Natiq Cəfərli həbs edildi



Bakının Nəsimi rayon məhkəməsinə aparılan Natiq Cəfərli barəsində 4 ay həbs qəti imkan tədbiri seçilib.
İqtisadi-siyasi şərhləri ilə tanınan Natiq Cəfərli hakimiyyətin sərt tənqidçilərindən biridir. O,2008-ci ildə yaradılmış „Respublikaçı Alternativ“ (REAL) hərəkatının həmtəsisçisir. Bir müddət əvvələ qədər Natiq Cəfərlinin ölkədən çıxışına qadağa qoyulmuşdu. Həmfikirləri onun prokurorluğa çağrılmasını siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

REAL sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı Referendumun əleyhinə təbliğat aparacağını bəyan edib və imzatoplama kampaniyasına başlayıb.
Avqustun 12-də saat 23 radələrində ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb.
Vəkil Cavad Cavadlı deyib ki, Natiq Cəfərli qanunsuz sahibkarlıqda təqsirli bilinir: „Görünür, Natiq Cəfərliyə hüquq müdafiəçiləri İntiqam Əliyevə, Rəsul Cəfərova verilən ittihamlara bənzər ittihamlar veriblər. 4 ay verilməsi ağır cinayətlə bağlı ittihamlardan xəbər verir,“ vəkil deyir. Onun sözlərinə görə, avqustun 14-dən vəkil kimi Natiq Cəfərlinin müdafiəsinə qoşulacaq.

PS: Qanunsuz sahibkarlıqla bağlı videosu yayılan deputat Tahir Süleymanov, qanunsuz sahibkarlığa görə həbs edilən Natiq Cəfərli 😦

Ərəb qadınları Novxanıda dənizdə(fotolar)



Ərəb qadınları Novxanıda dənizə doldu Bakının ərəb qonaqları bu dəfə də çimərlikdə diqqətləri üzərinə çəkdi.

 

EAN xəbər verir ki, ərəb qadınların dənizə çadra ilə girdiyini əks etdirən şəkillər müzakirələrə səbəb olub.

 

Ərəb turistlərin bu görüntülərinə sosial şəbəkələrdə çoxsaylı müzakirələrə səbəb olub

EAN

Sələmçi deputatın deputat səlahiyyətinə xitam verilsin



Azərbaycan Respublikasının Konstitusyanın 10 maddəsi

Deputat səlahiyyətlərinə nə zaman xitam verilir:şəxs biznes ,dini fəaliyyət ilə məşgul olsun ,dövlət apararında və digər qurumlarda vəzifə tutsun 

Göründüyü kimi deputat Rüfət Quliyevin,Tahir Süleymanov ,Rovnaq Abdullayevin və Mehriban əliyevanın deputat səlahiyyətlərinə Mill Məclis dərhal xitam verməlidir və buna görə Milli Məclis rəhbərliyi məsuliyyət daşıyır

 Adı sələmçilikdə hallanan deputat Rüfət Quliyevin biznes imperiyası açıqlanıb
 

 Biznesmen millət vəkili “European Tobacco” şirkətinin rəhbəri olmaqla bərabər Lənkəranda onlarla obyektə sahiblənib.

 

Media üzərindən yayılan xəbərlərdə də deyilir ki, millət Lənkəranda əhəmiyyətli dövlət obyektlərini özəlləşdirib. İddia edilir ki, Haftoni çay fabriki Quliyevin əmisi oğlu Rəşid Quliyevin adına rəsmiləşdirilib.

 

Lənkəran çay fabrikini əmisi Fərman Quliyevin adına keçirib. Lənkəranın mərkəzində “Alov” kompleksi fəaliyyət göstərir. Kompleksdə restoran, şirniyyat evi, dönərxana yerləşir. 9 mərtəbə kimi adlanan binanın 1-ci mərtəbəsini tam əhatə edən keçmiş apteki deputat biznes məqsədilə icarəyə verib. Həmin yer indi “Boranı” restoranı kimi xidmət göstərir.

 

Sarı qəsəbəsində üzümçülük kompleksi və pivə zavodu, Sütəmurdov kəndində “AzerAqua” mineral su zavodu da var. R.Quliyevin fəaliyyətindən narazılıq edən seçicilər qeyd edirlər ki, deputat ailəsinin və qohumlarının həyatını firavanlaşdırmaqla məşğuldur.

 

Verilən məlumatlarda o da deyilir ki, deputatın MTN rəhbəri Eldar Mahmudovla işbirliyi olub.

 

Xatırladaq ki, Rüfət Quliyevin sələmçiliklə məşğul olmasına mətbuatda və ictimaiyyətdə sərt təpki verilib. Deputat 2011-ci ildə iş adamı Namik Rahib oğlu Səfərova 10 faizlə külli miqdarda sələmə borc verib.

 

Sonradan isə borclu dünyasını dəyişdiyindən onun ailəsini – Nuranə Mirzəli qızı Səfərovanı məhkəməyə verərək, yığılıb qalan faizləri israrla geri tələb edib. O, sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar faiz tələb edir.