Panamada vergi cinayətləri bütün dünyanı şok etdi


Снимок экрана 2016-04-06 в 18.42.06

Снимок экрана 2016-04-06 в 18.15.52

Снимок экрана 2016-04-06 в 18.17.15

Panamada vergi cinayətləri bütün dünyanı şok etdi. Vergi cənnəti Panamada sızan milyonlarla sənəd bütün dünyanı şok etdi. Beynəlxalq ictimaiyyət ən böyük dördüncü offshore hüquq firması Mossack Fonsecadan sızan 11,5 milyon sənədə kilidləndi.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər konsorsiumunun (ICIJ) bir illik araşdırmasının ardından xidmət etdiyi sənədlərdə ilk olaraq 12 dünya lideri və 140 politikacıya aid offshore hesabları təsbit edildi. Konsorsium, tam siyahının May ayının başında açıqlanacağını bildirib.

Offshore hesablar üzərindən vergi qaçırdığı iddia edilənlər arasında isə bütün dünya tərəfindən tanınan adlar var.

Məsələn Vladimir Putinin ən yaxın dostlarına aid Panama’daki offshore hesablara 2 milyard dollar köçürüldüyü təsbit edildi.

İfşa olan hesablardan bəziləri Ukrayna prezidenti Petro Poroşenko, Çin Dövlət Başçısı Xi Jinping, Argentina Dövlət Başçısı Mauricio Macriye aiddir.

CfLn7nyWQAAHfDu

Dünyanın ən böyük vergi kaçakçılığında rol oynayan liderlər arasında İslandiya Baş naziri Sigmundur David Gunnlangsson’un da adı keçir. Siyasətçinin istifanın astanasında olduğu da gələn xəbərlər arasında.

Barcelonada forma geyən Argentinalı futbolçu Lionel Messi və vəzifəsindən men edilən UEFA Başçısı Michel Platini də hesabları ifşa olan digər məşhur adlar.

Снимок экрана 2016-04-06 в 18.18.05

 

 

ABŞ Azərbaycan hökumətindən növbəti addımlar gözləyir


ABŞ- John Kerry (solda) və Ilam Əliyev. 30 mart, 2016

“Prezident İlham Əliyevin ABŞ səfəri ikitərəfli münasibətlərdə önəmli bir dönüş nöqtəsidir”.

Bu fikri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutasöyləyib.

Səfri Azərbaycanın nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyaya düzəlişi ratifikasiya etməsini müsbət dəyərləndirib.

Vaşinqton səfəri çərçivəsində, onun deməsinə görə, bölgədə ümumi təhlükəsizlik, iqtisadi məsələlər müzakirə mövzusu olub. ABŞ dövlət katibi “Cənub” qaz dəhlizi, eyni zamanda Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etməsi ilə bağlı atdığı addımları təqdir edib.

“Əlbəttə insan haqları, demokratiya və iqtisadiyyatın inkişafı kontekstində qanunun aliliyi məsələləri də müzakirə edilib. ABŞ son vaxtlar bu sahədə atılan addımları alqışlayır. Lakin məsələ bununla bitmir” – deyə səfir bildirib.

Səfir daha sonra deyib:

“Bu, önəmli bir dönüş nöqtəsidir. Önəmli bir mərhələdir ki, burada tərəflər bu vaxta qədər atılmış addımları təhlil edir, nəzərdən keçirirlər. Gələcəkdə birgə ata biləcəkləri addımları müzakirə edirlər. Hər iki ölkə üçün əhəmiyyətli olan bir sıra məsələləri, eyni zamanda regional baxımdan əhəmiyyətli olan məsələləri də gözdən keçirirlər”

Italy: Official Investigated In Growing Oil Corruption Scandal


An influence-peddling scandal in Italy has spread to include investigation of a junior health minister, Reutersreported.

Screen_Shot_2016-04-14_at_11.34.34_PM_copy_copy_copy_copy.pngVito De Filippo (Photo Credit: Wikipedia)Health Under Secretary Vito De Filippo, a member of Prime Minister Matteo Renzi’s Democratic Party, is suspected of using his influence to try to get people jobs at state oil company Eni, Reuters said.  Prosecutors from the southern city of Potenza are investigating.

De Filippo, who was President of the Basilicata region around Potenza from 2005 to 2013, said he was stunned by news of the investigation, according to Il Foglio. He has been accused of criminal association, corruption and abuse of office in several separate cases dating back to 2002 but has been acquitted every time, the news outlet said.

Five Eni employees have already been arrested for alleged illegal waste trafficking as part of the investigation, Reuters said. The investigation is focused on development of an oil field in Basilicata. It has dominated Italian media and prompted the resignation of Industry Minister Federica Guidi.

Guidi stepped down in late March after phone-tapping transcripts were published of an alleged discussion between Guidi and her boyfriend, Gianluca Gemelli, over a planned governmental budget amendment that would help his business, the Wall Street Journal (WSJ) said. In the conversation, Guidi told Gemelli the government was finally approving the amendment to the 2015 budget law.

The amendment also relates to development at the oil field in Basilicata. Gemelli is facing charges of corruption and influence peddling in the Basilicata case, the WSJ said.

Prime Minister Renzi, who vowed to end cronyism in Italian politics when he took office, has been hit hard by the corruption allegations.  He said he himself had proposed the amendment to help speed up deliveries from the oil field by putting the central government in charge of related transport and infrastructure decisions, Reuters said.

The scandal has led to all main opposition parties presenting motions of no confidence in the Renzi government. These are expected to be debated in Parliament next week.

Logo

Beynəlxalq ofşor qalmaqalında Paşayevlərin adı çəkilir


Arxiv fotosu: Azərbaycanın birinci xanımı Mehriban Əliyeva atası Arif Paşayevlə

Araşdırmaçı jurnalistlər Richard BakerNick McKenzie Avstraliyanın “The Sidney Morning Herald” qəzetində yazırlar ki, Panama sənədləri ilə Unoal şirkətinin serverlərindən sənəd sızması az qala eyni vaxta təsadüf edib.

Lakin Avstraliya və Yeni Zelandiyanınn ən böyük media qrupu Fairfax Media tərəfindən əldə olunmuş e-maillər göstərir ki, bu təsadüf elə başlandığı yerdə də qurtarır.

Fairfax Media bildirir ki, Britaniyanın Vircin və Marşal adalarında yaradılmış şirkətlərdən bir neçə ölkədə siyasətçilərə, rəsmilərə və neft sənayesi rəhbərlərinə rüşvət pullarının ödənməsi üçün istifadə edilib

Çünki bu yazışmalardan bəlli olur ki, jurnalistlərin öz təbirincə deyilsə, neft sənayesinin “rüşvət ustası” Unaoil şirkətinin sahibi olan Ahsani ailəsi də minlərlə başqa superzənginlər kimi Panamanın Mossack Fonseca hüquq firmasının xidmətlərindən istifadə edərək ofşor şirkətləri qurub.

Fairfax Media-nın əldə etdiyi e-maillərdən bu da faş olur ki, Britaniyada hakim Mühafizəkarlar Partiyasının ən böyük donorlarından biri olan mülkiyyət maqnatı Javad Marandi Unaoil şirkətinin Azərbaycan fəaliyyətində yaxından iştirak etməklə yanaşı, həm də Mossack Fonseca firmasının müştərisi olub.

Məqalədə deyilir ki, Unaoil şirkətinin maliyyə departamenti 2008-2009-cu illərdə Mossack Fonseca-nın Panama ofisi ilə yazışmada olub. Bu yazışma Unaoil şirkətinin təsisçisi Ata Ahsani və şirkətin baş direktorları və onun oğulları Cyrus (Sirus) və Saman Ahsani arasında etibarnamənin tərtibi ilə bağlı idi.

Bu e-maillərdən Unaoil şirkətinin Karib körfəzi və Britaniyanın Vircin adalarındakı “vergi cənnətlərində” şirkətlər qurması bəlli olur.

Richard Baker və Nick McKenzie yazırlar ki, “vergi cənnətlərində” – vergidən azad zonalarda şirkət yaratmaq və ya hesab açmaq cinayət sayılmır, amma Unaoil bu qurumlardan spesifik məqsədlər üçün idtifadə edib.

Bu ayın əvvəllərində Fairfax Media bildirmişdi ki, Britaniyanın Vircin və Marşal adalarında yaradılmış şirkətlərdən bir neçə ölkədə siyasətçilərə, rəsmilərə və neft sənayesi rəhbərlərinə rüşvət pullarının ödənməsi üçün istifadə edilib.

Britaniya hakim partiyasına donorluq

Məqalədə deyilir ki, cənab Marandi-nin Unaoil şirkəti ilə əlaqələri Britaniya qəzetlərində başlıq olmağa layiq mövzudur. Beləki, Britaniyada cənab Marandi və onun arvadı Nərminə hakim partiyanın əsas donoru kimi Mühafizəkarların hesabına 2014-cü ildən bəri 150 min funt sterlinq (280 min dollar) keçiriblər.

"The Guardian" qəzetindən bir sxem„The Guardian“ qəzetindən bir sxem

Londonda müstəsna dəbdəbəli mülklərə sahib olan Cənab Marandi və onun xanımı Britaniya və Azərbaycan paytaxtları arasında şəxsi təyyarədə uçurlar.

Azərbaycan əsilli Marandi Londonda yaşayır və Unaoil şirkətinə bu şirkətin Azərbaycan superagenti Mohammad Reza Raein-lə dostluğu vasitəsilə bağlıdır.

Məqalədə deyilir ki, əvvəllər Unaoil şirkətinin Amerika əməliyyatçısı olmuş Raein, 1990-cı illərin sonlarından etibarən onun Azərbaycandakı maraqlarını təmsil edib, Unaoil-a Halliburton və Kellogg& Brown Root (KBR) kimi “yağlı müştərilər” tapıb.

KBR-ın 1999-cu ildən bu yana olan sənədləri göstərir ki, cənab Raein hakim Əliyevlər ailəsinə son dərəcə yaxın olub.

Fairfax Media bundan əvvəl Azərbaycan parlamenti spikerinin müavini və vəzifəli neft rəsmisi, gizli yazışmalardakı kod adı V1 olan Valeh Ələsgərovun agent Raein-in məxfi mənbəyi olmasından yazmışdı.

“Əmiqızının əri”

Öz növbəsində, cənab Marandi də Azərbaycanın ən qüdrətli adamlarına yaxındır.

Azərbaycanın Pasha Constructions şirkətinin baş icraçı direktoru kimi cənab Marandi-nin şirkətin sahibləri olan qüdrətli Paşayevlər ailəsinə birbaşa çıxışı var. Prezident İlham Əliyevin arvadı Mehriban Pasha şirkətlər qrupunun sahibi Arif Paşayevin qızıdır.

Javad MarandiJavad Marandi

Məqalədə deyilir ki, cənab Marandi-nin arvadı da Azərbaycanın ən nüfuzlu ailələrindən birinin – Əlizadələrin nümayəndəsidir. Onun atası Məmməd Əlizadə prezident Əliyevi dəstəkləyən siyasi partiyalardan birinin lideridir.

2005 və 2006-cı illərə aid sızmış e-maillərdən görünür ki, cənab Raein Ahsani-lərdən “Javad” adlı şəxsin bank hesablarına on minlərlə dollar köçürülməsini xahiş edib.

Richard Baker və Nick McKenzie yazırlar ki, Unaoil şirkətinin maliyyə şöbəsi və baş əməliyyatçısı Saman Ahsani pul köçürmələri barədə tərəddüd keçirəndə, 2006-cı ilin fevralında Raein Unaoil-un rəhbəri Cyrus Ahsani-yə şikayət edib və və bildirib ki, “biz eyni hesablara müntəzəm pul köçürmələri etmişik”.

“Əgər yadınızdadırsa, noyabrda biz əvvəlcə pulu cənab Marwan Samman-a köçürməli idik, lakin sonra qərara aldıq ki, bu pulu, bizə daha asan olsun deyə Javad köçürsün” – yazırdı Raein.

Raeinin yazışmasından həmin bu “Javad”ın elə Marandi olduğu asan başa düşülür.

Raein 2006-cı ilin əvvəllərində Unaoil-un icraçı direktorlarından Peter Willimont-a bildirirdi ki, SOCAR dövlət neft şirkətində vəzifəli rəhbərlərdən biri, “Javad”ın arvadının əmisi İlyasdır və “biz onu istədiyimiz vaxt görə bilərik”.

Richard Baker və Nick McKenzie yazırlar ki, cənab Marandi-nin arvadı Nərminənin əmisi İlyas Əlizadə o vaxtlar SOCAR-ın texniki departamentinə rəhbərlik edib və eyni zamanda xarici əlaqələr bölümünün rəhbəri olub.

“Əməliyyat xərcləri”

Richard Baker və Nick McKenzie xüsusilə vurğulamağı lazım bilirlər ki, Raein-in Unoil-dan Marandi-yə pul köçürülməsini israr etməsinin hər hansı qeyri-qanunu fəaliyyətlə bağlı olduğunu göstərən sübutlar yoxdur, lakin Unaoil-dan Marandi-yə ödəniş edilməsinin səbəbləri naməlum qalır.

Cənab Raein Fairfax Media-nın israrlı ricalarına baxmayaraq, bu barədə şərh verməkdən imtina edib.

Cənab Marandi-nin sözçüsü deyib ki, o, heç vaxt Azərbaycanda və yaxud hər hansı başqa yerdəUnaoil şirkətində çalışmayıb və ya bu şirkətin adından iş görməyib.

“O bircə dəfə Unaoil şirkətinin adamı üçün ona “əməliyyat xərclərində” kömək məqsədilə 50 min dollar ödənməsini təşkil edib” – deyib sözçü.

Sözçü bunu da deyib ki, bu ödəniş cənab Marandi-nin “köhnə dostu” cənab Raein vasitəsilə edilib.

“Bundan başqa onun Unaoil şirkəti ilə və ya bu şirkət üçün heç bir işi olmayıb” – deyib Marandi-nin sözçüsü.

“The Guardian” qəzeti bu həftə Londonun dəbdəbəli Knightsbridge rayonunda çox müstəsna bir mülkün cənab Marandi-nin ofşor şirkətinə aid olduğunu açıqlayıb.

Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırmasını barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. (Araşdırmanı ətraflı

burada oxuya bilərsiz). Bakıda rəsmilər bundan öncə də dəfələrlə xarici nüfuzlu media orqanlarında bu cür ittihamlarla üzləşiblər. Hər dəfə dəfə də onlar bu cür ittihamları hansısa xarici dairələrin Bakının müstəqil siyasətinə qarşı təzyiq cəhdi adaldnrırılar.

Azadliq Radiosu

Qarasu Əməliyyat Şirkəti ilə bağlı şok faktlar – Araşdırmaçı faktları təqdim edir


  Teref.info-nun poçtuna „Karasu Əməliyyat Şirkəti“ -ində baş verən korrupsiya faktları ilə bağlı yeni faktlar daxil olub. 5 ildən artıq araşdırma aparan araşdırmaçı Fuad Ağayev yazır:Beləki bundan bir necə ay əvvel Fuad Agayevin mediyaya təqdim etmiş olduğu „Karasu əməliyyat sirkəti“ ile bagli rəsmi maliyye təmir sənədlərinde boyuk korrupsiya faktlainin izləri aciq aydin gorunməkdə idi.

Beləki Karasu sirkətinə məxsus nəqliyyat vasitələri „Texoil“ adli sirkətə gondərilərek orada təmir adi altinda rənglənib yenidən Karasu sirkətinə qaytarilir və əvəzındə cox iri məbləgdə pullar silinir. Bununla bagli Azərbaycan mətbuatında artiq korrupsiya faktlarini təstiq edən sənədlər yayinlanmışdı.
Teref.infoya yazan Fuad Agayev rəsmi olaraq bu faktlarin arasdirilmasi üçün baş prokuror Z.Qaralova yazili muraciyyet unvanlamisdir. Butun bunlara baxmayaraq Karasu sirkətində analoji korrupsiya faktlari bu gündə davam etməkdədir
Beləki 35 gun oncə Karasu şirkətinə məxsus „Bakineç“ adli 1961 il istehsali olan yeralti təmir agregati dovlət nömrə nisanı 18 T 088 təmir adi altinda „Texoil“ sirkətinə gondərilərək təmirinə 60000 azn pul silinib. Nəqliyyat vasitəsi təmirdən 06.04.2016 ildə gəlsədə nasazliq ucbatindan istismara buraxilmayib.

Diese Diashow benötigt JavaScript.


Istismar akti alinmayib. FHN tərəfindən istismara yararligi barədə sinaq testi kecirilməyib. Adı çəkilen nəqliyyat vasitəsi hal hazirda Karasu sirkətinin nəqliyyat sobəsinin temir bazasinda qalmaqdadir.
„Bakineç“ 18 T 088 agregati „Texoil“ sirkətinə Karasu sirkətinin nəqliyyat meneceri Arif Alisov ve Adil Bəylərov tərəfindən gonderilmişdir.
Beləki adi cekilən nəqliyyat sahəsi üzrə menecer Arif Alişov qulluq və vəzifə səlahiyyətlərini aşaraq özunə məxsus 90 TM871 nomrəli „niva“ markali nəqliyyat vasitəsini „Gts Solition Alyan“ şirkəti vasitəsi ilə Karasu sirkətinə günü 90 AZN-ə icarəyə götürüb ve hal hazırda nəqlıyyat sexinde kirayədədir
Fuad Ağayev Teref.infoya yazır, nəzərə alaq ki təkcə 2015 -16 illərdə Karasu sirkətinin nəqliyyat sexindən 100 nəfər ixtisar adi altinda xaric olinmuslar. Şirkət rəhbərliyi ısə ixtisar olunanlari sirkətdə yaranan maliyyə cətinliyi ilə əlaqələndirmisler. Gorunduyu kimi sirkətin maliyyə cetinliyinin səbəbləri artiq goz qabagindadir.
Bundan başqa əldə olunan məlumatda Fuad Agayev onuda bildirmişdir ki, tək 2015 ıldə „Karasu Şirkətinə“ nəqlıyyat vasitələri üçün 3 milliyon dollarlıq ehtiyyat hissələri yazıldığı halda bu yalnız sənəd üzərində qalırmiş əslində isə şirkətə həç bir ehtiyyat hissəsi gəlmirmiş.
Bələkı hal hazırda 2016 ilin birinci rübündə Karasu şirkətinın nəqliyyat vasitələrinə 355 min AZN ehtiyyat hissələri yazılsada şirkətə heç bir mal gətirilməmiştir.
Şirkətin anbarı xüsüsi mühafizə olunur vidəo kamera müşahidəsi var əlaqədar qurumlar bununla bağlı kameralara baxış keçirib şirkət anbarina daxil olan istənilən malı araşdıra bilər.
„Global Energy Şirkəti“-nin təhlükəsizlık menecerı MTN bandasının baş qəhrəmanı Rəsul Rəsulovın qardaşı Vüqar Rasulovdur
Teref.info olaraq adları çəkilən bütün şəxslərin fikirlərinə yer verməyə hazırıq!
Teref.info