Kemal Kılıçdaroğlu: Canım fəda olsun


img2175405
Allahın verdiyi bir canımız var. O da bu məmləkət, bu millət və bu ölkə üçün fəda olsun.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu məruz qaldığı silahlı hücumdan sonra Tvitter hesabında yazıb.
“Bu ölkə terrordan təmizlənənə qədər birlikdə mübarizə aparacağıq. Siyasi baxışlarımız fərqli ola bilər. Lakin terror qarşı mübarizə ortaq hədəfimizdir. Bu səbəbdən mən siyasi xəttimi davam etdirəcəyəm”, – partiya sədri qeyd edib.
Xatırladaq ki, CHP lideri Artvin vilayətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən avtomobil karvanı atəşə tutulub. Terrorçular Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla vurmaq istəyib.

Əli İnsanov: Heç bir ittiham məni mübarizəmdən çəkindirə bilməz


13962552_1767294350155818_1924515686080406836_n
Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəm”. Bu bəyanatı Amerikanın Səsinə vəkil Toğrul Babayev sabiq səhiyyə naziri Əli İnsanova istinadən verib.
Vəkilin sözlərinə görə, İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi. “Səhhətində də heç bir problem yoxdur”.
13 saylı cəzaçəkmə müəssisəində saxlanan sabiq nazirə qarşı avqustun 24-də Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.
Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.
O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.
2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.
İnsanov hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O 1993-2005-ci illərdə səhiyyə naziri olub.
 
İnsanov məhkəmə iclaslarında hökumətin və yüksək hökumət rəhbərlərinin fəaliyyətini kəskin tənqidlərə məruz qoyub.
Bu il iyunun 7-də sosial şəbəkələrdə Əli İnsanova qarşı həbsxana nəzarətçisinə zor tətbiqi ilə bağlı cinayət işi açılacağı barədə statuslar yer alıb. Sonra sabiq nazirin vəkilləri bu məlumatı təkzib edib.
Toğrul Babayev bildirib ki, İnsanov Qaradağ rayon Məhkəməsinin qəraraı ilə avqustun 24-də bu il oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırlmış cinayət işinin istintaqını Qaradağ rayon Prokurorluğu aparır.
“Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı”, vəkil qeyd edib.

Am Samstag attackierte ein Iraner in einer Flüchtlingsunterkunft in Aarau zwei Landsmänner



Nach Messerattacke – 30 Asylbewerber umplatziert

Am Samstag attackierte ein Iraner in einer Flüchtlingsunterkunft in Aarau zwei Landsmänner. Einer wurde getötet, einer schwer verletzt. Nun reagiert der Kanton.
Heftige Auseinandersetzung in einer unterirdischen Asylunterkunft in Aarau: Die Beamten fanden die zwei schwer verletzten Männer vor. (20. August 2016)

Heftige Auseinandersetzung in einer unterirdischen Asylunterkunft in Aarau: Die Beamten fanden die zwei schwer verletzten Männer vor. (20. August 2016))Wie die Kantonspolizei mitteilte, trafen die Einsatzkräfte kurz darauf einen Mann an, der ein blutverschmiertes Messer in der Hand hielt.Der mutmassliche Täter liess sich widerstandslos festnehmen.Ambulanzen versorgten die beiden Verletzten und brachten sie ins nahegelegene Kantonsspital Aarau.Wenig später starb einer der beiden dort. Das zweite Opfer wurde notoperiert. Er befand sich danach ausser ..

Am frühen Samstagmorgen kam es in der unterirdischen Asylbewerberunterkunft beim Kantonsspital in Aarau zur Bluttat: Ein 27-jähriger Iraner stach zwei Landsleute nieder, ein 43-jähriger Mann wurde getötet, ein 25-Jähriger liegt schwer verletzt im Spital.
Asylsuchende der Unterkunft sagen zu TeleM1, dass die Verhältnisse in der Unterkunft unzumutbar seien. Es stinke fürchterlich, es gebe kein Sonnenlicht und es fühle sich an wie im Gefängnis. Der Iraner habe mehrfach um seine Verlegung gebeten.
Zwei Betreuer für 200 Personen
Balz Bruder, Sprecher des Departements Gesundheit und Soziales, sagt: «Am Wochenende wurden rund 30 Bewohner aus der GOPS in oberirdische Unterkünfte umplatziert. Sie waren den beiden Schlafräumen zugeteilt, in welchen Täter und Opfer untergebracht waren.» Das Leben in Zivilschutzanlagen sei schwierig und nur als Übergangslösung vorgesehen. Man sei sich der Schwierigkeiten bewusst.
Gemäss einer Person aus dem Umfeld der Betreiberfirma ORS sind zu diesem Zeitpunkt zu wenig Betreuer vor Ort gewesen. Es seien lediglich zwei Personen da gewesen – bei über 200 Asylbewerbern. Balz Bruder, Sprecher des Departements Gesundheit und Soziales, sagt: «Seit Anfang August sind am Wochenende und in der Nacht aufgrund des gut laufenden Betriebs jeweils drei Mitarbeiterinnen und Mitarbeiter pro Schicht im Einsatz.»
Motiv unklar
Bruder bestätigt aber: «An diesem Morgen trat ein Mitarbeiter aber seine Schicht erst um 9 Uhr statt um 6.30 Uhr an, weil er die Tage davor noch krank war.» Dieser Entscheid ist vor dem Hintergrund des ruhigen Betriebs zu betrachten. Offen bleibe, ob der tragische Vorfall mit mehr Personal oder einem Sicherheitsdienst hätte verhindert werden können.
Das Motiv des Iraners ist nach wie vor unklar und wird derzeit mit intensiven Befragungen abgeklärt, erklärt Kantonspolizei-Sprecher Bernhard Graser. Grundsätzlich sei man mit dem Betrieb der Asylunterkunft trotz der beengten Platzverhältnisse sehr zufrieden. «Wir können überhaupt nicht bestätigen, dass dort eine ‹explosive Stimmung› herrscht, wie nun erzählt wird.»


Früherkennung von Problempersonen
Nicht nur in Aarau, auch in Kaiseraugst kam es letzte Woche zu einem Streit, bei dem ein Messer eingesetzt wurde. Zwei Männer gerieten aneinander, bei dem einer der Kontrahenten Beinverletzungen davontrug. Und bei einem Streit in Baden-Dättwil war ebenfalls ein Messer im Spiel, bei dem ein 22-jähriger Somalier auf einen Landsmann einstach. Gegen ihn wird nun wegen versuchter vorsätzlicher Tötung ermittelt.
Sprecher Balz Bruder sagt, dass die Sicherheitssituation laufend überprüft und bei Bedarf angepasst werde: «Die Betreuungsfirma ORS und der Kanton werden ein noch stärkeres Augenmerk auf die Früherkennung von möglichen Problempersonen richten und im Rahmen des Möglichen ein Maximum an interner und externer Beschäftigung der Asylsuchenden organisieren.»

EAN

Fuad Aghayev

Akademik Əli İnsanova saxta narkotik və üsyan ittihamı-siyasi terror davam edir


Bütün Azərbaycan vətəndaşlarını Akademik  Əli İnsanovun hüquqlarının müdafiəsinə qalxmaga çagırırıq


Sabiq nazir azadlığa buraxılmasına iki ay qalmış qanunsuz həkimlik fəaliyyətində və dustaqları itaətsizliyə çağırmaqda günahlandırıldı 

Bu ilin oktyabrında 11 illik həbs cəzası başa çatmalı olan sabiq səhiyyə naziri Əli İnsanova yeni cinayət işi açılıb. Mətbuata məlumat verən sabiq nazirin vəkili Toğrul Babayev Qaradağ rayon prokuroru Natiq Abdullayevin avqustun 23-ü gecəsi vəkillərə zəng edərək bu barədə xəbər verdiyini bildirib. 
“Əli İnsanovun hüquqları kobud şəkildə pozulur. Onun vəkilləri artıq 3 saatdan çoxdur ki, Qaradağ rayon prokuroru Natiq Abdullayevin keçirdiyi dindirmə prosesinə buraxılmır. Biz dəfələrlə cəzaçəkmə müəssisəsinə buraxılmağımız və dindirmədə iştirakımızı tələb etmişik. Lakin hər dəfə deyirlər ki, tezliklə bizi ora buraxacaqlar, ancaq bu, hələ də olmayıb”,-deyə vəkil avqustun 24-də səhər bildirib.
Günorta saatlarında isə Ə.İnsanovun nələrdə ittiham edildiyi məlum olub. Virtualaz.org saytının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, sabiq nazir qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş.
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb. Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Araşdırma zamanı Əli İnsanov sabotaja əl atıb, dava salıb və məhbusları üsyana qaldırmaq cəhdi edib.

Konkret maddələr açıqlanmasa da, iqtidaryönlü mətbuat orqanlarının yazdığı xəbərlərdən aydın olur ki, sabiq nazir yuxarıda qeyd olunan ittihamlarla təqsirləndiriləcək. 

Baş Prokurorluğun mətbuat xidməti Əli İnsanova qarşı cinayət işinin açılması ilə bağlı xəbərlərə münasibət bildirməyib. “Hazırda tərəfimizdən müvafiq araşdırmalar aparılır. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək”, deyə Baş Prokurorluğun mətbuat xidmətindən “Turan”a bildiriblər.

Qeyd edək ki, ötən ay Ə.İnsanova yeni cinayət işi açılacağı barədə xəbər yayılmışdı. Lakin vəkil bunu təkzib etsə də, günlərlə mətbuat və sosial şəbəkələrin müzakirə mövzusu olmuşdu. İctimaiyyətin rəyini öyrənmək üçün belə bir xəbərin ortaya atıldığı deyilir və yaxın günlərdə bunun gerçəkləşəcəyi qeyd olunurdu. İndi də sabiq nazirə qarşı yeni ittihamların meydana çıxması ölkənin gündəminə oturub. Baxışlar müxtəlifdir. İttihamlarda siyasi çalarlar axtaranlar da var, bunun əksini deyənlər də.

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a açıqlamasında irəli sürülən ittihamların doğruluğuna şübhə ilə yanaşdığını bildirib: “Həbsdən çıxmasına iki ay qalan bir şəxsin o deyilənləri yerinə yetirməsi absurddur. Bu baxımdan, onun Cinayət Məcəlləsinin konkret maddələri ilə ittiham olunmasını qəbul etmirəm. Sərt yanaşma olduğu qənaətindəyəm. Bunun nədən doğduğunu deyə bilmərəm. Əgər azadlığa çıxmasına az müddət qalan bir şəxs belə ağır maddələrlə ittiham olunursa, özü də həbsxanada qalmaq üçün bu edilirsə, demək, burada sifariş var”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Ə.İnsanovun həkimlik fəaliyyətinə məhkəmə tərəfindən qadağa qoyulmadığını bildirdi: “Onun diplomu ləğv olunmayıb. Məhbus olmaq insanın peşəkarlığına, biliyinə qadağa qoymur. Həkim Hippokrat andı içib və istənilən şəraitdə xəstəyə kömək etməlidir. Əli İnsanov xəstə məhbuslara və hətta müəssisə işçilərinə tibbi yardım edibsə, bu böyük bir humanist addımdır. Əgər həbsdən azad olunmasına iki ay qalmış, beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi bir insana onun humanist addımına görə qurama cinayət işi qaldırılırsa, deməli, hakimiyyət bu şəxsdən çəkinir, özünə qarşı ciddi qüvvə hesab edir. Hazırda Əli İnsanovu siyasi məhbus hesab edən və onun azad olunmasına çalışan hüquq müdafiəçiləri prosesi diqqətlə izləyir. Bununla əlaqədar yaxın zamanlarda onun yenidən müdafiəsinə başlayacaqlar”.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Ə.İnsanovun işində siyasi çalarların olduğunu deyənlərə sərt təpki göstərdi: “İttihamlarla tanış oldum. Anlamıram ki, bu insanlar iqtidar-müxalifətlə, yaxud vaxtilə iqtidarda təmsil olunmuş və sonradan hakimiyyətə qarşı olan şəxslərlə bağlı cinayət aktı baş verəndə niyə burada qərəz axtarırlar. O, qapalı müəssisədə cəzasını çəkir. Heç birimiz onun yanında deyilik. Buna görə deyə bilmərik ki, həqiqət nədir. Amma hüquq-mühafizə orqanları araşdırma aparıblar. Yəqin ki, dərmanlar ekspertizadan keçirilib. Çox güman ki, əldə konkret sənədlər var. Onun həkim olduğu məlumdur. Buna görə qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olması barədə ittihamı birmənalı inkar etmək düzgün deyil. Yəqin ki, şahidlər var. Əgər istintaq hərəkətləri aparıldığı zaman öz etirazını bildiribsə, azadlıqdan məhrum olunmuş insanları itaətsizliyə çağırıbsa, bunun hamısı sübut olunmalıdır. Tək istintaq yox, məhkəmə zamanı da. Ə.İnsanovla bağlı faktı bu cür yozmağa, iqtidarın ”qurduğu iş“ kimi qələmə verməyə çalışanları səbirli olmağa çağırıram. Məhkəmədə bu iş araşdırılacaq. Nəsə bir kampaniya aparmağa gərək yoxdur. Ə.İnsanovu hər kəs tanıyır. Uzun müddət nazir olan şəxs kimi tanınmış insandır. Hüquq-mühafizə orqanlarının peşəkarlığına, ədalətinə inanıram. Kimlərsə bu hadisəni müxtəlif istiqamətə yozurlarsa, demək, niyyətləri başqadır. Hadisələrin sonunda veriləcək hüquqi qiyməti gözləmək lazımdır. Zamanında o, nazir olanda tabeliyində çoxsaylı işçilər var idi. Sonradan iqtidarın əleyhinə qeyri-qanuni əməllər törətdi. Onun zamanında kifayət qədər gücü, imkanları var idi. İnsanlar elə hesab edirdilər ki, o toxunulmazdır, ona heç kim heç nə edə bilməz. Amma dövlətimiz qanuna söykənərək, lazımi olanları etdi. Sonradan faktlar üzə çıxdı ki, hansı dövlətlər nələr ediblər, maliyyə haradan gəlib. Azərbaycanda sabitliyi pozmağa çalışan “arxalı qüvvələr” heç nə edə bilmədilərsə, bu gün Ə. İnsanov azadlığa çıxdıqdan sonra da heç nə edə bilməyəcək. Hakimiyyətin ondan çəkinməsi barədə fikirlər gülməli səslənir. Azərbaycan iqtidarı o qədər güclüdür ki, heç nədən çəkinmir“.
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov daxili qanunlara görə bir məhbusun digər bir məhbusu müalicə etməsində cinayət əməlinin olmadığını söylədi: “İnsanov həkimdir. Əgər onun verdiyi müalicə nəticəsində ölüm hadisəsi baş veribsə, yaxud təhlükəli başqa nəsə yaranıbsa, hardasa cinayət hadisəsi sayıla bilər. Amma digər hallarda heç bir cinayət hadisəsi yoxdur. Həkimlik təhsili olmayan bir şəxs belə iş görərsə, o zaman qanunsuz həkimlik etmiş sayılır. Amma bu şəxs həkimdir, ona görə cinayət hadisəsi bu yöndə ola bilməz. Dərmanı müalicə növü kimi yazan şəxsin günahı yoxdur. Tərkibində narkotik maddə aşkarlanıbsa, narkotik maddəni həbsxanaya keçirən şəxs günahkardır. Burada da İnsanovla bağlı cinayət tərkibi görmürəm. Burada qiyam da yoxdur. Müəssisədaxili qaydaları pozan çağırışlar kimi maddə var. Bu da nüfuzu olan, oğru aləminə daxil olan şəxslər tərəfindən daha çox edilir. İnsanov kriminal aləmə daxil deyil, sadəcə, bir həkimdir. Müəssisə daxilində Ədliyyə Nazirliyinə aid çoxsaylı qaydalar ola bilər. Bunu bir məhbus pozursa, bu da cinayət hadisəsi sayıla bilməz. Qanun Milli Məclis tərəfindən qəbul ediləndir. Daxili qaydalar dedikdə bunlar qanun deyil. Yəni qanun burada pozulmur”.
Bir müddət məhbus həyatı yaşayan tibbi elmləri doktoru, professor Adil Qeybulla vaxtilə ona müraciət edən məhbus yoldaşlarını müalicə etdiyini söylədi: “Mətbuatdan məlumatı oxudum. Düşünürəm ki, rəsmiləşdirilmiş bir ittiham deyil. Sadəcə, ortaya atılıb. Həkimlər xalqın içərisində olur və harada olmalarından asılı olmayaraq, ətrafdan onlara müraciətlər edilir. Həkimlər həmişə xalqın xidmətçiləri olublar. Yəni istənilən yerdə fəaliyyət göstərə bilərlər. Həbsxanada da həkimlərə daim müraciətlər olur. Onlar da öz yardım və tövsiyələrini verirlər. Hesab edirəm ki, bu normal bir haldır. Amma İnsanovla bağlı real mənzərəni bilmirik. Hadisələri izləyək. Məsələ rəsmiləşəndən sonra konkret rəy bildirmək olar. Mən də həbsxanada olanda mənə çoxsaylı məhbus müraciətləri olub və öz yardımımı etmişəm. Bu hamıda olur”.
Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O,guya dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum olunub.

Current prisoner and former Minister of Health faces new accusations


Terror continues

images-cms-image-000025295

Azerbaijan’s former Minister of Health, Akademik ,Ali Insanov, and current prisoner of Detention Institution No. 13, is facing new criminal charges.

According to one of Insanov’s lawyers, Torghul Babayev, it is not yet known what charges have been brought against the former minister.

Arrested in October of 2005 on charges of plotting a coup, instigating mass unrest and abuse of executive authority in order to acquire government property, Insanov is currently serving an 11 year prison term that began in 2007.

His jail term is currently scheduled to end in 2018, unless the new criminal case finds him guilty of additional charges.

In 2005, Insanov was arrested along with the then-Minister of Economic Development, Farkhad Aliyev, and his brother, Rafiq Aliyev – the head of Azpetrol.

Insanov’s apartments and summer house were searched in the immediate aftermath of his arrest. 1.289 million dollars, 884,000 Euros and 25 kilograms of gold, diamonds and other valuable stones were found on his properties.

The government also accused Isanov of acquiring large numbers of government properties, including 3 hospitals, 4 clinics, one medicine dispensary, a medical institute and a pharmacy. These properties and institutions were valued at more than 3 billion dollars. It is conjectured that these properties were acquired starting in 1993, up to 2005.

These properties were confiscated following the verdict of the trial in 2007. In addition to being given an 11 year jail term, he will also be banned from politics for 3 years upon his release.

At the trial in 2007, Insanov claimed he was innocent:

“I am a political prisoner, arrested for political reasons, and I don’t recognize myself as being guilty of anything, not by a single point

in the Criminal Code.”

However, in 2005, Insanov supposedly wrote an appeal to President Ilham Aliyev immediately after his arrest asking for forgiveness.

The new charges against the former minister will be made public shortly.

 

Meydan TV