SOKARdakı “gülənçilər” təşvişdə


30061202


Fətullah Gülənin ölkəmizdəki uzantılarında Bakının onlara qarşı əməliyyata başlayacağı narahatlığı var

Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhdin qarşısının alınması, bu olayın əsas fiqurlarının qəddarlıqla zərərsizləşdirilməsi, həbslərin hələ də davam etdirilməsi Azərbaycandakı  SÖKARCİ “gülən şəbəkəsi”ni təşvişə salıb. Fətullah Gülənin Azərbaycandakı uzantıları onlara qarşı da əməliyyat keçirilə biləcəyini ehtimal edirlər və bundan çox narahatdırlar.

Qeyd edək ki, hələ bir neçə il əvvəl Ərdoğanın rəsmi Bakıya Azərbaycan hökumətində təmsil olunan “gülənçi”lərin siyahısını təqdim etdiyi iddia olunurdu. Bundan sonra Azərbaycanda “nurçu qalmaqalı” kimi yadda qalan hadisələr baş verdi. “Gülən şəbəkəsi”nin Azərbaycan hökumətindəki əsas üzvləri hesab edilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov görəvdən alınaraq başqa vəzifəyə keçirildi. Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərov tutduğu vəzifədən azad edildi. Həmin vaxt deputat olan hakimiyyətyönlü “Irəli” təşkilatının təsisçisi Ceyhun Osmanlı küncə sıxışdırıldı, 2015-ci il parlament seçkilərində isə kənarda saxlanıldı. Fətullah Gülənə bağlı olan “Çağ öyrətim” liseyləri faktiki olaraq bağlandı. Hazırda bu liseylər Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində başqa adla fəaliyyət göstərir. Lakin bütün bunların Ərdoğanı qane etmədiyi, onun Bakıdan “gülənçi şəbəkə”yə qarşı daha sərt addım tələb etdiyi iddia edilirdi.

img1558075

Göründüyü kimi kicik guləncilər vəzifədən vurulsalarda  əsas fiqurlar vəzifələrində qalmaqdadırlar.SOCAR prezidenti Rovnəq Abdullayevin bir necə vəzifəli şəxsin o cümlədən SOCARİN xarici investisya idarəsinin rəisi Vaqif Əliyevin nurcu təriqətinə  sıx xidmət etdikləri və onlarla six baglantılarının oldugu iddia olunanlar arasındadır

 “SOCAR-Türkiyə”nin, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Strateji Araşdırmalar Mərkəzinin resursları hesabına fəaliyyət göstərən təşkilatlar və media “Hizmət” hərəkatının səsinə səs qataraq Türkiyə ictimai rəyinin Ərdoğan iqtidarına qarşı yönəldilməsinə ciddi dəstək verib.