Azərbaycan Respublikasında Baş prokuror vəzifəsinin 3-cü müddətə tutan boş prokuror Z.Qaralov görün prokurorluğu hansı vəziyyətə çatdırıbdır ki, şikayətci də ona bu iradı tutur!
Hörmətli Euro Asia News saytı mən unverstet müəllimiyəm.Baş Prokuror Zakir Qaralovun regionlarda vətəndaşları qəbul edəcək xəbərini duyan kimi 09.06.2017 tarixində Göygöl Rayon Prokurorluğuna gedib, bir qrup fırıldaqçılara qarşı cinayət işinin qaldırılması barədə ərizə təqdim etdim və Baş Prokururun qəbuluna düşmək fikrimin oldugunu bildirdim.
Prokurorluqdan Baş Prokurorun vətəndaşları Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında qəbul edəcəyini söylədilər.
Azərbaycan vətəndaşı olara sizdən və mətbuat numayəndələrindən xahiş edirəm ki ,Prokurorluq orqanlarında baş verən bu biabırçı olaydan mənim bir ziyalı olaraq təhqir olundugumu nəzərə alıb, bu müraciətimi dərc edəsiz.
Bildirirəm ki, mən 27.05.2017 tarixində Baş Prokuror Zakir Qaralovun qəbuluna düşmək üçün , Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında heç bir səbəb olmadan mən həbs olundum polisə aparıldım
Baş Prokuror Zakir Qaralov oraya gəldi heç kimi qəbul etmədi və qaçıb getdikdən sonra mən azad olundum.
Baş Prokuror vətəndaşları qəbul etmək əvəzinə ilk növbədə Ölkə Prezidentini o cümlədən şikayətə gələnləri ,mətbuat işçilərini aldadır.
Respublika Prokurorlugunun mətbuat xidməti müxtəlif rayonlardan guya 36 nəfərin Baş Prokuror tərəfindən qəbul olunması barədə saxta məlumat yayır.Bir vətəndaş olaraq bildirirəm ki Baş Prokuror başda olmaq şərti ilə onun bütün komandası Azərbaycan Xalqını aldadır və alçaldır.Mən bunu bir ziyalı olaraq özümə təhqir hesab etdim.
Ərizənin surətini müraciətimə əlavə edirəm. Bir daha xahiş edirəm, mətbuat bu müraciəti dərc etsin.Mən ərizəmin mətbuatda dərc olunması barədə bir neçə qəzet və internet portallarına müraciət etdim təssüflə deməliyəm ki ,əksəriyyəti biz qorxuruq dərc edə bilmərik dedilər.
Doğrudanmı Azərbaycan da bir cox mətbuat öz xalqından qorxan Baş Prokurordan qorxur?
Qoşma: Göygöl Rayon Prokurorluğuna Ərizə.
Göygöl rayon prokuroru Rauf Məmmədəliyevə
Göygöl şəhər Nizami küçəsi ev 26 ünvanında
yaşayan və qeydiyyatda olan Hacıyev Fikrət
Bala oğlundan
Ə R İ ZƏ
Bildirirəm ki, 27.05.2017 tarixində AR Baş Prokuroru Zakir Qaralov Göygöl Rayon Prokurorluğunda vətəndaşların qəbulunu keçirməli idi. Səhər saat təqribən 9:30 radələrində prokurorluq binasına yaxınlaşmaq istədikdə 3 nəfər idmançı cüssəli şəxs tərəfindən Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında qanunsuz olaraq 10:15 radələrinə qədər həbs edildim və zorla polis şöbəsinə aparıldım.
Saat 10:13-də Baş Prokurorluğun 012 492 98 55 nömrəli telefonuna zəng edib, qəbula gələnlərin həbs edildiyi barədə məlumat verdim. Sərbəst buraxılandan sonra məlum oldu ki, Baş Prokuror təkcə qəbula gələnləri deyil, həm də onu minlərlə insanın Bakıya şikayətə getməsinin qarşısını almaq üçün rayonlara göndərən Respublika Prezidentini aldadıb Göygöl Prokurorluğunu tərk etmişdir.
Bundan sonra həmin nömrəyə yenidən zəng etdikdə, Mənimlə əlaqə saxlaya bilmədiklərini deyib, “Qaynar xətt” nömrəsinə zəng etməyi məsləhət gördülər. Ancaq nə həmin gün, nə də sonrakı günlər bu nömrələr zənglərimə cavab vermədi.
Mən məcbur olub DTX-nın “Qaynar Xəttinə” müraciət etdim və Gəncə şöbəsinə gedib, Baş Prokurorun xalqdan qorxub qaçdığını və heç bir qəbul olmadığını bildirdim. Baş Prokurorun bundan sonra mətbuat orqanlarında guya 36 nəfər qəbul etməsi və rayon Prokurorları ilə müşavirə keçirməsini yazdırması isə onun bütün xalqımızı bu çətin dövrdə aldatması mənasına gəlir.
Möhtərəm Prokuror! Xahiş edirəm deyilənləri nəzərə alıb, günahkar şəxslərə qarşı fırıldaqçılığa görə cinayət işinin qaldırılmasına sərəncam verəsiniz. Əlavə bildirirəm ki, ərizənin surətini müvafiq dövlət orqanlarına və mətbuata göndərəcəyəm.
İmza:
Hörmətlə: Hacıyev Fikrət Bala oğlu,
GDU-nun baş müəllimi,
Telefon 050 686 51 96
9.06.2017
https://polldaddy.com/js/rating/rating.jsBaş Prokurorun qəbuluna getmək üçün Baş Prokurorluğa 15.06.2017 tarixində müraciət göndərmişəm:
Baş Prokuror Zakir Qaralovun Göygöldə heç bir qəbul keçirmədiyi halda Respublika Prezidentini və mətbuatı aldadıb, guya 36 nəfəri qəbul etməsi barədə məlumat yaydığından, onun Baş Prokurorluqda qəbuluna getmək mümkündürmü? Bu barədə Göygöl Prokuroruna yazdığım ərizənin surətini müraciətimə əlavə edirəm. Xahiş edirəm müharibə veteranı olduğumu nəzərə alıb, məni Baş Prokurorun qəbuluna qeydiyyata alasınız. Bundan başqa bahalı maşınlarda gəzən prokurorluq əməkdaşlarından fərqli olaraq (maraqlıdır, Zakir müəllim demişkən, bu xarici maşınların pulunu haradan alırlar) müalicə məqsədi ilə özümə heç bir velosiped belə ala bilmirəm. Ona görə xahiş edirəm zəhmət çəkib, əvvəlcədən mənim yol pulumu da göndərin və “qanunpərəst” GDU rəhbərliyinə də qəbula gələcəyim günün əmək haqqını kəsməmək üçün göstəriş verməyinizi də xahiş edirəm.
Hörmətlə: Hacıyev Fikrət Bala oğlu GDU-nun fizika kafedrasının baş müəllimi
P.S. Bu müraciəti GDU-da bu dəfə həbs olunub döyüləcəyimlə hədələndiyim üçün müvafiq dövlət orqanlarına və mətbuata da göndərirəm. Xahiş edirəm kömək edin.
Qoşma: Göygöl Prokuroruna ərizənin surəti.
Ə R İ ZƏ
Bildirirəm ki, 27.05.2017 tarixində AR Baş Prokuroru Göygöl Rayon Prokurorluğunda vətəndaşların qəbulunu keçirməli idi. Səhər saat təqribən 9:30 radələrində prokurorluq binasına yaxınlaşmaq istədikdə 3 nəfər idmançı cüssəli şəxs tərəfindən Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında qanunsuz olaraq 10:15 radələrinə qədər saxlanıldım. Saat 10:13-də Baş Prokurorluğun 012 492 98 55 nömrəli telefonuna zəng edib, qəbula gələnlərin həbs edildiyi barədə məlumat verdim. Sərbəst buraxılandan sonra məlum oldu ki, Baş Prokuror təkcə qəbula gələnləri deyil, həm də onu minlərlə insanın Bakıya şikayətə getməsinin qarşısını almaq üçün rayonlara göndərən Respublika Prezidentini aldadıb Göygöl Prokurorluğunu tərk etmişdir. Bundan sonra həmin nömrəyə yenidən zəng etdikdə, Sizinlə əlaqə saxlaya bilmədiklərini deyib, “Qaynar xətt” nömrəsinə zəng etməyi məsləhət gördülər. Ancaq nə həmin gün, nə də sonrakı günlər bu nömrələr zənglərimə cavab vermədi. Mən məcbur olub DTX-nın “Qaynar Xəttinə” müraciət etdim və Gəncə şöbəsinə gedib, Baş Prokurorun xalqdan qorxub qaçdığını və heç bir qəbul olmadığını bildirdim. Baş Prokurorun bundan sonra mətbuat orqanlarında guya 36 nəfər qəbul etməsi və rayon Prokurorları ilə müşavirə keçirməsini yazdırması isə onun bütün xalqımızı bu çətin dövrdə aldatması mənasına gəlir.
Möhtərəm Prokuror! Xahiş edirəm deyilənləri nəzərə alıb, günahkar şəxslərə qarşı fırıldaqçılığa görə cinayət işinin qaldırılmasına sərəncam verəsiniz. Əlavə bildirirəm ki, ərizənin surətini müvafiq dövlət orqanlarına və mətbuata göndərəcəyəm.
İmza: Hacıyev Fikrət Bala oğlu
9.06.2017
Gefällt mirGefällt 1 Person
https://polldaddy.com/js/rating/rating.jsƏslində məni Göygöl Polis idarəsinə aparmayıblar, elə Göygöl Məşğulluq Mərkəzində saxlamışdılar. Ancaq görüşə qədər tez-tez onsuzda qəbula düşə bilməyəcəyimlə, görüşdən sonra isə 3 dəfə öldürülməklə və həbs olunub döyülməklə hədələnmişəm. Bu barədə DTX-nın Gəncə şöbəsinə müraciət etdikdə, gənc əməkdaş mənə qorxma öldürməzlər, dedi.
Gefällt mirGefällt 1 Person