Hacı Elçin Manafov polis tərəfindən saxlanılıb


Maarifçiliyə Dəvət“ İctimai Birliyinin sədri Elçin Manafov polis tərəfindən saxlanılıb.

514fe93fa9bbe2a105c44bddde654765

Bu barədə HEDEF14.az-a onun yaxınları tərəfindən məlumat verilib.

Məllumatda bildirilir ki, ruhani bu gün səhər saatlarında saxlanılıb.

Xatırladaq ki, ailəsi hacı Elçin Manafova dünən zəng edildiyini və hansısa güc strukturuna çağırıldığını bildirib.

Hadisənin Ramazan ayının son cümə günü ilə əlaqədar ola biləcəyi ehtimal edilir.

Belə ki, Ramazan ayının son cümə günü bütün dünyada  zülmə etiraz, məzlumlara dəstək məqsədilə müxtəlif tədbirlər, aksiyalar keçirilir.

Azərbaycanda da analoji hadisələr öncəki illərdə baş verib və Qüds Günü əsasən İsrail səfirliyi qarşısında etiraz aksiyaları keçirilməsilə müşahidə olunub.

Qeyd edək ki, əməkdaşımız hacı Elçin Manafovla əlaqə saxlamağa çalışsa da telefonuna zəng çatmadı.