„Wie in den Anfängen der NS-Zeit“


Edzard Reuter kritisiert die türkische Regierung in der ZEIT mit deutlichen Worten. Die politische Lage im Land erinnere ihn an Nazideutschland.

661
Edzard Reuter in Stuttgart (Archivbild) © Uwe Anspach/dpa

Edzard Reuter, ehemaliger Vorstand von Daimler-Benz, hat die politische Lage in der Türkei mit Nazideutschland verglichen. „Was derzeit in der Türkei geschieht, erinnert mich an die Anfänge der NS-Zeit in Deutschland“, sagte Reuter der ZEIT. Er äußerte sich in einem Gespräch mit Can Dündar, dem im deutschen Exil lebenden ehemaligen Chefredakteur der türkischen Zeitung Cumhuriyet, der in der ZEIT eine wöchentliche Kolumne hat.

Mit seinen Äußerungen bezog sich Reuter auf das Vorgehen der türkischen Regierung nach dem gescheiterten Putsch im Juli dieses Jahres. Seitdem wurden Zehntausende Menschen aus dem Staatsdienst entlassen. Die Meinungs- und Pressefreiheit wurde weiter beschränkt. Zahlreiche Medienhäuser wurden geschlossen, eine Vielzahl von Journalisten verhaftet.

Werbeanzeigen

UNESCO: “Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb”


 

Ötən onillikdə 700 jurnalist peşə fəaliyyətinə görə öldürülüb. Bu cinayətlərin 10-dan 9-u cəzasız qalıb. Noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü”kimi qeyd edilir.

UNESCO öz hesabatında xəbərdarlıq edir ki, cəzasızlıq insan haqlarını kobud şəkildə pozmaqla, korrupsiya və cinayətlərə yol açmaqla bütövlükdə cəmiyyətləri məhvə aparır. Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb:

“2006-cı ildə Monitor jurnalının təsisçisi və Baş redaktoru Elmar Hüseynovevinin qarşısında qətlə yetirilib. Başqa bir – yazıçı, jurnalist Rafiq Tağı isə evinə gedərkən yolda bıçaqlanıb, xəstəxanada keçinib. Ötən ilsə jurnalist Rasim Əliyev futbolçu Cavid Qurbanov haqda Facebookda yazdığı statusdan sonra futbolçunun yaxınları tərəfindən döyülüb, onun da həyatını xilas etmək mümkün olmayıb.

Hökumət rəsmiləri Azərbaycanda medianın durumu haqda səslənən iddialarla razılaşmır. Cəzasız qalan cinayətlərə gəldikdə isə bununla bağlı araşdırmalar aparıldığını bildirirlər.

Bu arada «Sərhədsiz reportyorlar» təşkilatı da «Mətbuatın düşmənləri» adlanan siyahısını açıqlayıb. Siyahıya Azərbaycan prezidenti İlham Əliyevin də adı salınıb. Hesabatda deyilir ki, Azərbaycan hökumətini tənqid edənlər polis və təhlükəsizlik orqanlarının təqibinə məruz qalır. Bundan ötrü şantajdan, jurnalistlərin şəxsi həyatına aid videoçəkilişlərdən, vergi ödənişindən yayınma, narkomanlıq və xuliqanlıq ittihamlarından istifadə olunur.

“Baku Life Center” ləgv olundu


life-center
Bakının məşhur ticarət mərkəzindən biri olan “Baku Life Center” ləğv olunub
 Məlumata görə, ticarət mərkəzi təsisçinin 31 oktyabr qərarına əsasən ləğv olunub.
Bununla bağlı kreditorlar iki ay ərzində tələblərini ticarət mərkəzinin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, bina 5A, 15-ci mərtəbə ünvanına bildirə bilərlər.

 

Üç xarici şirkət bağlandığını elan edib


508f1947-aa7c-4289-abc6-f320e86233ff_w987_r1_s

Azərbaycanda  daha üç xarici şirkət filial və nümayəndəliyinin bağlandığını elan edib və Azərbaycanı tərk ediblər 

Britaniyanın “Vipro UK Limited” şirkətinin filialı Bakıda 2005-ci, Avstriyanın “Vamed Engineering GmbH” şirkətinin filial 2008-ci ildən fəaliyyət göstərib. “Asia Central Trading Limited” şirkətinin nümayəndəliyi 15 illik fəaliyyətdən sonra bağlanıb.

“Vamed Engineering GmbH” şirkəti səhiyyə müəssisələrinin tikintisi, təchizatı və menecmenti üzrə ixtisaslaşıb. O, «FRESENIUS» alman tibb-texnologiya konserninə daxildir. Bu şirkətin səhiyyə layihələrinin həyata keçirilməsində iştirakı barədə məlumat verilmir.

EAN

%d Bloggern gefällt das: