Azərbaycan xüsusi xidmət organları Gürcüstanda müxalifət fəallarını hədəf alıb


 Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir. Ölkəni saldıqları ağır iqtisadi-siyasi böhrandan çıxarmaqda aciz olan, artan sosial narazılıq və kütləvi işsizliyin qarşısını almaqda çətinlik çəkən hakimiyyət çıxış yolunu müxalif düşüncəli insanları şərləyərək həbs etməkdə görür.

Təssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu pis niyyətli əməllərinə avrointeqrasiya yolunu seçmiş Gürcüstan hakimiyyəti də şərik olur“

Bununla baglı redaksiyamız olduqca maraqlı bir məlumat əldə edib.Məlumatda bildirilir ki,Azərbaycan Baş Prokurorlugu Gürcüstanda mühacir həyatı yaşayan Vidadi İskəndərlinin, araşdrmacı jurnalıst Əfgan Muxrarlının   Azərbaycana gətirilməsi üçün DTX -ə rəsmi müraciət edib.DTX isə Gürcüstanın mərkəzi şəhəri Tblisə bir qrup əməliyyatçı göndərib.Əməliyyat qrupunu Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan „SOCAR Energy Georgia“ MMC-də Marketinq və Beynəlxalq əlaqələr Departamentinin rəhbəri təyin edilmiş Faiq Quliyev qarşılayıb.Məlumat üçün bildirim ki Faiq Quliyev əslən Gürcüstanlıdır və SOCARın iqtisadiyyat məzələləri üzrə birinci vitse prezidenti Süleyman Qasımovun qohumudur.Süleyman Qasımov isə öz növbəsində SOCAR prezidenti Rövnəq Abdullayevin oglunun kirvəsidir.Faiq Quliyev uzun illər fəaliyyəti dayandırılmış keçmiş MTN-nin 3 idarəsində çalışıb neft mədən sahələrinə nəzarət edib.Əliyevlərin Gürcüstandakı yatırımları məhz SOCARın Gürcüstandan olan rəhbərləri Süleyman Qasimov və Vaqif Əliyevin aracılıgıyla baş verir.Məsələni araşdıran jurnalist Əfgan Muxtarli Əliyevin qəzəbinə tuş gəlib.Azərbaycanlı müxalifət camiyyəsinin Azərbaycan sərhədlərinə yaxın bir bölgədə fəallaşması RATİ rəhbəri jurnalist Emin Hüseynovun Tblisdə tədbir keçirməsi Gürcüstanda fəaliyyət göstərən korrupsioner SOCARçı şəbəkəni narahat etməyə başlayıb.Məsələnin həlli yollarını Faiq Quliyevə tapşırıblar.Faiq Quliyev Tblisdə yaşayan azərbaycanlı muhacirlərin ev ünvanlarının öyrənilməsi üçün Gürcüstan Təhlükəsizlik Komitəsiylə danışıklar aparıb

Gürcüstan xusisi xidmət departamentinin mühacir Vidadi İskəndərlinin yaşayış  ünvanının artıq Azərbaycan tərəfinə bir neçə ay bundan öncə verildiyi bildirilir.

Məlumatda siyasi baxışlarına görə Gürcüstana sıgınmış ,  Azərbaycan vətəndaşlarının bir coxunun ( hüquq müdafiəçiləri və jurnalıstlərin) yaxın günlərdə Azərbaycana tutulub təhvil verilməsi bildirilir.

Belə ki,adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumatda bildirlir ki, bununla baglı Azərbaycan tərəfi Gürcüstan höküməti qarşısında şərt qoyub və Gürcüstan hökuməti şərti qəbul edib.

Gürcüstan bunları etmədiyi halda SOCAR-in  və digər enerji layihələrinin ,enerji daşıyicılarının gaz.benzin və s)qiymətinin yenidən baxılması şərti qoyulub.

Fuad Agayev