İlham   Əliyev rejiminin susdura bilmədiyi Cəhbəçi gəncdən məktub var


Raylaşaq!  Bu məktub hər bir gəncimizə nümunə olacaq tarixi sənəddir.

AXCP fəalı, şərlənərək həbs olunmuş Fuad Əhmədlidən xəbər var: bu məktub onun kimliyinin ifadəsidir: məğrur, mübariz, nikbin.

 Ağzından yellər aparsın, Fuad bəy. 4 il nədir? Səni şərləyənlərə qismət olsun. İnşallah tezliklə ailənə, bizlərə və azadlığına qovuşacaqsan.
4 -cə illik halallaşma
Salam olsun Stallone kimi möhkəm , Brus Lee kimi cəsarətli və Polad Aləmdardan da vətənpərvər əqidədaşlarima.

 Ümid edirəm ki, haminiz yaxşisiniz və əhvaliniz 7/24- onlayndir. Inanin ki, pafos naminə demirəm, amma şəxsən mən bu dəqiqə əhvalda və əzmdə „hamınızla dirəşə bilərəm. Yəni, üzr istəyirəm, demək olarki. Təkcə bir sixintim var ki, Putin Avropa üçün ,Suriya sakitlik üçün , Azerbaycan azadliq üçün , Ququs Iran üçün , Kliçko rinq üçün , Ramiz Mehdiyev SSRI KGP üçün darixdiqindan artiq men de sizin üçün darixiram.

Heç olmasa , məhkəmələrdə bəzilərinizlə görüşür , hakimlə, ittihamçi ilə filanla zarafatlaşib , deyib-gülüb , şənlənərdik . Indi artiq onlar da qurtardi. Amma əvəzində görüşəçəyimiz an hər gün yaxinlaşir.

 Açiqi məhkəmə müddətində ağlıma yaxşı ideyalar gəldi ki, çixar-çixmaz onlari reallaşdiracam. 

Məsələn , AXCP daxilində üzə-duranlarin məhvi üzrə daimi kommissiya yarada bilərik,sədri də bizim çox hörmətli Ramiz Kamal bəy təyin olunar .

 Bəlkə də bəzilərinin yadina düşər . Keçən iclaslarin birinde şikayətçim Əsabəli müəllimin sözünü kəsəndə Ramiz bəyin ala bunun ağzin yuma bilmirsiz? deyə səslənməsindən sonra hakimə daha yaxin olduqumdan onun tərəfdən gələn qoxunun dəyişdiyini hiss etdim  və yaxud da Ruslan Nəsirlinin dövlət ittihamçisina ağilli ol  Şəmistan Həzinin az qalib Fuadin yanina gedirsən tipli təklif və arzulari mənə ittihamçilarla mübarizə aliansi haqqinda təklif verməyim üçün əsas verdi.

 Inanin ki, sadaladığım faktlar baş verərkən yəqin ki, siz de diqqət edirdiz. İstər dövlət ittihamçisi , istərsə də hakimin run hali Eynşteynin Atomundan, Ağasif Şakiroğlunun GAP-ından, İlham Əliyevin MTN-indən və manatin məzənnəsindən betər günə düşürdü .

 Həə, məndə də var axi… Kreativlik ,diqqət. Indi basa düşürsüz ki, necə bir adam bu dəqiqə Kürdəxani suyu içir? 

Siz fikir verməyin ki, Əsabəli müəllim məhkəmə iclasinda vəzifəli şəxs ifadəsi əvəzinə yalnşliqla Fuad Əhmədlinin səviyyəli şəxs almasina dair əlimizdə bircə dənə də olsun sübut yoxdur deyə ifadə olunurdu.

 Belə özüm pis oğlan deyiləm . Sacim da son söz məhkəməsinden sonra sıfırlamışam , Rusiyali deputat Valuyeva oxşayiram  . Hə bir də gəlin sizinlə bir saziş baqlayaq.

 Deməli , yanınıza gəlməyimə 3 il iki ay qalıb, deyilmi ? 

Bunun 2 ayini çixiram apelyasiyaya filana ,qalan 3 ildə isə men siqareti ,tergidirəm ,məşqə başlayiram, vaxtli-vaxtinda sizi də çizmaqaralarimla girinc edirəm amma ən əsasi elə bir formada çixiram ki, çixanda Bəhruz Həsənli, Saqif Qurbanov ,Ayaz Məhərrəmli,Ilham Hüseyn məndən çasib məşq elədiyim zalin adini soruşsunlar . 

Əvəzində isə siz də mənə dair də nə istəyiniz, arzunuz olsa ailəm vasitəsilə bildirir ,və bir sözle partiya siralarimizi 3-4 dəfəyə qədər böyüdürük! Paydyot? Danişdiqca monitora bir dene beş vurun razilaşaq. 3-4dəfə ha özüdə. 

Düzdür, əvvəlcədən demək bizə düşmür ,amma fikrim var ki, çixandan sonra xudmani bir yiğışaq və dinc yolla dəyişiklik edək. 

Belə … Qaxlilar demişkən , özünüzə kip baxın, yayda günün altında çox gəzməyin, GK üzvləri , Idarə heyyətinin sözünə baxin, Nərmin Xəlilin xətrinə dəyməyin( bu xüsusi xahişdir) və nəticədə növbəti üç ildə „tarqovi“ PUB-larinda mənsiz 3 bakaldan artiq pivə içəni görüm partiya vəsiqəsi üzüne həsrət qalsin. Doğrudan vəsiqə demişkən : Əli bəydən mənim adımdan xahiş edərsiz ki, a bəy, partiya vəsiqəmi verəsiz bəlkə?!

 O vaxt prezident seçkiləri vaxti Əbülfəz bəydən vəsiqə haqda soruşanda cavab verirdi ki,  bəy vəsiqə əldə etmək yalniz sınanmış gənçlərimizə nəsib olur . Qurban sizə, Kürdəxanya kimi gəlib çixdim  elə bil?! Soruşmaq ayib olmasin, sinaq müddətinin bitməsinə çox var hələ? 

Bu da belə … Haminizin qadasini alim , çalişin heç biriniz bir də buralarda qonağım filan ,olmağı fikirləşməyin . Əvvəlcədən deyirəm başım səs götürmür . Yekunda 4-cə illik halalliq istəyəcəm . Inandıqınıza əmanət olun.

Hörmətlə : Fuad Əhmədli 19 iyun 2017-ci il Əfqan Muxtarlinin qonşuluğundan 

Zərərçəkənlərdən tələb: “Eldar Mahmudov məhkəmə gətirilsin


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə prosesdə MTN-nin sabiq əməkdaşı Rafiq Abdullayev ifadə verib. O bildirib ki, Xəzər rayon icra hakimiyyəti başçısının sabiq müavini Heydər Ələkbərovu 2011-ci ildən tanıyıb.

Şahid prosesdə Əmlak Komitəsinin Xəzər rayonu üzrə şöbəsinin əməkdaşı Rauf Sultanovun saxlanılmasından danışıb. O bildirb ki, bütün əməliyyatlar idarə rəisinin tapşırığı ilə həyata keçirilib.

Zərərçəkmiş Heydər Ələkbərov bildirib ki, şahid məhkəmədə həqiqəti danışmaq istəmir: “Boynuma şər atıblar. Kamil Şükürovu qonşu otaqda saxlayıblar, üzümə durmağa məcbur ediblər. Məni otaqda olanlar sıxırdılar. Bu şahid sonradan təcrübəli əməkdaş kimi otağa gəldi. Ona dedim ki, məni bura kim çağırıb. Sonra məni İlqar Əliyevin otağına apardılar”.

Zərərçəkmiş Maqsud Mahmudov bütün olayları şou adlandırıb: “Biz məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir”.

Eldar Mahmudovun əlavə şahid qismində zərərçəkmişlər Mətləb Mustafayev və Ələkbər Heydərov da dəstəkləyib. Bu vəsatət müzakirə edilməyib.

Məhkəmə iyulun 7-dən davam edəcək.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib

​Tağı Əhmədovun ifadəsindən sonra məhkəmədə ara qarışdı


Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.

 

Məhkəmədə zərərçəkmiş qismində “Bakı Metropoliteni”nin keçmiş rəhbəri Tağı Əhmədovun oğlu da ifadə verib. 

Tağı Əhmədovun oğlu pulu Akif Çovdarova verməsindən danışdı

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, şahid qismində zərərçəkmiş Tağı Əhmədovun oğlu Ruslan Əhmədov ifadə verdi. Şahid bildirdi ki, Xarici İşlər Nazirliyinin tarix arxiv idarəsində birinci katib vəzifəsində işləyir.

 

198092_src

soldan sağa – Ruslan Əhmədov, Tağı Əhmədov, Rauf Əhmədov

 

R.Əhmədov ifadəsində qeyd etdi ki, atası ona zəng edərək, 3 milyon manat pulu Ordu İdman Klubunun yaxınlığında Akif Çovdarova verməyin lazım olduğunu deyib. “Səhər əmim oğlu ilə birlikdə Fəxri Xiyabanın yaxınlığında OİK tərəfdə bizi gözləyən qara rəngli 986 nömrəli “Land Rover” maşınına yaxınlaşdım. Akif Çovdarov ön tərəfdə sürücünün yanında əyləşmişdi. Sürücüsünün başında papaq olduğundan, onun üzünü dəqiq görə bilmədim. Yaxınlaşıb Akif Çovdarov olduğunu dəqiqləşdirdim, içərisində pul olan çantanı sürücüyə verdim. O da maşının yük yerini açaraq, pulları ora qoydu”, – şahid bildirib.

 

“Siz nazirlikdə işləyirsiniz. Atanız Tağı Əhmədov deyəndə ki, Nizami rayonunda hakim işləyən qardaşınız Raufun başına torba keçirib MTN-ə aparacaqlar, buna inandınız? Azərbaycanda hakimin başına torba keçirib dövlət orqanına aparmaq mümkündür?” – vəkil Kamandar Nəsibov şahidə sualla müraciət etdi. “Mən demirəm ki, kimsə onu domkratla aparacaq, sözdür deyilib, mən də əməl etmişəm”, – Ruslan Əhmədov bildirdi.

 

Kamandar Nəsibovun “Atanızın verdiyi 3 milyon manat pulun mənbəyi barədə nə deyə bilərsiniz?” sualı səslənən kimi dövlət ittihamçıları və zərərçəkmişin vəkili yerbəyerdən etirazlarını bildirdilər və sualın çıxarılmasını istədilər. “Niyə? Oğludur, bəlkə bilir ki, başqa mənbələrdən gəlib pul?” – vəkil sualını əsaslandırdı. Hakim Elbəy Allahverdiyev sualın çıxarılmasını bildirdi və şahidə vəkil tərəfə baxmamağı, yalnız məhkəmə heyətinə tərəf baxmağı tapşırdı.

 

“Nə problem varsa, məhkəmə kollegiyası bu sualdan yaman qaçır”, – vəkil Sadiq Rəsulovun replikası diqqətdən qaçmadı.

 

Şahid Əli Əhmədov bildirdi ki, zərərçəkmiş Tağı Əhmədovun qardaşı oğludur. Onun sözlərinə görə, zərərçəkmişin iddia etdiyi kimi, Akif Çovdarova 3 milyon manat pulun verildiyi gün OİK-in yaxınlığında təqsirləndirilən şəxslə görüşə əmisi oğlu Ruslan Əhmədovla birlikdə gedib. Əli Əhmədov özündən əvvəlki şahidin sözlərini, demək olar ki, təkrar etdi.

Qapalı iclasda söhbət nədən getdi?

Bundan sonra qapalı iclas rejimində ləğv edilmiş MTN əməkdaşı Tural Rzayev şahid qismində ifadə verdi.

Tural Rzayev qeyd etdi ki, həmin dövrdə Bakı Metropoliteni bilavasitə onun kurasiyasında olsa da, “Koroğlu” stansiyası ətrafında baş verənlərlə bağlı əməliyyatdan nazirliyin rəhbərliyinin göstərişi ilə uzaqlaşdırılıb. Onun sözlərinə görə, buna səbəb MTN əməkdaşının metro rəhbərliyi ilə yaxın münasibətləri olub.

 

Şahid təqsirləndirilən Orxan Osmanovun sualına cavab verərək təsdiqləyib ki, vaxtilə “Bakı Metropoliteni”ndə istifadə edilmək üçün Rusiyadan gətirilən avadanlıqların gömrükdən gizli yollarla keçirilməsi ilə bağlı əməliyyat olub və həmin avadanlıəqlar sərhəddə saxlanılaraq sənədləşdirilib.

 

Təqsirləndirilən Orxan Osmanov daha bir sualla şahidə müraciət edib: “Xatırlayırsınızsa, metropolitenə yeni rəhbərlik təyin edildikdən sonra keçmiş rəhbərlik Moskva Metropoliteninin rəhbərliyinə zəng edərək, Bakıdan sifariş olunan avadanlıqların verilməməsini xahiş etmişdi. Bunu təsdiqləyirsiniz?” Şahid bu suala “Bəli” cavabını verib.

Şahid Tağı Əhmədovun iddialarını təkzib etdi

Şahid Rəsul Rəsulov bildirdi ki, baxılan epizodda bəhs olunan hadisələrin cərəyan etdiyi vaxt MTN-də işləyib. Dövlət ittihamçısının sualına cavab verən Rəsul Rəsulov qeyd edib ki, Tağı Əhmədov ona SMS yazsa da, bunu ciddi qəbul etməyib və bildirib ki, bu məsələnin ona aidiyyatı yoxdur. Daha sonra şahid Tağı Əhmədov tərəfindən 3 milyon manatın Akif Çovdarova verilməsi epizodunun da ona heç bir aidiyyatının olmamasını vurğulayıb.

 

Vəkillərin suallarını cavablandırarkən R.Rəsulov metropolitendə keçirilmiş əməliyyatda şəxsən iştirak etmədiyini deyib.

Bundan sonra vəkil Kamandar Nəsibovla şahid Rəsul Rəsulov arasında dialoq baş tutub.

Vəkil: Tağı Əhmədov iddia edir ki, siz ona zəng edərək, Akif Çovdarovun 3 milyon manat gətirilməsini tələb etdiyini, əks halda, oğlunun başına torba keçirərək MTN-ə aparılacağını demisiniz. Siz Tağı Əhmədova belə bir söz demisiniz?

Şahid: Xeyr.

 

Vəkil: Ümumiyyətlə, həmin vaxt Tağı Əhmədovla bağlı nə baş verirdi?

Şahid: Narahatlığı vardı. Bu da yəqin ki, həmin vaxt aparılan tədbirlə bağlı idi. Başqa elə bir şey hiss etmədim.

 

Vəkil: Həmin narahatlığın mənimsənilmiş pullarla bağlı olması ehtimalı var idi?

Şahid: Mən məsələnin daxilini bilmirəm, amma tədbir aparılırdı.

 

Vəkil: İddia olunur ki, pulun verilməsi də sizin bilavasitə iştirakınızla baş verib.

 

Şahid: Xeyr, elə şey olmayıb.

Rüfət Bağırov: “İstintaqa verdiyim ifadə təhrif edilib”

Şahid Rüfət Bağırov ifadəsində bildirdi ki, istintaqa verdiyi ifadəni təsdiq etmir və orada onun sözlərinin bəziləri təhrif edilib. Şahid hadisələrin baş verdiyi vaxt MTN-də əməliyyat müvəkkili vəzifəsində çalışdığını sözlərinə əlavə edib.

 

“Nazirliyə iki vətəndaş gəlmişdi, onlarla oturmuşdum. Sonradan onları yuxarı qaldırdım və naharda yenə onlarla birlikdə gözləmə zalında oturdum. İstintaqda məndən döyülmə ilə bağlı soruşuldu. Qeyd etdim ki, mənim yanımda belə bir şey baş verməyib və ümumiyyətlə, praktikamda belə halla üzləşməmişəm”, – şahid bildirib.

 

Təqsirləndirilən Orxan Osmanovun vəkili Elxan Quliyev çıxış edərək bildirdi ki, şahidin istintaqa verdiyi ifadələrin təhrif edilməsi nəticəsində onun müdafiə etdiyi şəxsə ağır ittihamlar irəli sürülüb. Onun prokurorluq orqanlarına dəfələrlə müraciətinə baxmayaraq, müdafiə etdiyi Orxan Osmanovla zərərçəkmişlərin və şahid Rüfət Bağırovun üzləşdirilməsi aparılmayıb. Bu səbəbdən də, vəkil sözügedən zərərçəkmişlərin və Rüfət Bağırovun məhkəməyə bir daha çağırılmasını və burada çarpaz dindirilmə yolu ilə ifadələrin dəqiqləşdirilməsini məhkəmə heyətindən istədi.

 

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının iyulun 3-də keçiriləcəyini elan etdi.

Virtualaz.org

Yəhudi Bloqer Lapşinin Bakıda məhkəməsi başladı


Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlanan İsrail vətəndaşı ,bloqer Alexander Lapşin-in məhkəməsi başlayıb. 
CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunan Lapşin-in işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

İyunun 22-də məhkəmənin hazırlıq iclası keçirilib. İclasda A.Lapshin-in anket məlumatları dəqiqləşdirilib. O bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində ikiyaşlı övladı var, özü də üç ölkənin – Rusiya, Ukrayna və İsrail vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir.

Azərbaycan Hökümətinin Lapşinın həbsi ilə baglı gətirdiyi arqument

Lapşin özünə məxsus puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Həmçinin, 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.