Baş prokuror Qaralovun keçmiş müavini baş ədliyyə müşaviri Sərdar Əliyevin səs yazısı yayıldı(şok faktlar)


  • Redaksıyamıza zəng edən tanınmış hüquq müdafiyəçısi Vidadi İsqəndərli yenidən bizə müsahibə verib

    Müsahibəni oxuculara oldugu kimi təqdim edirik

    Zakir-Qaralov-imzalama

    Sual – Vidadi Bəy qeyd etmək istəyirəm ki, bundan öncəki müsahibəniz sosial şəbəkələrdə demək olar günün əsas mövzusu olmuşdur  215 mindən cox insan müsahibənizi oxumuş 32 mindən cox insan facebokda paylaşım etmişdir,bundan başqa redaksiymıza bir cox ölkələrdən   zənglər gəlib suallar ünvanlayiblar . Beləliklə siz Facebokda  , ölkənin baş prokuroru  Zakir Qaralovu korrupsiya,rüşvətdən başqa həmşinin onu sifarişli qətillərdə , digər ağır cinayətlərdə suçlamısiniz. Bu barədə içtimayətə hansı məlumatlar verə bilərsiniz ?

    13814483_1816953391874393_874085510_n

    Cavab : Öncə qeyd edim ki, doğrudur demək olar kı  maraqlananlar bütün günü telefonuma,facebok səhfəmə  çoxlu marağlı suallar ünvanlayıblar . Hətta ölümlə hədələyənlərdə olub .

    Sual- Kim sizi ölümlə hədələyib ?

    Cavab – Sözsüz ki, Facebook da MTN -nin , DİN prokurorlöğun,hakimiyyətin nümayəndələrinin çoxlu sayda saxta profili olan gizli agentlər var . Onların əsas məqsədi sosial şəbəkələrdəı xalqı çaşdıran statuslar .rəylər yazmaqla yanaşı həmçinin hədə-qorxu gələrək  siyasi insanları tutdugu mübarizə yolunda döndərməyə çalışırlar. Ancaq məni marağlandıran o oldu ki, mənə hədə qorxu yazan adamın profilinidə yazdığı hədənidə qeyd etmişəm .

    Sual– Bilmək olar kimdir ? Cavab – Mən bilirəm bəsdir. Həm də belə şeylərlə Vidadi İsgəndərlini qorxutmaq təxminən itin 5 km dən insana hürməsini bənzəyir . Yəqin məni yaxşı tanımırlar 2013 ildə cəza evindən  çıxandan sonra Azadıq qəzetində bir müsahibəm oldu. Həmin müsahibədə də Ölkənin baş prokuroru Qaralov Zakiri korrupsiyada ,rüşvətdə ittiham etmişdim . 2 – 3 gün sonra mənə 20 il hec üzünu görmədiyim  Baş prokurorluqda .Qaralovun müavini olmuş baş ədliyyə müşaviri Sərdar Əliyev  mənə zəng vurub Tibb institunun arxasında „Milenium“ kafesində görüş verdi. Öncə hal əhval tütdu . Sonra mənim ailəmi ,övladlarımı terrorla ,özümü isə ölümlə hədələdi.

    O mənə xahiş etdi ki,hüquq müdafiəçisi kimi“ fəaliyyətimdə dönüş “ yaradım .Mən Sərdar Əliyevə qısa və konkret rəd cavabı verdim . Sonra bir neçə dəfə də məmimlə görüşüb prokurorluqda yüksək vəzifə və küllü miqdarda rüşvət təklifi etdi.

    Elmar Hüsynovun (mərhum jurnalist) taleyini xatırlatdı . O aman anladım ki, Baş prokuror Zakir Qaralov onu „elçiliyə göndərib“

    Cavab qısa və likonik oldu. Mən Qaralov deyiləm vicdanımı ,əqidəmi pula satam . Sonra bir necə dəfə mənə müxtəlif vaxtlarda telefonuma  zənglər  etdi  ən sonda  mən məcbur olub danışığımızı qeydə aldım  .

    Prezidentə Qaralovun mənə və ailəmə qarşı terror aktı törədəcəyi barədə məlumat verdım . İlham Əliyev mənim ərizəmi Zakir qaralova göndərdi ki, yoxlayıb qanunu tədbir görsün  .

    Fikir verin məni öldürmək istəyən baş prokurorun özünə ölkə rəhbıri  mənim yazmış oldugum ərizəmi göndərirlər . Təsəvvur edin ki  ölkənin baş prokuroru o qədər cinayət törədib ki,obyektiv istintaq komissiyası  yaradıb istintaq aparılsa  Cinayyət məcələsəndə elə bir maddə (vəzifəli şəxsin) qalmaz  ki. ona həmin maddələrlə ittaham verilməsin

    Beləliklə istəyirəm Elmar Hüseynovun terror aktı ilə qətlə yetirilməsi haqqında qisa danişam  . Bu haqda cox qısa danişacam  qalanını qalsın  zamanın ixtiyarına .

    Elmar Hüseynovu dövlət səviyyəsində sifarişlə qətlə yetiriblər . O cinayət işi açıqdır . törədən şəxslər Gürçüstan vətandaşlarıdı (Zakir Qaralovun) qalan nəticəni qoy oxucular çıxartsın . Niyə bu dünə qədər Qaralovun göstərişinə əsasən həmin canayət işinin istintağı qanunsuz dayandırılıb ?. Eyni zamanda  general Raul Rzayevin cinayət işi açılmır . Xüsusi ilə 21 əsrin cinayət işi hesab edilən Haçı Məmmədovun cinayət işindən faktlar sadalıyıram . Haçının bandası 1995 ci ildən fəaliyyətə başlamışdır . O „dövlət killeri idi “ Qaralov bunu yaxşı bilirdi .

    2000 şi ildən(Qaralov baş prokuror təyin edilmişdir) Baş prokurorluğun kriminalstika idarəsinin rəisi Rövşən Əliyev həmin istintaq qrupunun rəhbəri idi .Buna qədər onlar bir neşə prokuror əməkdaşlarınıda oğurlayıb pul tələb edirdilər.Qeyd etmək istəyirəm ki, mərhum Rövşən Əliyevlə Haşı Məmmədov ailəvi dost olublar . Bir sözlə Rövşən Əliyev Hacı Məmmədovun bandasını ifşa edir əldə etdiyi əməliyyat istintaq məlumatınıvə Zakir  Qaralova məruzə edir. Çox ehtimalla (Qaralovun icazəsi olmadan belə işlərdə müstəqil rüşvət almaq qeyri mümkündür) mərhum  Rovşən Hacı Məmmədovdan 1 million rüşvət istəyir . Haçı Məmmədov 500 minə razı olur .

    Rövşən Əliyev (kriminalist).jpg

    Pövşən Əliyev bu məsələ ilə əlaqədər bir neçə dəfə qaralovla məsləhətləşir . Məndə olan məlumata görə(bu fakt Baş prokurorluqda o vaxt mühüm vəzifədə işləyən bir  şəxs danışıb) ı gərək düzün deyək ki Zakir Qaralov o zaman  Rövşən Əliyevə deyir ki, çox odla oynayırsan . . Bu rüşvət alverindən sonra Haşı prokurorluqda ifadə verən günü ifadəni yarımçıq saxlayıb (əməliyyatşı olub) Rövşənin qətil sifarişini verib prokurorluqa gəlir . Rövşən Əliyev qətlə yetirilən günü 40 dəqiqə Qaralovla mobil telefonla danışır . Bir sözlə qaralov çox gözəl bilirdi ki, Rövşəni Haçı Məmmədov qətlə yetirib . Lakin cinayət törətdiyi üçün ,vəzifəsindən sui-istifadə edib istintaqi ort basdır edirdi .

    Ən dəhşətli isə başqa bir faktdır . Baş prokurorluqda Şaiq adlı mühüm işlər üzrə müstıntiqi var idi (Rusiyada təhsil almışdır əslən Zərdab rayonundan idi ) Zakir Qaralov onu işdən azad etmişdir . Yaxşı yadımdadır 2000 ilərin əvvələrində sabiq baş prokuror Eldar Həsənovun anası rəhmətə getmişdir . Mən bir neçə prokurorluq əməkdaşları ilə yas mərasiminə getmişdim. Bu vaxt həmin o müstəntiq Şaiq gəldi . Əməkdaçlar onunla hal əhval tutdular. Sonra Şaiq dedi ki. bəs Rövşən Əliyevin kim tərəfindən öldürülməsini o bilir . Şaiq orada danışdıki şahidlə birgə Qaralovun yanına gedəcək və ondan  şərt kəsəcək , ona prokurorluqa „yağlı “ bir vəzifəyə təyin etsə Rovşən Əliyevin qətlinin sifarişini o Qaralova deyəcək .

    Şaiq bizə danışdı ki , onunla „sevgi həyatı“ yaşayan Nəsibə adlı bir qadın şərxoş vəziyyətdə olarkən ona deyib ki, Rövşən Əliyevin  qətlə yetirən milliyətcə çeçen olan şəxsdir və həmin şəxslə yaxın əlaqəsi var.Çeçen ona  içkili olanda ona  Rövşəni  necə qətlə yetirməsi haqda   danışıb  .

    O zaman bir nəfər baş prokurorlugun əməkdaşı Şaiqə dedi ki  ( adını çəkmək istəmirəm hal hazirda prokurorluqda yüksək vəzifədə işləyir)   elə etmə səni vəzifə əvəzinə Qaralov türməyə göndərsin .“ Ağıllı ol peşman olarsan“ .

    Bir neçə aydan sonra mətbuatdan məlum olduki , Şaiq həmin şahid qadınla Zakir  Qaralovun yanında olub bütün cinayəti danışıblar . Qaralov onları 1 ci müavini Rüstəm Usubovun yanına göndərib . Şahid qadın bir neçə vərəqədə Rövşən Əliyevin kim tərəfindən və nece qətlə yetirilməsi barədə rəsmi olaraq Baş Prokurur Zakir  Qaralovun adına izahat yazıb .

    Bu hadisədən bir neçə gün sonra həmin qadının meyiti aşqarlanir  . Ekspert“ rəy“ verir  ki, güya qadin  narkotik maddə aludəçisi olub və yüksək doza narkotik maddədən  ölüb .

    Qeyd etmək istəyirəm ki, Hacı Məmmədovun məhkəməsi gedəndə həmin cinayət işinin üstu aşıldı ki. şahid ölməyib ,sadəcə qətlə yetirilib .

    İndi mən oxuculara sual verirəm , o qadının Rövşən Əliyevin öldürülməsi   cinayəti barədə məlumat verməsini Qaralov və müavini Usubov Rüstəm bilirdi.

    O zaman qadın izahat verdikdən bir neçə gün sonra neçə olduki öldü ? Onu da qeyd edim ki. bu hadisədən dərhal sonra Şaiq qaçdı və o Qaralov tərəfindən axtarışa verilmişdi .

    Əgər biz , KİV materyallarını qaldirsaq görərik ki , faktiki bu deyillənər o vaxtda yazılmışdır . Sadəcə mən bunun geniş informasiyasını  verdim . Hələ o vaxtlarda Rövşən Əliyevin xanımı o vaxt  Zakir Qaralovu həyat yoldaşının ölümündə suçlayırdı .

    Çox təssüflər olsun ki, Qaralov mərhumun 2 övladını prokurorluqa işə götürərək  cinayətini „kompensasiya “ etdi .

    Sual – Şox maraqlıdır . Bəs Siz bilən bütün bunlara nə vaxt obyektiv qiymət veriləcək ?.

    Cavab – Bilirsiniz bu sualacavab belə olar  Azərbaycanda mövcud kriminal hakimiyyət dəyişdiikdən sonra bütün baglı cinayyətlərə obyektiv qiymət  veriləcək . Heç bir cinayət cəzasız qalmayacaq . Zakir Qaralovun bütün bu cinayətlərinə hakimiyyət ona görə göz yumur ki. o „fenominal “ baş prokurordu . Əgər Hakimiyyət(İlham Əliyev) ona göstəriş versə , o öz doğma oğluna narkotik və ya ölüm işiylə baglı qondrama cinayət işi qaldırar ,o şərtsiz doğmalarını belə türməyə göndərər . İndi Sual verirəm belə baş prokuror avtoritar rejimdə kim tapa bilər?.

    Əgər savad baxımından  götürsək prokurorluqda elə savadlı kadırlar var ki,Zakir Qaralov həmin şəxslərin yanında heç müstəntiq işləyə bilməz .Son 7- 8 ildə şəxsən mən Qaralova 3 mindən çox maddi sübutlarla ispat olunan  məmurların rüşvət və korrupsiya faktlarını göndərmişəm . Heç birinə də cavab verməyib . Hətta Göycay rayon prokuroru (institutdan ona qız Müxtar deyiblər) rüşvət istəməsi barədə səs yazısı göndərdim . Nəticə ……yox.

    Bundan başqa bəzən onun özünün cinayət törədəməsi barədə faktlarla vətəndaşın ərizəsini göndərirdim .

    – Vidadi Bəy dünənki müsahibədən sonra redaksiyamıza oxucuların sualları daxil olub mümkünsə oxucu suallarına cavab verərdiniz

    Cavab -Buyurun

    Sual– Hörmətli  Vidadi bəy ölkədə mövcud hakimiyyət tərəfindən vətəndaşlara qarşı törədilən saysiz hesabsiz cinayyəytlər  nədən xəbər verir

    . Cavab– Fikir verin Milli təhlükəsizlik nazirliyi Dövlətin Bel sütunu sayılırdı . Əgər MTN reket-terror bir təşkilatına  cevrilirsə və 10 ildə Dövlət Başçısı bunu görmürsə .100 çox adam oğurluğu,hətta nazirlərdən külli miqdarda pullar almaq , sahibkarları aylarla qanunsuz MTN podvalında saxlamaq . Ölüm hadisəsi törətmək və s dəhşətli cinayət . İndi sual edirəm niyə bü günə kimi Eldar Mahmudov həbs edilmir ? Cavab birdi ,o Eldar Mahmudo 3 minə yaxın (faktiki prezidentdən tutmuş millət vəkili,nazirlər,icra başşıları) barədə onlarin cinayətləri,pozgun,əyyaş  həyat tərzlərini(həmçinin övladlarının) kassetə,videoya yazdırıb .

    Əgər Hacı Məımmədov bir kolxozda briqadir idisə Eldar Mahmudov bir mütəşəkkil cinayətkar Dövlət yaratmışdı.

    Sual- Oxucular deyə bilər ki, Cinayyət törətdilər və cavabını aldılar .

    Cavab – Xeyir helə deyil . Eldar Mahmudov bu cinayətkar „dövləti“ bir gündə yaratmayıb . Bu sistemdi .Dövlət sisteminin adı belədir Avtoritar -Korrupsiya sisteminə çevrilmiş kriminal hakimiyyət“

    Bütün bunlar (Ziya Məmmədovla ,digər nazirlərlə baglı olaylar) dövlət içində kriminal razborkadı . Əgər Haçı Məmmədov harınlayıb (harınlaması labüd idi) ailə biznesinə ( hazırda həbsdə olan Beynalxalq bankın rəhbıriCahangir Haşıyev ailə bankın rəhbəri idi) girişib Hacıyevin həyat yoldaşı Zamirəni girov götürüb faktiki prezidentdən haq istəməsəydi onun bandası 100 il mövcud olacaqdı. Eyni ilə Eldar Mahmudov ,əgər o İlham Əliyevin şəxsi marağlarına toxunmasaydı 100 il cinayət törədəcəkdi ona gözün üstündə qaşın deyən olmayacaqdı.

    Fikir verin Həm Hacı Məmmədovun həm Eldar Mahmudovun bandasından baş prokuror Zakir Qaralova minlərlə şikayət edilmişdir .Boş prokuror Zakir  Qaralov isə dövlətdə kukla rolunu oynayir .O  Baş prokuror kimi ancaq müxalifət nümayəndələrini həbs edə bilər. Əgər o sozün əsil mənasında böyük həriflə öz vəzifəsini cinayət törətmədən həyata keçirsəydi, nə Hacı olardı nə də Eldar Mahmudov bandası. Fikir verin hakimiyyət Anti-terror idarəsinin rəis müavinini İlqar Əliyevi həbs edir və bir neçə gündən sonra domonstrativ kamerada onu asdırır və buna heç bir reaksiya verilmir . Yenə deyirəm Bunun adı kriminal razborkadı.

    Sual Vidadi Bəy Bəs bu dediyiniz kriminal avtoritar rejimdən 10 million xalq necə qurtulsun ?

    Cavab – Bir yolu var xalqın xoşbəxt gələcəyi naminə demokratik parlament və prezident seçkiləri kecirilməsini xalq təmin etməlidir. Azərbaycan respublikasının qanunlarına görə hakimiyyətin mənbəyi xalqdı . Bu hakimiyyətdə olanların birini deyə bilərsizmi ki, oxalqın nümayəndəsidir( milli məclisdə belə) yox . 20 -25 ildə nazir olar ? 50 ildə hakimiyyət bir ailənin əlində olar? .

    Son hadisələr (refirendum aktı prezidentin 20 yaşlı uşaqın belə „seçillmək “ hüququ) onu göstərdi ki, əgər xalq hakimiyyətə sahib olmasa 100 -1000 il də kölə olacaq . Bir millət ki, öz hüququnu qoruya bilmir, nə öz milli qeyrətini nə də torpağını qoruya bilməz ,o xalq kölə yaşamağa məhkumdur .

    . Vaxt gələcək bu millət çörəyə belə möhtac olacaq əgər qeyd etdiyim kimi öz talehinə sahib çıxmasa