Azerbaijani Journalist Arrested in Tbilisi (Georgia), Taken to Baku


Since 2015 Mukhtarli has been living in exile in Tbilisi. He is known as a harsh critic of the Azerbaijani government


Journalist Afghan Mukhtarli  lawyer Nemat Karimli has informed that Afghan Mukhtarli has been arrested and is being taken to Baku.

He has been missing since the evening of the 29th. 

According to his wife Leyla Mustafayeva, he had not been responding to telephone calls, and his phone was no longer working. Mustafayeva had already appealed to the Georgian police for help, and his relatives were afraid that he may have fallen into the hands of Azerbaijani authorities.

Recently an article appeared in an Azerbaijani government-run news site about „underground“ Azerbaijani activists living in Tbilisi.

 In the article, Mukhtarli was mentioned in addition to the famous surgeon Farman Jeyranov, the Deputy Chairwoman of the Popular Front Party of Azerbaijan Gozel Bayramli. Jeyranov and Bayramli have recently been detained by the Azerbaijani authorities.

Avropa Məhkəməsi Elşad Abdullayevin şikayətinə baxacaq


Avropa İnsan Haqları Məhkəməsi E.Abdullayevin şikayət üzrə araşdırmalara başlayıb.

 Şikayət fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin itkin düşmüş elan edilmiş qardaşı Mahir Abdullayevlə bağlıdır. Şikayətçi hazırda Avropada mühacirətdə olan Elşad Abdullayevdir.

 Bu haqda məlumat AİHM-in saytında yer alıb.

Avropa Məhkəməsinə göndərilmiş şikayətdə bidlirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin işçisi olan Mahir Abdullayev 2003-cü ildən itkin düşüb. 

Ondan bir müddət xəbər çıxmadığından E.Abdullayev Yasamal rayon Polis İdarəsinə müraciət etməli olub. Bir az daha zaman keçdikdən sonra polis onun müraciəti əsasında araşdırma aparmaqdan imtina olunması haqqında qərar qəbul edib. 

Ancaq bir müddət sonra Bakı Şəhər Prokurorluğu M.Abdullayevin itkin düşməsi ilə bağlı adam oğurluğuna görə, cinayət başladıb.

Ermənistan kəşfiyyatının Bakıdakı əməliyyatı FOTOFAKT


Bu layihəyə çox ünlü azərbaycanlılar necə qoşulublar?

2016- cı ilin dekabr ayında Bakıda hüquq müdafiəçisi adı ilə təqdim edilən bir qrup erməni və Azərbaycanlı hüquq müdafiəçisi Azərbaycan- erməni Sülh platfprması adlı bir şey yaratdılar. Etiraf etmək lazımdır ki, bu platformanın yaradılmasını Azərbaycan cəmiyyətinin eynini açmadı. Heç xüsusi ajiotaj da olmadı, xüsusi müzakirə predmeti də olmadı. Seyrək reaksiyalar oldu. Bəzi jurnalistlər üzə düşüb bu platformanı uğurlu təşəbbüs adlandırdılar, bəzi hüquq müdafiçiləri, hətta millət vəkilləri də çaş-baş qaldılar ki, bu Platformanın harasında hansı şəkildə durmaq olar…

Məsələn, millət vəkili Zeynəb Xanlarova əvvəlcə bu Sülh platformasına qoşulduğu barədə xəbər yaydı, üstündən bircə gün keçəndən sonra isə parlamentdə çıxış edib bildirdi ki erməniləri müharibə ilə qovmaq lazımdır, onlar müharibə görməsələr işğal etdikləri ərazilərdən çıxıb getməyəcəklər. Görünür, Zeynəb xanıma, eləcə də həmin təşəbbüsə imza atan başqalarına da izah etməmişdilər ki, «Sülh platforması» nədən ötrüdür, nəyə və kimə lazımdır.

Bu, «sülh platforması»nın bir tərəfində Azərbaycanlı hüquq müdafiəçiləri, o biri tərəfində isə Ermənistandan və Dağlıq Qarabağdan xüsusi olaraq gətirilən hüquq müdafiəçiləri kimi təqdim olunan adamlar dayanırdı. Bizim tərəfdən olan hüquq müdafiəçilərinin bir çoxlarını bizim cəmiyyət tanıyır. Amma Ermənistandan gətirilən hüquq müdafiəçilərini oralarda tanıyanlar yox idi, deyəsən. Həm də, Ermənistandan olan Sülh Platformaçıları Ermənistanda yaşamırdılar. Onları Bakıya gətirib yerləşdirirdilər, evlə, əla maaşla təmin edirdilər, Ermənistanda onları «vətən xaini» kimi təqdim edirdilər və bizim pasifistlər də bu «vətən xainləri» ilə bir masaya oturub onlarla birlikdə sülh platformasını bərkitmək işinə girişmişdilər. Sülh Platformasının Ermənistan təmsilçilərinin komandiri Van Martirosyan idi. Onu, hüquq müdafiəçisi kimi təqdim edirdilər, amma az əvvəl qeyd etdiyimiz kimi, Ermənistanda belə bir hüquq müdafiəçisi qeydə alınmamışdı.

Sonra, o, başqalarının da gətirilməsinə yardımçı oldu. Azərbaycanlı qocaman hüquq müdafiəçilərindən biri hətta özünü saxlaya bilməyib etiraf etmişdi ki, onlar «erməni hüquq müdafiəçilərini» Tbilisidə ovlayıb Bakıya gətirirlər. Təkrar edirik ki, bizim cəmiyyətə heç zaman aydın olmayıb: bu Sülh Platforması adlı təşəbbüs, doğrudan da, kimə və nəyə lazımdır? Bu sual hələ də havadan asılı qalıb… Bilmək olmurdu, bu Platforma daxili ictimai rəy üçün yaradılır, yoxsa, beynəlxalq ictimai rəy üçün. Əgər daxili ictimai rəydə «ermənilər də Azərbaycana köçür, çünki bizim ölkəmizdə həyat səviyyəsi yüksəkdir, onlar isə acından ölürlər» effektinə hesablanmışdısa, əbləh təbliğat cəhdi idi. Çünki, azərbaycanlılar öz ölkələrində həyat səviyyəsini yaxşı bilirlər, hətta ildə onların 500- 600 nəfəri də həmin «yüksək» həyat səviyyəsinə görə intihar edirlər. Beynəlxalq ictimai rəy üçün də belə əcayib təbliğat mexanizmini yaratmağa dəyməzdi. Çünki, ortalıqda, hər iki tərəfdən olan tanınmış ictimai xadimlərin təmsilçiliyi yox idi.

Nəhayət, bu təşəbbüs partladı və Sülh Platforması da çat verdi.

6-7 ay bundan əvvəl Bakıda onun üçün ayrılmış xudmani mənzildə ayağını ayağı üstə aşıraraq açıqlamalar verən, Sülh Platforması təşəbbüsünün əsas simalarından, necə deyərlər «qurucu üzvlərindən» biri olan Van Martirosyan qəzəblə bildirirdi ki, «əgər sülh layihəsi alınmasa, qəzəblənmiş erməni xalqı quldur Köçəryan- Sarkisyan rejimini devirəcək və onları cəzalandıracaq». Qəzəb xə qan qoxuyan bu qorxunc ifadələri Azərbaycanın hakimiyyət yönlü xəbər portalları da gen- bol yayır və Azərbaycan xalqına şüuraltı olaraq izah etmək istəyirdilər ki, «İlham Əliyev regionun ən qüdrətli prezidenti kimi Ermənistanda məxməri inqilab hazırlayır»… Şübhəsiz, bülə bir effekt də nəzərə alınırdı.

Amma proses qırıldı. Van Martirosyan, «Sülh Platformasının qurucu üzvü» Azərbaycanı tərk edib Ukraynaya getdi və orada Odessa şəhərində məskunlaşdı. Bu köçün sirrləri heç kimə bəlli olmadı. «Sülh Platforması»nın fəaliyyəti ilə bağlı xəbərlərə tamarzı qalan xalqımıza izah edilmədi ki, Van Martirosyan niyə Azərbaycanı, Bakını bəyənməyib Odessada yaşamağa üstünlük verdi? Busullara isə bu günlərdə Van Martirosyanın özü cavab verib. Əlbəttə, bizim vasitəmizlə deyil, birbaşa internet imkanlarından yararlanmaqla özünün mənsub olduğu Ermənilərə izahat verib ki, bu Bakı avantürası, Sülh Platforması kimi layihələrin arxasında hansı macəralar dayanırmış. Martirosyanın sözlərindən belə çıxır ki, o, Bakıya Ermənistan xüsusi xidmət orqanlarının rezidenti kimi gəlibmiş. Bizim qocaman və gənc hüquq müdafiəçiləri, eləcə də bir qrup sayğılı və dəyərsiz jurnalistlər qrupu hesab edirdilər ki, Martirosyanın Bakıya gəlişi, eləcə də o biri ermənilərin ki, Martirosyandan sonra gəliblər, bunların hamısı üçün səfər projeləri Azərbaycan mənşəli təşəbbüslər olub. Amma Martirosyan açıq aşkar Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə gəldiyini deyir… Lənət sənə kor şeytan ! Bunların hansına inanaq ? Ümumiyyətlə bu tərəflərdən hər hansına inanmağa dəyərmi ? Dəyməz, əlbəttə, buna görə də üçüncü tərəfə müraciət etmək lazım gəlir. Hələlik, bizim üçüncü tərəfə müraciət edib xəbər almaq imkanlarımız məhduddur. Amma üçüncü tərəfə dəxli olan mənbələrdən biri deyir ki, Sülh Platformasına İsveçrədən qtılmış bir erməni hüquq müdafiəçisinin evini də Azərbaycanın hesabına yüksək səviyyədə təmir ediblər. O birilər üçün də Bakıda hər cür təminat yaradılıb. Van Martirosyanın çıxışında yer alsa da- almasa da bu layihənin bahalı layihə olduğu şübhəsizdir. Üstəlik,Martirosyan deyir ki, bu layihənin işində görükməyən başqa bir adam da var ki, aşkar üzvlərin hamısı ona hesabat verirlər, həmin adam Ermənistan tərəfdəndir, Bakıya daha artıq gedib- gəlir və sairə və ilaxır… Bu açıqlamarı tapıb dinləyin. Orada çox maraqlı ifadələr var.

Əlbəttə, Ermənistandan idxal edilən bu hüquq müdafiəçiləri və jurnalsitlər dəstəsinin əsas məşğulluq mərkəzi olan haqqin.az saytı dərhal elan edib ki, Martirosyan erməni xüsusi xidmət orqanlarının nəzarətinə kçeib. Amma bəlli deyil; Martirosyan həmin nəzarətin altına Bakıya gəlməmişdən nə qədər zaman əvvəl keçib və onun Bakıya səfəri də həmin xüsusi xidmət orqanlarının planı deyildi ki? Bu sual açıqdır. Biz bu sualın cavabını bilmirik, amma belə bir sualın var olduğunu bilirik…

Amma bu cür sualların cavabı ola biləcək bir mükalimə var ki, onu oxucularımıza təqdim etmək istərdik. Bu, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altına keçdiyi elan edilən Van Martirosyanın Azərbaycan tərəfdən həmkarı olan Eynulla Fətullayevlə yazışmasıdır. Tamamilə məsuliyyətlə bildiririk ki, bu yazışmanı bizə Azərbaycan xüsusi xidmət orqanlarının babat rütbəli bir əməkdaşı təqdim edib. Ona təşəkkür edirik və hesab edirik ki, bu yazışma Ermənistan vətəndaşı, Ermənistan xüsusi xidmət orqanlarının agenti olaraq «hüquq müdafiəçisi» adı ilə Bakıya dalmış Van Martirosyanla hələ də «erməni agenti» elan edilməyən o biriləri arasında fərqi müşahidə etmək üçün yaxşı materialdır…Yeri gəlmişkən, bu yazılı mükalimədə, Van Martirosyanın «yıxıb sürüyən», onu qeyri- ciddi adam, siyasətdən qanmayan siyasətçi, jurnalistikadan heç nə anlamayan jurnalist adlandıran Suzan Caginyan haqqında da bəzi fikirlər var. Bu yazışmalardan bəzilərini təqdim edəcəyik, hamısını deyil. Əsasən, 3 qrup üzrə yazışmalar gedib.

«Ö küçük sənə görə başı ilə cavabdehdir»

Birinci qrup yazışmalarda Azərbaycanın Ukraynadakı səfiri haqqında diplomatik sayılmayacaq ifadələr yer alır və bəlli olur ki, cənab Eynulla Fətullayev həmin səfirin birbaşa rəisidir… Bu sərt ifadələrə görə, səfridən üzr istəyirik və xatırladırıq ki, bu bizim qənaətimiz deyil, başqalarının onun haqqında qənaətidir və həmin başqaları erməni kəşfiyyatçılarla söhbətlərlə onu bu cür xatırlayırlar: «küçük» və bu qəbildən olan sözlərlərlə…

«Bu … bizi boğaza yığıb»

İkinci qrup yazışmada Martirosyan və Fətullayev indi də Bakı redaksiyasında işləyən Suzan Caginyanı dolayırlar, onun kaprizləri haqqında səmimi olmayan fikirlərini bölüşürlər. Kollektivin daxilindəki ifadə tərzi bizi o qədər də maraqlandırmır…

«Səni Yerin dibindən də qazıb çıxararıq»

Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair… Görünür, Van Martirosyana artıq qəti tapşırıq gəlib ki, əməliyyatı dayandırıb Azərbaycandakı oyununu başa vursun. Ən azı, Martirosyanın Azərbaycan xüsusi xidmət orqanlarını və ya «isteblişmenti» dolayıb aradan çıxdığı zamanların hikkəsi var bu yazılarda…

azadliq.info

Baş Prokurorlugun içində vətəndaş özünü yandırdı


Hadisə zamanı Prokurorluğun mühafizə polisi də xəsarət alib

Mayın 30-da saat 13.00 radələrində Respublika Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırıb. Bu barədə “Azadlıq.info”ya məlumat verən mənbə bildirib ki, intihara cəhd edən şəxs Ağdam rayon sakinidir. O, prokurorluğa da Ağdam Rayon İcra Hakimiyyətindən şikayətə gəlibmiş.
Mənbənin sözlərinə görə, vətəndaş prokurorluğun problemə münasibətini görəndən sonra bezib və özünü öldürmək qərarına gəlib. O, plastmas butılkada özü ilə gətirdiyi benzini üzərinə tökərək özünü yandırıb.
Əldə etdiyimiz məlumata görə, hadisə Baş Prokurorluğun qəbul şöbəsində baş verib. Qəbul şöbəsindəki Vahid adlı mühafizə polisi də hadisə zamanı xəsarət alıb. Onun yanan vətəndaşa kömək etmək istədiyi, bu zaman özünün də üzünün yandığı bildirilir.

Şahidlərin dediyinə görə qəbul otagını kabinetindən video kamera ilə izləyən  baş prokuror Zakir Qaralov qəbul otagına gəlib və hadisəni görən kimi oradan dərhal uzaqlaşıb
Dərhal yanan vətəndaşın əynindəki paltarlar çıxarılıb, onu prokurorluğun binasına aparıblar. Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb.

Ermənistan kəşfiyyatının Bakıdakı ugurlu əməliyyatı FOTOFAKT


  • 2016- cı ilin dekabr ayında Bakıda hüquq müdafiəçisi adı ilə təqdim edilən bir qrup erməni və Azərbaycanlı hüquq müdafiəçisi Azərbaycan- erməni Sülh platfprması adlı bir şey yaratdılar. Etiraf etmək lazımdır ki, bu platformanın yaradılmasını Azərbaycan cəmiyyətinin eynini açmadı. Heç xüsusi ajiotaj da olmadı, xüsusi müzakirə predmeti də olmadı. Seyrək reaksiyalar oldu. Bəzi jurnalistlər üzə düşüb bu platformanı uğurlu təşəbbüs adlandırdılar, bəzi hüquq müdafiçiləri, hətta millət vəkilləri də çaş-baş qaldılar ki, bu Platformanın harasında hansı şəkildə durmaq olar…

Məsələn, millət vəkili Zeynəb Xanlarova əvvəlcə bu Sülh platformasına qoşulduğu barədə xəbər yaydı, üstündən bircə gün keçəndən sonra isə parlamentdə çıxış edib bildirdi ki erməniləri müharibə ilə qovmaq lazımdır, onlar müharibə görməsələr işğal etdikləri ərazilərdən çıxıb getməyəcəklər. Görünür, Zeynəb xanıma, eləcə də həmin təşəbbüsə imza atan başqalarına da izah etməmişdilər ki, «Sülh platforması» nədən ötrüdür, nəyə və kimə lazımdır.
Bu, «sülh platforması»nın bir tərəfində Azərbaycanlı hüquq müdafiəçiləri, o biri tərəfində isə Ermənistandan və Dağlıq Qarabağdan xüsusi olaraq gətirilən hüquq müdafiəçiləri kimi təqdim olunan adamlar dayanırdı. Bizim tərəfdən olan hüquq müdafiəçilərinin bir çoxlarını bizim cəmiyyət tanıyır. Amma Ermənistandan gətirilən hüquq müdafiəçilərini oralarda tanıyanlar yox idi, deyəsən. Həm də, Ermənistandan olan Sülh Platformaçıları Ermənistanda yaşamırdılar. Onları Bakıya gətirib yerləşdirirdilər, evlə, əla maaşla təmin edirdilər, Ermənistanda onları «vətən xaini» kimi təqdim edirdilər və bizim pasifistlər də bu «vətən xainləri» ilə bir masaya oturub onlarla birlikdə sülh platformasını bərkitmək işinə girişmişdilər. Sülh Platformasının Ermənistan təmsilçilərinin komandiri Van Martirosyan idi. Onu, hüquq müdafiəçisi kimi təqdim edirdilər, amma az əvvəl qeyd etdiyimiz kimi, Ermənistanda belə bir hüquq müdafiəçisi qeydə alınmamışdı.
Sonra, o, başqalarının da gətirilməsinə yardımçı oldu. Azərbaycanlı qocaman hüquq müdafiəçilərindən biri hətta özünü saxlaya bilməyib etiraf etmişdi ki, onlar «erməni hüquq müdafiəçilərini» Tbilisidə ovlayıb Bakıya gətirirlər. Təkrar edirik ki, bizim cəmiyyətə heç zaman aydın olmayıb: bu Sülh Platforması adlı təşəbbüs, doğrudan da, kimə və nəyə lazımdır? Bu sual hələ də havadan asılı qalıb… Bilmək olmurdu, bu Platforma daxili ictimai rəy üçün yaradılır, yoxsa, beynəlxalq ictimai rəy üçün. Əgər daxili ictimai rəydə «ermənilər də Azərbaycana köçür, çünki bizim ölkəmizdə həyat səviyyəsi yüksəkdir, onlar isə acından ölürlər» effektinə hesablanmışdısa, əbləh təbliğat cəhdi idi. Çünki, azərbaycanlılar öz ölkələrində həyat səviyyəsini yaxşı bilirlər, hətta ildə onların 500- 600 nəfəri də həmin «yüksək» həyat səviyyəsinə görə intihar edirlər. Beynəlxalq ictimai rəy üçün də belə əcayib təbliğat mexanizmini yaratmağa dəyməzdi. Çünki, ortalıqda, hər iki tərəfdən olan tanınmış ictimai xadimlərin təmsilçiliyi yox idi.
Nəhayət, bu təşəbbüs partladı və Sülh Platforması da çat verdi.

Bu layihəyə çox ünlü azərbaycanlılar necə qoşulublar?

6-7 ay bundan əvvəl Bakıda onun üçün ayrılmış xudmani mənzildə ayağını ayağı üstə aşıraraq açıqlamalar verən, Sülh Platforması təşəbbüsünün əsas simalarından, necə deyərlər «qurucu üzvlərindən» biri olan Van Martirosyan qəzəblə bildirirdi ki, «əgər sülh layihəsi alınmasa, qəzəblənmiş erməni xalqı quldur Köçəryan- Sarkisyan rejimini devirəcək və onları cəzalandıracaq». Qəzəb xə qan qoxuyan bu qorxunc ifadələri Azərbaycanın hakimiyyət yönlü xəbər portalları da gen- bol yayır və Azərbaycan xalqına şüuraltı olaraq izah etmək istəyirdilər ki, «İlham Əliyev regionun ən qüdrətli prezidenti kimi Ermənistanda məxməri inqilab hazırlayır»… Şübhəsiz, bülə bir effekt də nəzərə alınırdı.

Amma proses qırıldı. Van Martirosyan, «Sülh Platformasının qurucu üzvü» Azərbaycanı tərk edib Ukraynaya getdi və orada Odessa şəhərində məskunlaşdı. Bu köçün sirrləri heç kimə bəlli olmadı. «Sülh Platforması»nın fəaliyyəti ilə bağlı xəbərlərə tamarzı qalan xalqımıza izah edilmədi ki, Van Martirosyan niyə Azərbaycanı, Bakını bəyənməyib Odessada yaşamağa üstünlük verdi? Bu sullara isə bu günlərdə Van Martirosyanın özü cavab verib. Əlbəttə, bizim vasitəmizlə deyil, birbaşa internet imkanlarından yararlanmaqla özünün mənsub olduğu Ermənilərə izahat verib ki, bu Bakı avantürası, Sülh Platforması kimi layihələrin arxasında hansı macəralar dayanırmış. Martirosyanın sözlərindən belə çıxır ki, o, Bakıya Ermənistan xüsusi xidmət orqanlarının rezidenti kimi gəlibmiş. Bizim qocaman və gənc hüquq müdafiəçiləri, eləcə də bir qrup sayğılı və dəyərsiz jurnalistlər qrupu hesab edirdilər ki, Martirosyanın Bakıya gəlişi, eləcə də o biri ermənilərin ki, Martirosyandan sonra gəliblər, bunların hamısı üçün səfər projeləri Azərbaycan mənşəli təşəbbüslər olub. Amma Martirosyan açıq aşkar Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə gəldiyini deyir…Lənət sənə kor şeytan ! Bunların hansına inanaq ? Ümumiyyətlə bu tərəflərdən hər hansına inanmağa dəyərmi ? Dəyməz, əlbəttə, buna görə də üçüncü tərəfə müraciət etmək lazım gəlir. Hələlik, bizim üçüncü tərəfə müraciət edib xəbər almaq imkanlarımız məhduddur. Amma üçüncü tərəfə dəxli olan mənbələrdən biri deyir ki, Sülh Platformasına İsveçrədən qtılmış bir erməni hüquq müdafiəçisinin evini də Azərbaycanın hesabına yüksək səviyyədə təmir ediblər. O birilər üçün də Bakıda hər cür təminat yaradılıb. Van Martirosyanın çıxışında yer alsa da- almasa da bu layihənin bahalı layihə olduğu şübhəsizdir. Üstəlik, Martirosyan deyir ki, bu layihənin işində görükməyən başqa bir adam da var ki, aşkar üzvlərin hamısı ona hesabat verirlər, həmin adam Ermənistan tərəfdəndir, Bakıya daha artıq gedib- gəlir və sairə və ilaxır… Bu açıqlamarı tapıb dinləyin. Orada çox maraqlı ifadələr var.

Əlbəttə, Ermənistandan idxal edilən bu hüquq müdafiəçiləri və jurnalsitlər dəstəsinin əsas məşğulluq mərkəzi olan haqqin.az saytı dərhal elan edib ki, Martirosyan erməni xüsusi xidmət orqanlarının nəzarətinə kçeib. Amma bəlli deyil; Martirosyan həmin nəzarətin altına Bakıya gəlməmişdən nə qədər zaman əvvəl keçib və onun Bakıya səfəri də həmin xüsusi xidmət orqanlarının planı deyildi ki? Bu sual açıqdır. Biz bu sualın cavabını bilmirik, amma belə bir sualın var olduğunu bilirik…

Amma bu cür sualların cavabı ola biləcək bir mükalimə var ki, onu oxucularımıza təqdim etmək istərdik. Bu, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altına keçdiyi elan edilən Van Martirosyanın Azərbaycan tərəfdən həmkarı olan Eynulla Fətullayevlə yazışmasıdır. Tamamilə məsuliyyətlə bildiririk ki, bu yazışmanı bizə Azərbaycan xüsusi xidmət orqanlarının babat rütbəli bir əməkdaşı təqdim edib. Ona təşəkkür edirik və hesab edirik ki, bu yazışma Ermənistan vətəndaşı, Ermənistan xüsusi xidmət orqanlarının agenti olaraq «hüquq müdafiəçisi» adı ilə Bakıya dalmış Van Martirosyanla hələ də «erməni agenti» elan edilməyən o biriləri arasında fərqi müşahidə etmək üçün yaxşı materialdır…Yeri gəlmişkən, bu yazılı mükalimədə, Van Martirosyanın «yıxıb sürüyən», onu qeyri- ciddi adam, siyasətdən qanmayan siyasətçi, jurnalistikadan heç nə anlamayan jurnalist adlandıran Suzan Caginyan haqqında da bəzi fikirlər var. Bu yazışmalardan bəzilərini təqdim edəcəyik, hamısını deyil. Əsasən, 3 qrup üzrə yazışmalar gedib.

«Ö küçük sənə görə başı ilə cavabdehdir»

Birinci qrup yazışmalarda Azərbaycanın Ukraynadakı səfiri haqqında diplomatik sayılmayacaq ifadələr yer alır və bəlli olur ki, cənab Eynulla Fətullayev həmin səfirin birbaşa rəisidir… Bu sərt ifadələrə görə, səfridən üzr istəyirik və xatırladırıq ki, bu bizim qənaətimiz deyil, başqalarının onun haqqında qənaətidir və həmin başqaları erməni kəşfiyyatçılarla söhbətlərlə onu bu cür xatırlayırlar: «küçük» və bu qəbildən olan sözlərlərlə…

«Bu … bizi boğaza yığıb»

İkinci qrup yazışmada Martirosyan və Fətullayev indi də Bakı redaksiyasında işləyən Suzan Caginyanı dolayırlar, onun kaprizləri haqqında səmimi olmayan fikirlərini bölüşürlər. Kollektivin daxilindəki ifadə tərzi bizi o qədər də maraqlandırmır…

«Səni Yerin dibindən də qazıb çıxararıq»

Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair… Görünür, Van Martirosyana artıq qəti tapşırıq gəlib ki, əməliyyatı dayandırıb Azərbaycandakı oyununu başa vursun. Ən azı, Martirosyanın Azərbaycan xüsusi xidmət orqanlarını və ya «isteblişmenti» dolayıb aradan çıxdığı zamanların hikkəsi var bu yazılarda…

Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirir


Hazırda Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirir.

Tələbələr 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsinə və sualların çox olmasına etiraz edirlər.

1392893323_aksiya-cenubnews

Xatırladaq ki, narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi: “Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”lər əsassızdır. Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

“Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

Oxunub: 6

Əliyev zümrəsinin Avropada diplomatik korpusumuzdakı sərgüzəştləri


Bu bina Bratislava şəhərinin ən mərkəzi və  çox bahali küçələrindən biri sayilan“Jidovskaya namesti“ (Yəhudi meydani) küçəsinde yerləşir.

Ön tərəfdən binani şəhərin mərkəzi meydani sayilan“Dborets Grassalkoviçey“ meydani əhatə edir, arxa tərəfdən isə binadan Dunay çayina gözəl bir mənzərə açilir.

Bina 5 mərtəbədən və 148 mənzildən ibarətdir. Binanin birinci mərtəbəsi bahali restoran ve gecə baridir, barin içində isə kazino və strıptiz klub yerləşir.

Binanin 100 mənzili VİP Hotel şəkilində varli Xarici turistlərə xidmət edir, 48 mənzili isə, şəxsi heyəti texniki personallarla birlikde cəmisi 18 nəfərdən ibarət olan, „AZƏRBAYCAN RESPUBLIKASININ SLOVAKYADAKI SƏFİRLİYİNƏ“ ayi cəmi  €240 min Avro!!!!!!! giymətinə  kirayə verilmişdir.

Redasiyamızın elektron ünvanına məlumat yollayan şəxs bu əzəmətli və çox bahali binanın „Treyd İnterneşinel“ kompaniyasının balansında olmasını və , bu şirkətin  isə  ARİF PAŞAYEVə aid olundugunu israrla məktubda iddia edir.

Məktub yazan şəxs  2006-2011-ci illərdə Slovakiya’da Azərbaycan  səfirliyində işləmiş diplomat S.V. cənablarıdır.Öz yazdıgına görə o artıq Slovakiya vətəndaşıdır.

Yazını sizlərə olduğu kimi təgdim edirik.

2006-ci ildə Azərbaycan’ın Slovakyada yerləşən səfirliyinə   diplomat təyin edildim.Səfirliyin muhasibat və uçot işlərini  aparmagı mənə tapşırdılar. Bir gün aylig hesabat apararkən bir fakt  aşkara çıxardim

Səfirlik yerləşən binanin 48 mənzili Azərbaycan səfirliyinə  kirayə verilib.

Çaşib galdim, axi  necə ola bilər ki,şəxsi heyəti cəmisi 18 nəfərdən ibarət olan kiçik bir diplomatik korpusun bu gədər mənzil nəyinə lazimdir? Özü də hər ay səfirlik, binanın sahibi olan „Treyd İnternational“ şirkətinə €240 min avro!!!! pul keçirir?. Halbuki otagların 30-dan çoxunun gapisi heç  açılmır?Bu nə biabırçılig, bu nə dəhşətdır?

Sənədləri götürüb o vaxtki səfir Fuad İsmayilovun yanina getdim. Doğrudur bu işlərlə konsulun katibi Emil Həsənov  adlı birisi məşğul olurdu, lakin Emil’in anası ermənı olduğunu bildiyimdən onunla məsləhətləşməyi özümə  layig bilmədim.

Səfir Fuad İsmayilovla görüşdüm sənədləri ona göstərdim.

Səfirin  sözü  mənə  gısa oldu:

Get başını aşagı sal sənə tapşırılan işlərlə məşgul ol…!!!

Bundan sonra „Treyd İnternational“ şirkətinin kimə məxsus olmasını araşdirmağa başladım və mənə məlum oldu ki, bu şirkət Əliyev zümrəsinə yəni qaynata Arif Paşayevə məxsus imiş.

 Bina 2004-cü ildə kadastr giyməti €942,000,000 avro ( dogguz yüz girx iki milyon) migdarinda olan Bratislava Meriyasindan 99 il müddətinə kirayə alınmışdır. Təsəffür edə bilirsinizmi YAP hakimiyyəti  öz binamızı da özümüzə astronomik giymətə arendaya vermişdilər!!!!!

O vaxtlar idi ki, səfirliklərdə  əsil dərəbəylik qanunlari hökm sürürdü. Hər ay €5000 ( beş min) avro maaşa gol çəkirdik, lakin bizə  €1000 avro ( min avro) maaş verilirdi.  Personala tibb sıgorta belə verilmirdi. Başga səfirliklərin işçiləri əllərində tibbi sigorta diplomatik korpus xətti ilə növbəsiz həkimlərin kabinetlərinə girəndə, biz utana-utana növbə gözləyirdik. Artıq  Azərbaycan vətəndaşi olmağımdan utanırdım.

Başqa  ölkə səfirliklərinin balanslarında  5-6 xidməti nəqliyyat vasitələri  oldugu halda , bizim diplomatik korpusun isə cəmi bır  avtomobili vardı və ondan da yalniz səfir Fuad İsmayilov istifadə  edirdi. Digər işçilər isə hətta, diplomatik poçtani daşıyanda belə ictimai transportdan istifadə edirdilər, bu isə Beynəlxalg diplomatik missiya qanunlarına  tamamilə zidd idi.

Söhbətdən kənara çıxmaq istəyirəm, xatırlayırsınızsa  2009 -cü ildə Moskova’da faşist-skenxetler şəhərin merkəzində bir neçə Azərbaycan vətəndaşlarını döyüb qətlə yetirmişdilər. 

Xəbəri eşidən kimi təcili Azərbaycanın Moskovadakı diplomatik korpusuna  zəng etdim. Oradaki səfirlik əməkdaşı belə bir hadisənin baş verdyini təstiq etsədə bu hadisənin yayılmasının Azərbaycan-Russiya münasibətlərə xələl gəlməsindən ehtiyat edərək rəsmi açıklama vermədiklərini bildirdi.

Medya və KİV-vasitələri bu haqda heç bir məlumat vermirdilər.

Azərbaycanda XİN-də işləyən bir dostumu telefonla aradım oda eyni sözleri mənə təkrar etdi. 

Səfirlikdə həyəcan signalı galdırdım, tələb etdim ki, yığışıb Russiya səfirliyinin garşisina gedək və demarş keçirək, bütün dünya ictimaiyyətinə bu faciəni çatdırag.

Mən həmin gün bu xəbəri Avropadakı bəzi təşkilatların nəzərinə çatdıra bildim

Bu məsələdən cəmi 1 gün sonra səfir Fuad İsmayılovun kabinetinə girəndə gördüm ki, Rusiyanin Slovakyadiyadaki o vaxtki konsulu Sergey Kolesnikov Fuad İsmayilovun otağındadir.

Russyalı  konsul bizim səfirin üstünə qışqırırdi. Kolesnikov tələb edirdi ki, Azərbaycan səfirliyi təcili depeşa hazırlasın ,Slovakiya XİN-nə məlumat verilsin ki, bu məlumat yalandır,Moskova’da heç bir ölüm hadiəsi olmayib. 

Fuad İsmayilov isə yaltagcasına „Da, хорошо, будет сделано“ (oldu, yaxşi, edəcəyik mütlek) Amma səfir Fuad İsmayilovun sözləri məni lap ildərım  kimi vururdu; 

Mənə müracıət edərək „Быстро приготов опровержение“ (tecili təkzib, inkar  hazirla) -dedi. 

Dedim – „Siz nə danışırsız  bizim millətimizi Moskova’nin mərkəzində öldürürlər, biz isə inkar etməliyik?

  2  saat sonra deşepa protokolu hazırlandı və Slovakiya XİN-nə təgdim edildi. 

Təgdimatda yazılmışdır ki, Azərbaycan və Russiya xalqları tarixdən qardaş xalglardır və yayılan bu cür yalan məlumatlar yalniz bizim Azərbaycan Russiya dostlugunun pozulmasina xidmət edir. 

Moskova’da Azərbaycanlılara qarşı heç bir ölüm hadisəsi olmayıb və bu dezinformasiya xüsusi xidmət organlarının bizim qardaş xalglarımızın birliyinə garşı yönəldilmiş növbəti təxribatdır.

Depeşani Slovakiya XİN-nə konsulun müavini, Emil Həsənov təgdim etdi.

Bütün gecəni hönkür-hönkür ağladim. Görün Əliyev hakimiyyəti öz çirkin niyyətli siyasəti ilə bizi nə günlərə goyub, Ruslar bizi  öldürürler, biz isə baş vermiş hadisəni dünyaya təkzib edirik.

Əsil biabırçilık bundan sonra başladı…….
Ardi var,bizi  izləyin

PS:Yazılanlar  redaksiyamızın fikirləri ilə üst üstə düşməyə bilər.

Qarşı tərəfin fikirlərini də öyrənməyə hazırıq.

Facebook kanalımıza abunə olun ən maraqlı məlumatları bizdən oxuyun http://www.facebook.com/euroasianewsorg

ABŞ Dövlət Departamenti:Siyasi məhbuslar dərhal azad edilsin


ABŞ Dövlət Departamenti:Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. 

Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq“,-  sözçü əlavə edib.

Azərbaycan xüsusi xidmət organları Gürcüstanda müxalifət fəallarını hədəf alıb


 Azərbaycan hakimiyyəti avtoritar meyillərindən əl çəkmək istəmir. Ölkəni saldıqları ağır iqtisadi-siyasi böhrandan çıxarmaqda aciz olan, artan sosial narazılıq və kütləvi işsizliyin qarşısını almaqda çətinlik çəkən hakimiyyət çıxış yolunu müxalif düşüncəli insanları şərləyərək həbs etməkdə görür.

Təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu pis niyyətli əməllərinə avrointeqrasiya yolunu seçmiş Gürcüstan hakimiyyəti də şərik olur“

Bununla baglı redaksiyamız olduqca maraqlı bir məlumat əldə edib.Məlumatda bildirilir ki,Azərbaycan Baş Prokurorlugu Gürcüstanda mühacir həyatı yaşayan Vidadi İskəndərlinin araşdrmacı jurnalıst Əfgan Muxrarlının  və Azadlıq partiyasının gənclər təşkilatının sədri Məmməd Məmmədovun həbs olunub Azərbaycana gətirilməsi üçün DTX -ə rəsmi müraciət edib.

Məlumatda Gürcüstan xusisi xidmət departamentinin Vidadi İskəndərlinin yaşayış  ünvanının artıq Azərbaycan tərəfinə bir neçə ay bundan öncə verildiyi bildirlir.

Məlumatda siyasi baxışlarına görə Gürcüstana sıgınmış ,  Azərbaycan vətəndaşlarının bir coxunun ( hüquq müdafiəçiləri və jurnalıstlərin) yaxın günlərdə Azərbaycana tutulub təhvil verilməsi bildirilir.

Belə ki,adının açıqlanmasını istəməyən şəxsin verdiyi məlumatda bildirlir ki, bununla baglı Azərbaycan tərəfi Gürcüstan höküməti qarşısında şərt qoyub və Gürcüstan hökuməti şərti qəbul edib.

Gürcüstan bunları etmədiyi halda Socarın və digər enerji layihələrinin ,enerji daşıyicılarının gaz.benzin və s)qiymətinin yenidən baxılması şərti qoyulub.

Fuad Agayev

  

“Bu həbsin sifarişi birbaşa İlham Əliyevdən gəlib”


Əli Kərimli müavini Gözəl Bayramlı barəsində 3 ay həbs-qətimkan tədbirinin seçilməsinə dərhal reaksiya verib O, feysbuk səhifəsində yazıb:

0580966b-6d27-47e5-91a6-79b3dc00a25e_cx11_cy6_cw89_mw1024_mh1024_s

 

Möcüzə baş vermədi. Gözəl xanım haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Gecə saat 12-də də məhkəmə olar? Təkcə bu fakt sübut etmir ki, Gözəl xanımın həbsi sifarişlidir və bu sifariş birbaşa İlham Əliyevin özündən gəlib?

Gözəl xanımın həbsi qanunsuz, anti-insani və ləyaqətsiz hərəkətdir. Bizim bu həbsə cavabımız nə olmalıdır?

Susmaq, zalımlara itaət etmək, vəziyyətlə barışıb, ölkənin xilasından vaz keçmək, ölkəni tərk etmək bizim üçün seçim ola bilməz.

Bu situasiyada ölkəni gerçəkdən sevən, Vətənin, millətin xoşbəxt gələcəyi üçün mübarizə aparanların tək bir seçimi var. Cəmiyyətin müqavimətini gücləndirmək, mübarizənin sosial bazasını genişləndirmək, demokratik qüvvələr arasında daha çox həmrəyliyə nail olmaq və daha çox, daha kütləvi, daha qətiyyətli mübarizəni təşkil etmək! Edəcəyik!

Gözəl Bayramlı qaçaqmalçılıq etməkdə ittiham olunur


Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb

25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb, xəbəri APA yayıb.
„G. Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir“, – deyə məlumatda bildirilir.

Gözəl Bayramlı gömrükdə saxlanılıb


Əli Kərimli Hakimiyyətə müraciət edib: “Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!”

Bu barədə məlumatı  müxalifət lideri Əli Kərimli öz facebook səhifəsində yayıb

“Dostlar, indicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb (hələ nə olduğu bilinmir) onu saxlayıblar”.

Gözəl Bayramlı ilə əlaqə saxlamaq mümkün olmayıb.