Türkiyədə 3500-dən çox İŞİD terrorçusu həbs olunub


Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən indiyədək 3500 nəfərdən çox İŞİD terror qruplaşması yaraqlısı həbs olunub.

Bu barədə ölkənin baş naziri Binəli Yıldırım məlumat verib.
O qeyd edib ki, terrorçuların həbs olunması sayəsində ölkədə qətl və digər cinayətlərin qarşısı alınıb, həmçinin əlavə edib ki, Türkiyə hakimiyyəti 50 mindən çox İŞİD əlaltısının sərhədləri qanunsuz keçməsinin qarşısını alıb.

 

Werbeanzeigen