Baş prokuror Qaralovun qəbuluna gedən unversitet müəllimini həbs etdilər


Azərbaycan Respublikasında Baş prokuror vəzifəsinin 3-cü müddətə tutan boş prokuror Z.Qaralov görün prokurorluğu hansı vəziyyətə çatdırıbdır ki, şikayətci də ona bu iradı tutur!

 


Hörmətli Euro Asia News saytı mən unverstet müəllimiyəm.Baş Prokuror Zakir Qaralovun regionlarda vətəndaşları qəbul edəcək xəbərini duyan kimi 09.06.2017 tarixində Göygöl Rayon Prokurorluğuna gedib, bir qrup fırıldaqçılara qarşı cinayət işinin qaldırılması barədə ərizə təqdim etdim və Baş Prokururun qəbuluna düşmək fikrimin oldugunu bildirdim.

14302226765655810625_1000x669

Prokurorluqdan Baş Prokurorun vətəndaşları Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında qəbul edəcəyini söylədilər.

Azərbaycan vətəndaşı olara sizdən və mətbuat numayəndələrindən xahiş edirəm ki ,Prokurorluq orqanlarında baş verən bu biabırçı olaydan  mənim bir ziyalı olaraq  təhqir olundugumu nəzərə alıb, bu müraciətimi dərc edəsiz.

Bildirirəm ki, mən 27.05.2017 tarixində Baş Prokuror Zakir Qaralovun qəbuluna düşmək üçün , Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında heç bir səbəb olmadan mən həbs olundum polisə aparıldım

Baş Prokuror Zakir  Qaralov oraya gəldi heç kimi qəbul etmədi və   qaçıb getdikdən sonra  mən azad olundum.

Baş Prokuror vətəndaşları qəbul etmək əvəzinə ilk növbədə Ölkə Prezidentini o cümlədən  şikayətə gələnləri ,mətbuat işçilərini  aldadır.

 

Respublika Prokurorlugunun mətbuat xidməti müxtəlif rayonlardan guya 36 nəfərin Baş Prokuror tərəfindən  qəbul olunması barədə saxta məlumat yayır.Bir vətəndaş olaraq bildirirəm ki Baş Prokuror başda olmaq şərti ilə onun bütün komandası Azərbaycan Xalqını aldadır və alçaldır.Mən bunu bir ziyalı olaraq özümə təhqir hesab etdim.

Ərizənin surətini müraciətimə əlavə edirəm. Bir daha xahiş edirəm, mətbuat bu müraciəti dərc etsin.Mən ərizəmin mətbuatda dərc olunması barədə  bir neçə qəzet və internet portallarına müraciət etdim təssüflə deməliyəm ki ,əksəriyyəti biz qorxuruq dərc edə bilmərik dedilər.

Doğrudanmı Azərbaycan da bir cox mətbuat öz xalqından qorxan Baş Prokurordan  qorxur?

Qoşma: Göygöl Rayon Prokurorluğuna Ərizə.

Göygöl rayon prokuroru Rauf Məmmədəliyevə

Göygöl şəhər Nizami küçəsi ev 26 ünvanında

yaşayan və qeydiyyatda olan Hacıyev Fikrət

Bala oğlundan

Ə R İ ZƏ

Bildirirəm ki, 27.05.2017 tarixində AR Baş Prokuroru  Zakir Qaralov Göygöl Rayon Prokurorluğunda vətəndaşların qəbulunu keçirməli idi. Səhər saat təqribən 9:30 radələrində prokurorluq binasına yaxınlaşmaq istədikdə 3 nəfər idmançı cüssəli şəxs tərəfindən Göygöl Rayon Məşğulluq Mərkəzinin binasında qanunsuz olaraq 10:15 radələrinə qədər həbs edildim və zorla polis şöbəsinə aparıldım.

Saat 10:13-də Baş Prokurorluğun 012 492 98 55 nömrəli telefonuna zəng edib, qəbula gələnlərin həbs edildiyi barədə məlumat verdim. Sərbəst buraxılandan sonra məlum oldu ki, Baş Prokuror təkcə qəbula gələnləri deyil, həm də onu minlərlə insanın Bakıya şikayətə getməsinin qarşısını almaq üçün rayonlara göndərən Respublika Prezidentini aldadıb Göygöl Prokurorluğunu tərk etmişdir.

Bundan sonra həmin nömrəyə yenidən zəng etdikdə, Mənimlə əlaqə saxlaya bilmədiklərini deyib, “Qaynar xətt” nömrəsinə zəng etməyi məsləhət gördülər. Ancaq nə həmin gün, nə də sonrakı günlər bu nömrələr zənglərimə cavab vermədi.

Mən məcbur olub DTX-nın “Qaynar Xəttinə” müraciət etdim və Gəncə şöbəsinə gedib, Baş Prokurorun xalqdan qorxub qaçdığını və heç bir qəbul olmadığını bildirdim. Baş Prokurorun bundan sonra mətbuat orqanlarında guya 36 nəfər qəbul etməsi və rayon Prokurorları ilə müşavirə keçirməsini yazdırması isə onun bütün xalqımızı bu çətin dövrdə aldatması mənasına gəlir.

Möhtərəm Prokuror! Xahiş edirəm deyilənləri nəzərə alıb, günahkar şəxslərə qarşı fırıldaqçılığa görə cinayət işinin qaldırılmasına sərəncam verəsiniz. Əlavə bildirirəm ki, ərizənin surətini müvafiq dövlət orqanlarına və mətbuata göndərəcəyəm.

İmza:

Hörmətlə: Hacıyev Fikrət Bala oğlu,

GDU-nun baş müəllimi,

Telefon  050 686 51 96

9.06.2017

Faiq Əmirlinin məhkəməsi: şahid ifadələri istintaqın rüsvayçılığını üzə çıxarır VİDEO


faiq-amirli2

“Qasid”in sədr müavini “Azadlıq”a 67 minlik borcu etiraf etdi

“Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi FaiqƏmirli 2016-cı ilim avqustunda saxta cinayət işi ilə Fətullah Gülən tərəfdarı kimi təqdim edilib həbs olunsa da, onun işi üzrə istintaq yalnız “Azadlıq” qəzeti ətrafında gedib. İndi məhkəmədə məlum olur ki, sən demə, sənəd itkisi haqda elandan tutmuş, kəndlinin bal satmasına qədər bütün elan verənləri çağırıb dindiriblər, onlardan qəzetə nə qədər pul verdiklərini soruşublar. İndi də həmin adamları şahid qismində məhkəməyə çağırırlar.

Faiq Əmirlinin işinə Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi iləbaxılır. Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.

Bugünkü məhkəmə iclasında əvvəlcə “Qaya”, “Qasid”, “Press-Elita” mətbuat yayımı firmalarının təmsilçiləri dindirilib.

“Qaya” yayım firmasından Sokrat Süleymanov deyib ki, qəzetin satılan nüsxələrinəgörə əldə olunan vəsaitin 35-40 faizi onlara qalırdı.

“Qasid” ASC-nin sədr müavini Ağaəli İsmayılov “Azadlıq”ın satılan nüsxələrinə görəqəzetə 67 min manat borclu olduqlarını təsdiqləyib.

Qeyd edək ki, istintaq Faiq Əmirlinin üzərinə 39 min vergi borcu qoyub. İddia olunur ki, qəzetin satışı az göstərilməklə, bu qədər vergidən yayınma baş verib.

Faiq Əmirli isə deyir ki, əvvəla satışın aşağı göstərilməsi halı olmayıb. İkincisi dəprokurorluq qiymətləri şişirdib. Prokurorluğun göstərdiyi rəqəmlərə diqqət yetirəndəaydın olur ki, istintaqçılar qəzetin hansı ildə neçəyə satıldığını, satılan nüsxələrin pulundan yayım firmalarının 35-40 faizlik payını nəzərə almayıblar.

Daha sonra qəzetdə elanı yayımlanmış şəxslər dindirilib. Onların hamısı bildiriblər ki, Faiq Əmirlini tanımırlar, ona pul da verməyiblər.

Klinikada çalışan Sevda Muradova deyir ki, “Azadlıq” qəzetində kosmetoloji xidmətləbağlı elan verib: “Elə bir imkanım yox idi deyə, bir necə ayda 30-40 manat verirdim. Sonra məsləhət oldu ki, bu qəzetə elan verməyim”.

Şahid qismində dindirilən vəkil Cavanşir Süleymanov bildirib ki, bir neçə il əvvəl qəzetlərdə, o cümlədən “Azadlıq”da elan verib: “Verdiyim məbləğ yadımda deyil. Çoxdan olub, ona görə nə vaxt verildiyini də xatırlamıram. 5-3 manat olardı… Onun da qəbzini veriblər mənə“.

“Azadlıq” qəzetinin iki əməkdaşı – redaktoru Sücəddin Şərifov və müxbiri Vidadi Məmmədov da elanlar məsələsi ilə əlaqədar dindirilib.

Vidadi Məmmədov deyib ki, bibisigilin evini satması haqda elanı qəzetdəyerləşdirdiyinə görə Faiqin həbsindən sonra prokurorluğa çağrılıb dindirilib. Soruşublar ki, həmin elana görə nə qədər pul ödəyib: “Mən də cavab verdim ki, ümumiyyətlə, pul ödənilməyib”.

Redaktor Sücəddin Şərifov isə həkim məsləhəti ilə bağlı elana görə dindirilib. Onun sözlərinə görə, Süleyman Cəbrayılov adlı həkim zəng edərək, göstərdiyi tibbi xidmət haqda yazılarının, elanının qəzetdə yerləşdirilməsi üçün kömək istəyib: “2010-cu ildəseçki ərəfəsində deputatlığa namizədlərin birləşdiyi İctimai Palata adlı qurum yaradılmışdı. Həkim mənə dedi ki, o da İctimai Palatanın üzvüdür. Mən də kömək elədim”.

Prokuror “Azadlıq”ın əməkdaşlarından Faiq Əmirlinin qəzetdəki fəaliyyəti haqda soruşub. Onlar bildiriblər ki, Faiq Əmirlinin işi qəzetin materialları hazırlanandan sonra onu çapa aparmaq və çapdan sonra yayım firmalarına paylamaq, həmçinin firmalardan satılan nüsxələrin pulunu toplayıb, rəhbərliyin göstərişi əsasındaəməkdaşlara əməkhaqqı vermək olub.

“Azadlıq” qəzetində sənədlərinin itməsi haqda elanı yerləşdirmiş şahid Samir İsgəndərovun da ifadəsi maraqlı olub:

Hakim: Faiq Əmirovun işi üzrə ifadə vermisiz…

Şahid: Faiq Əmirov kimdi?

Dövlət ittihamçısı: “Azadlıq” qəzetilə bağlı…

Şahid: Hə, sənədlərim itmişdi, elan verdim.

Vəkil Aqil Layıcov: Elan üçün pul vermisiz?

Şahid: Bəli.

Vəkil: Nə qədər?

Şahid: 15-20 manat olardı.

Vəkil: Kimə vermisiz?

Şaahid: Nəşriyyatın qapısındakı polisə.

Qeyd edək ki, söhbət “Azadlıq” da daxil olmaqla, onlarla qəzet redaksiyasının yerləşdiyi Azərbaycan Nəşriyyatından gedir.

Məhkəmə iyunun 19-da davam edəcək.

AXCP sədri Əli Kərimli və partiyanın fəalları əvvəlki proseslərdə olduöu kimi, 12 iyun iclasında da iştirak edib, F.Əmirliyə dəstəklərini bildiriblər. AXCP sədri iclasdan sonra ictimaiyyət üçün açıqlama verib.

Baş pediatr: Böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən nə isə qarışır


images-cms-image-000034170

Respublikanın baş pediatrı Nəsib Quliyev deyib ki, Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhə su xəttinə hansısa mənbədən çirkabın qarışmasıdır.
O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargahın yaradıldığını deyən N. Quliyev qeyd edib ki, indiyədək qərargaha 136 müraciət olub: “Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb.

Bununla bağlı Xudatdan gələn Şollar su xəttində “Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlıdır, törədici isə “rotavirus”lardır. Bu virus dünyanın hər yerində yayılıb, böyüklər və kiçiklərdə bu xəstəlik qusma, ishal və yüksək hərarətlə müşahidə olunur. Uşaqlar bu xəstəliyə daha çox həssasdırlar. Çünki yaşlılar həyatlarında bir və ya bir neçə dəfə bu xəstəliklə rastlaşdığı üçün immunitet formalaşır. Bir nəfər də olsun, ağırlaşma hadisəsi yoxdur. Yaxın günlərdə prosesi tamam dayandırıb, sonuna çatdıracağıq”.

N. Quliyev valideynlərə də tövsiyə verib. O qeyd edib ki, uşaqlara heç zaman çiy su vermək olmaz: “Ölkədə kifayət qədər təmizlənmiş su satılır, yaxud suyu qaynatdıqdan sonra uşağa vermək lazımdır. Yay mövsümündə qidalarla bağlı zəhərlənmələr ola bilər. Bunun qarşısını almaq üçün uşaqların qidalanması, davranışına, günün altında qalmamasına, su prossedurlarına riayət etməklə bağlı bütün tədbirləri yerinə yetirsinlər”.