Azərbaycan hakimiyyət dairələrinə aid 178 kilo heroin saxlanıb


Azərbaycanın əlaqəli qurumları külli miqdarda narkotikin sərhəddən neçə keçməsini şərh etmir

Gürcüstan gömrükçüləri Türkiyə ilə sərhəddə yerləşən Batumi gömrük məntəqəsində  Azərbaycandan gələn yük maşınında 178 kiloqram heroin aşkar ediblər.

Turan informasiya agentliyinin  xəbərinə görə, Gürcüstan Gömrük İdarəsinin bilgilərinə belə deyilir.

Məlumata görə, narkotik yük maşınının xüsusi təchiz edilmiş gizli yerində gizlədilib.

Narkotiklərin 356 briketdə qablaşdırıldığı bildirilir. Yükün İrandan Azərbaycan, Gürcüstan ,Türkiyə və Ukrayna vasitəsilə Niderlanda daşındığı qeyd edilir.

Yük maşınının kimə məxsus olduğu, sükan arxasında kimin olduğu bildirilmir. Gürcüstan Daxili İşlər Nazirliyinin istintaqa başladığı xəbər verilir. Ancaq saxlananlar haqqında məlumat yoxdur.

Azərbaycanın əlaqəli qurumları olayla bağlı hər hansı açıqlama verməyiblər. Rəsmilər külli miqdarda narkotik vasitənin Azərbaycan sərhəddindən necə keçməsini şərh etməyiblər.

Sözügedən marşrut üzrə böyük həcmdə narkotik daşınması əvvəllər də baş verib.

Ən çox səs-küyə səbəb olan hadisə iki il əvvəl qeydə alınmışdı. Həmin vaxt Gürcüstan gömrükçüləri Azərbaycandan gələn yük maşınında bir tona yaxın heroin aşkar etmişdilər.

2 comments

  1. […] Tıkla oxu –   AZƏRBAYCAN HAKIMIYYƏT DAIRƏLƏRINƏ AID 178 KILO HEROIN SAXLANIB Bundan başqa qəzetin Kuzminsk prokurorluğunda cinayət işinə nəzarət edən prokurora verdiyi sorğuya aldığı cavabda isə Makaryanın hadisəyə müdaxiləsi təsdiqini tapır. Və bu araşdırmalar nəticəsində məlum olur ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov erməni Makaryanla narkotik ticarətində şərikdirlər. Onlar uzun illər bir yerdə kirli pulların qazanılmasında həmrəylik nümayiş etdirib və Rusiyada geniş narkotik ticarətini həyata keçirən şəbəkə formalaşdırıblar. Həmin şəbəkənin Azərbaycanda, İranda, Gürcüstanda, Ermənistanda geniş fəaliyyət göstərdiyi üzə çıxır. Narkotik biznesinindən gələn gəlirlər isə Kəmaləddin – Makaryan cütlüyünün yaratdığı digər biznes şəbəklərinə yönəldilir. Bu barədə də geniş məlumat verməyə çalışacağıq… Erməni Makaryanın əslində kim olduğu və biznesdən başqa hansı sahədə fəaliyyət göstərdiyini araşdıran “Reallıq” qəzeti maraqlı faktlrla da üzləşib. Belə ki, qəzetin araşdırmalar nəticəsində məlum olub ki, Kəmaləddin Heydərovun dostu və şəriki olan erməni – Ermənistan Sahibkarlar İttifaqının rəhbəri Qaqik Makaryandır. Qaqik Makaryanın düşmən ölkədə böyük nufuz sahibi olduğu və Rusiyada yüksək vəzifə tutan oliqarxlarla dostluq etdir və nüfuzlu söz sahibidir. Kəmaləddin Heydərov isə hazırda da adıçəkilən şəxslə biznez fəaliyyətini davam etdirir. Xatırlayırsınızsa ötən il Azərbaycandan transit keçərək Gürcüstan Türkiyə sərhəddində Gürcüstan gömrükçuləri tərəfindən yaxalanan Azərbaycana məxsus olan 2 tondan artiq heroin yükün  və bu yaxın günlərdə yenidən Azərbaycan Gürcüstan Qırmız körpü keçid məntəqəsini yaxalanmadan keçərək Gürcustan Gömrükcüləri tərəfindən Azərbaycana məxsus oldugu bildirilən 178 kg artiq narkotik maddə heroinin məhz Kəmallədin Heydərovlarla  baglı oldugu iddia olunurdu.Narkotiklərin 356 briketdə qablaşdırıldığı bildirilirdi. Yükün İrandan Azərbaycan, Gürcüstan və Ukrayna vasitəsilə Niderlanda daşındığı qeyd edilirdi. Onuda bildirək ki,  Kəmaləddin Heydərovun (bir vaxtlar Prezident yanında xüsusi idarədə cox yüksək vəzifələrin birini tuturdu )kiçik qardaşı Səməd Heydərov(qızılbaş Səməd deyə cagırılır) narkomandır və gündəlik heroin aludəçısıdır. […]

    Liked by 1 person

Comments are closed.