Siyəzəndə Məhbuslar aclığa başladı


Siyəzən hadisələrinə görə həbs olunmuş şəxslərin işi üzrə apelyasiya baxışı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

sionist-hebsxanalarindaki-felestinli-mehbuslar-acliq-aksiyasi-15-ci-gune-daxil-olub

Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil deyib ki, buna səbəb əvvəl apelyasiya şikayəti verməyən iki məhbusdan birinin apelyasiya şikayəti verməsidir:

„Onun verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba rayon Məhkəməsinə göndərilib”.

E.Sadıqovun bildirdiyinə görə, Siyəzən məhbusları bu gündən aclığa başladıqlarını elan ediblər.

2016-cı il yanvarın 12-də un emalı və çörək istehsalı ilə məşğul olan sahibkarlar icra hakimiyyətində etiraz aksiyası keçirib. Həmin gün bir nəfər həbs olunub. Onun həbs olunmasına etiraz olaraq yanvarın 13-də də etirazlar davam edib və polislə vətəndaşlar arasında qarşıdurma yaranıb.

Daxili İşlər Nazirliyi və Prokurorluğun birgə açıqlamasında Siyəzən hadisələrinə görə 55 nəfərin həbs olunduğu qeyd edilib.

Cəlilabadda 80-dən çox müəllim işdən çıxarılıb


“23 ildir, ibtidai siniflərə dərs deyirəm. İndi diplomumun dövlət nümunəli olmadığı üçün təhsil verə bilməyəcəyimi deyirlər”.

1497941752-2128

Bu sözləri Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova deyib. O bildirib ki, hazırda rayonda 80-dən çox müəllim onunla eyni taleyi yaşayır. Həmkarları ilə birlikdə məhkəməyə müraciət edib işə bərpa edilsələr də, dekabr ayından yenidən işdən çıxarılıblar:

“Biz Elmlər Akademiyasının nəzdindəki Günəş Assosiasiyasının Cəlilabad rayon qızlar kollecində təhsil almışıq. Hazırda diplomların dövlət nümunəli olmadığı üçün işləyə bilməyəcəyimizi deyirlər. Kollec 8 il fəaliyyət göstərib və hər il 30 məzun verib. Bu hazırda 200-dən çox müəllimin işsiz qalması deməkdir. Bütün sənədlərimiz əlimizdədədir. Bu günə qədər nazirliyin təşkil etdiyi bütün təlimlərdə, imtahanlarda iştirak etmişəm. Diaqnostik qiymətləndirmə imtahanı vermişəm. İndi deyirlər ki, nazirlik bütün nəticələrimizi ləğv edib. Aramızda yüksək titul qazanmış müəllimlər var”

Müəllimlər Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə də görüşüb. Millət vəkili məsələnin müzakirə edildiyini və müəyyən güzəştlərin oluna biləcəyini bildirib.

Məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də, hələ ki, sözügedən mövzu ilə bağlı qurum mövqeyini açıqlamayıb.

Xatırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev bir neçə ay əvvəl verdiyi açıqlamasında 1000-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığını bildirmişdi.