalqon mazı ilə keyidir. Bədəni ağrıyanda ağrıkəsici qəbul edir. Bu da sizin narkotik…

– Qəribədir ki, hələ də bir idmançı kimi sevilir. Canpolad bə y haqqında axtarış verdim və diqqətimi bir məqam çəkdi. Sosial şəbələrdə heç də onunla bağlı mənfi fikirlər səsləndirilməyib, əksinə ağız dolusu danışırlar. Baxmayarq ki, həbsə düşüb…


– Deyirsiz qəribədir ki, sosial şəbəkələrdə onun haqqında müsbət fikirlər yazırlar. Onun haqqında mənfi danışmaq üçün heç bir əsas yoxdur axı…

 

– Canpolad Budaqovu ən başda Rusiyaya getməyə vadar edən səbəb nə idi? Onun həbsindəki əsas həqiqət nədir?


– Canpoladı burada sıxmağa başladılar deyə sözün əsil mənasında başını götürüb qaçdı. Çünki ilk məhkumluqda əfv olunduğuna görə bir il tez çıxdı. Bir il tamam olmamış yenidən həbs etdiləır. Yəni burada qalması bəzilərinə sərf etmirdi.

Rusiyada həbsə düşməyinin səbəbi, Samara şəhərində restoranların birində nahar edərkən bir qrup azğınlaşmış erməni dığaları ilə sözlərinin çəpləşməsi olub. Daha sonra həmin insanlarla əlbəyaxa davası düşüb. Nəticədə onlardan bir nəfəri Canpolad tərəfindən öldürlüb. Bəli. İnsanın canını almağı alqışlamıram. O hadisədən sonra bütün riskləri göz önünüə alaraq Samaraya qardaşımın məhkəməsində iştirak etməyə getdim. Orada özü mənə dedi „əgər mən etməsəydim, məni öldürəcəkdilər”. Ona görə də qardaşıma haqq qazandırıram.

– Dünya çempionumuz tezliklə həbs azad olunarsa idman sayəsinə bir iş görmək istəyirmi?

– Canpoladın həyatıçox rəngarəng olub. Rəssamlıq, musiqi kimi hobbiləri olub. Ancaq idman onun üçün hobbi deyildi. İdman Canpoladın həyatı idi. Təbii ki, inşallah həbsdən çıxan kimi yenidən idmana qayıdacağına əminəm. Yeni nəsil idmançılar yetişdirmək üçün…