Bərdə sakinləri etiraz aksiyasına başladı



Bərdə sakinləri etiraz aksiyasına başlayıb. Aksiyaçılar hazırda Bərdə-Ağcabadi yolunu bağlayıblar.
Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə aksiya Bərdə rayonunun Mustafağalı kənd sakinləri tərəfindən keçirilir. Onların etiraz aksiyasına səbəb “Azəriqaz”ın kəndə qaz verlişini məhdudlaşdırması olub. Hazırda aksiya keçirilən əraziyə polis əməkdaşları cəlb edilib. Mustafağalı sakinləri isə tələblərinin yerinə yetirilməsini tələb edirlər. Əlavə məlumat veriləcək.

Vidadi İsgəndərli- „Baş“ prokuror Qaralov Zakir cinayətkardı 5 millionluq Moteli VİDEO


Redaksıyamıza zəng edən tanınmış hüquq müdafiyəçısi Vidadi İsqəndərli yenidən bizə müsahibə verib Müsahibəni oxuculara  təqdim edirik

img1444970

Sual -Vidadi bəy bir jurnalist kimi etiraf edirəm ki, gözləməzdim ki, ölkədə və xaricdə yaşayan Azərbaycanlılar və Türklər müsahibəyə bu qədər diqqət göstərəcəklər. Ölkənin baş prokurorunun milliyətcə erməni olmasının 200 minlərlə insanın hiddətinə səbəb olmuşdur. Hətta bir çox oxucularımız təklif edib ki, Avropada Azərbaycan səfirliyi qarşısında etiraz mitinqləri keçirtsinlər. Siz bilən mitinqlər təşkil edilməsi prezident İlham Əliyevin baş prokuror barəsində hər hansı bir tədbir görülməsi mümkündürmü ?

    • Cavab – Mitinq (etiraz) etmək hər bir vətəndaşın hüqüqudur. Qaldı ki Prezident  İlham Əliyevin Qaralov barəsində hər hansı bir tədbir görülməsi inandırıcı deyil. Sual- Niyə ?

      Cavab – Avtoritar rejimlərdə bu məsələ başqa çərçivədə həll olunur. Yəni xalqın istəyi ilə yox diktatorun hökmüylə həll olunur. Ancaq sözsüz əgər bu məsələ ciddi bir formada etiraz mitinqlərinə səbəb olsa Əliyev fakt qarşısında qalara bilər.

      Sual- Vidadi Bəy bildirmək istəyirəm ki, redaksiyamızada zəng edib öncə hədə-qorxu,sonra xahiş edildi ki,bu məqaləni sayitdan silək və digər müsahibələrinizi vermiyək. Bu barədə nə deyə biərsiniz?

      Cavab– Bilmək olarmı zəng edib hədə qorxu gələn və xahiş edən kimlərdi ?

      Cavab – Əlbətdə . Qaralovun bacısı nəvəsi kimi özünü təqdim edən Orxan Orucov soyadlı vətəndaş və Camal Abbasov adlı şəxs.

      Cavab– Orxan Orucav mənidə ölümlə hədəlimişdir . Camal Abbasov isə əlaqəm olmayıb . Qeyd etmək istəyirəm ki, Camal Abbasovla yaxşı tanışam . Mən onunla prokurorluqda bir işləmişəm.Maraqli olan  odur ki, Camal Abbasov Nəgliyyatda baş prokurorun muavini işləyən 1990-2000 illərdə Qaralovu kartoşka satan erməni deyə çağırırdı. İndi Qaralov onu təqaüdə göndərib .

      Yəqin Sərdar Əliyev olayları kimi Qaralov ondan xahiş edib , vəzifə vermək müqabilində. Camal Abbasov da onun tayıdı vəzifə ücün balasını belə qurban verər .

      Sualım belədir – Siz necə oxuculara inandıra bilərsiniz ki,Qaralov doğrudanda erməni köklüdür sübut edə bilərsiniz.? Birdə siz dünyada tanınmış hüquq müdafiəçisiniz və milli zəmində mövzuya toxunursunuz. Bu dünyada sizin reputasiyanıza xələl gətirməz ki ?

      Cavab – Çox düzgün və yaxşı mətinqli sualdır . Beləliklə sübut barədə. Mən birinci müsahibəmdə demişdim : Hər ikimiz ali savadlı hüquqşunasıq.

      O baş prokuror, mən isə hüquq müdafiəçisiyəm.Bütün məsələlər hüquqi müstəvidə həll olunmalıdır.Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri var(böhtan və təhqir).Oxuculara bir sual ünvanlıyıram – (Yeri gəlmişkən vaxtilə bu maddə ilə məni DİN Ramil Usubov, Rusiyada yaşayan iş adamı milyoner  Fərhad Əhmədovda məhkəməyə vermişdilər)

      Mən Ölkənin baş prokurorunu ağır cinayətlərdə ittiham edirəm; küllü miqdarda rüşvət almaqda ,korrupsiyada ,vəzifəsindən sui -istifadə etməkdə ,qanunsuz sahibkarliqla məşqul olmaqda ,milyonlarla aldığı rüşvət hesabına zavodlar , fabriklər, motellər villalar və s. tikdirməsi ,sifarişli qətl hadisəsi törətmək və s .Bundan başqada qeyrət məsələsidə olan milli məsələdə ittiham edirəm.Bu mill və irqiçilik məsələsi deyil.Sadəcə Ermənistan respublikası Rusiya imperiyasının əli ilə yuz minlərlə insanlarımızı  faktiki qenosit törədərək, həm Qərbi Azərbaycandan həm də Qarabağdan qovaraq bir böyük ərazilərilərimizi isğal etmişlər .

      20 ci əsrin əvvələrində Qərbi Azərbaycanda milyonlarla soydaşlarımız yaşamışdır.İndi mənim sualıma cavab verin indiki Ermənistan ərazisində (qərbi Azərbaycanda )bir nəfərdə olsa baş prokuror vəzifəsində demirəm, qırmızı kitaba düşən numunə üçün anası Azərbaycan Türkü olan tapa bilərsinizmi ??

      Bax mən öz dədə-baba yurdlarından didərgin düşmüş milyonlarla Aərbaycan türklərinin(həm kürdlərin) hüquqlarını qorumaq üçün bu müsahibəni vermişəm.Qaldı başqa sübutlara Qaralov Zakirin atası Azərbaycan Türküdü, anası Gürcüstan əsilli ermənidi .Mən istəmirdim bu mövzuya qayıdım amma məçburam .Qaralov Zakir qeyd etdiyim kimi Azərbaycan -Ermənistan müharibəsi başdayanda 90-cı illərdə Nəsimi rayon prokuroru olub.İş vaxtı sərxoş olub üst-başını (buluyandan sonra) prokurorluq orqanlarından azad edilmişdir.1995-ci ildə Sabunçu rayon prokuroru təyin edilib.1997-2000 illərdə Gəncə şəhər prokuroru işləyib.2000-ci ildən bu günə qədər baş prokuror vəzifəsində işləyir.Səhv etmirəmsə anası Artunova Dusya İstepanovna 2008-ci ildə dünyasını dəyişmişdir və öz kəndlərində də (Dumanisi r-n)dəfn etdirilmişdir. Mərasim erməni(xristiyan) ən-ənəsi ilə  kecirilib . Dəfndən 3 gün sonra ,mərasimdə içkidı içilib və s .

      Ən mühüm məsələ odur ki, dəfində Gürcüstanı hakimiyyət orqanları ilə yanaşı Ermənistandan böyük bir nümayəndə heyətide iştirak edib( o cümlədən Ermənistan baş prokurorluqunun və MTN nin əməkdaşları )Bu hadisəni mənə milliyətcə erməni olan (Qarabağ ermənisi) Rusiya prokurorluqunda işləyən tələbə yoldaşım və hal hazırda Baş prokurorluqda mühüm vəzifədə işləyən, bir də əslən Gürcüstandan olan sabiq prokurorluq işçisi danışıb.

      İndi yenə oxuculara sual ünvanlayıram necə olur ki, Qaralov faktiki 25 ildi Azərbaycanda Prokurorluqda ən yüksək vəzifədə işləyib,ancaq doğma anasını Azərbaycana gətirməyib və onu Azərbaycanda dəfn etməyib (Ən azı Ermənistan təcrübəsi var – millionlarla Azəru türklərinin qəbirləri viran edildi ). Bəli mən hüquq müdafiəçisiyəm və qanun mənim üşün şahdır . Nə İlham Əliyev nə də Qaralov Zakir mənim üçün qanun deyil,olmayıblar,ola da bilməzlər .

      Müsahibəmnən dərhal sonra Qaralov yenə erməni bicliyi işlədərək (güya heçnədən xəbəri yoxdur) 2009 və 2013 ildə oldiqi kimi üstümə killerlərini göndərir . Əgər kişiliyi,qeyrəti çatırsa versin məni qanunla məhkəməyə. Vermirsə ,demək mən haqlıyam . Onda elə çıxır ki. ölkənin baş prokuroru öz hüquqlarını qoruya bilmir? .

      13814483_1816953391874393_874085510_n

      Axı 2 müsahibəmi 200 mindən çox insan oxuyub . Bu da müxalifət məsələsi deyil ki, şərləyib həbs edib rejimin konslaqerlərinə göndərəsən . Mən Zakir Qaralovun Nərimanov rayon ərazisində 5 milliona tikdirdiy Motelin videosunu müsahibəmə əlavə edirəm .Zakir Qaralova isə tövsüyəm budur-insanlarla qanun dilində danışmaqa öyrənsin .

      Üzümü tutub  baş prokurora səslənirəm  sən pis yaxşı baş prokurorsan . Vaxt gələcək mən sən  Qaralovunda hüquqların qoruyacam .

      O törətdiyi canayətlərə görə həbs ediləndə,yəqin ki, onunda həbsdə hüquqları pozula bilər,və bütün bu müsahibəmə baxmayaraq mən onu müdafiə edəcəm . Sözsuz nizamnaməyə uyqun olaraq özü ya da ailə üzvü müraciət etsə. Ölkənin hakim dairələri baş prokururun əli ilə yüzlərlə  müxalifdə olan adamların nəinki qanunsuz  özlərini  hətta yaxın qohumlarını da şərləyib həbs edirlər . Yəqin demokratik ,hüquqi dövlət quranda da bəzi insanlar o qisası bugünki kriminal hakimiyətin ailə üzvülərindən alacaqlar . Mən isə bunun tərəfdarı deyiləm . Qanin Şahdır – indi isə şah İlham Əliyevdir -qanun deyil

       

Ayağı səhvən kəsilən qadın dünyasını dəyişdi .Tərlan Məmmədova bazar günü səhər saatlarında vəfat edib



Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib. Faktı Meydan TV-yə nəvəsi Könül Rzayeva təsdiqləyib. Onun sözlərinə görə, nənəsi bazar günü səhərə yaxın – saat 4 radələrində dünyasını dəyişib, günorta dəfn edilib.
İyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədova Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Ağalələ oğlu Kərimov tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Sonradan onun sol ayağı da kəsilib.
Valeh Kərimov işindən müvəqqəti uzaqlaşdırılsa da, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov qadının hər iki ayağında amputasiyaya ehtiyac olduğunu əsas gətirərək, həkimə bəraət qazandırıb: “Sol ayağının əvəzinə səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi”.