Bakıda qeyri-adi əməliyyat (FOTO – VİDEO)



Bakıda çox qəribə cərrahi əməliyyat keçirilib. Belə ki, regionların birində bir dəfə burun çəpər əyriliyi əməliyyatı edilən pasientin burun qığırdağı tamamiylə götürülüb və pasient həmin uğursuz əməliyyatdan sonra çox əziyyət çəkib. Xəstədə qayığvari burun yaranıb və nəfəsalmasında ciddi problemlər yaranıb. 

Bakı da özəl klinikaların birində təcrübəli həkim, LOR-Plastik cərrah Xaliq Şıxəliyevin müdaxiləsindən sonra problem tamamilə həllini tapıb.

 Əməliyyat zamanı burun qığırdağı olmadığına görə Dr. Xaliq Şıxəliyev pasientin qabırğasından qığırdaq götürərək burun çəpərinə tətbiq edib. 

Nəticə çox uğurlu alınıb. Həmin əməliyyatın video görüntüsünü aşağıdakı linkdən izləyə bilərsiniz.

EAN