Европарламент принял жесткую резолюцию против Турции, потребовав наладить отношения с Арменией и признать Геноцид армян


Европейский парламент обвинил власти Турции в отступлении от норм демократии и верховенства права. Жесткая резолюция была принята сегодня на заседании ЕП в Страсбурге большинством голосов и содержала также требования к Анкаре по части урегулирования отношений с соседними странами, в частности, с Арменией – в соответствии с Уставом ООН и требованиями международного права.

Отметим, по данным СМИ, за документ проголосовали 375 европейских депутатов, 177 – выступили против предложенных формулировок.

В резолюции Европарламента содержится призыв к Турции и Армении нормализовать отношения без предусловий, установить дипотношения. Указывается на необходимость открытия границы Турция-Армения, что может привести к улучшению отношений двух стран посредством экономической интеграции.

В резолюции ЕП содержится также отсылка к резолюции Европарламента от 15 апреля 2015г., в которой содержался призыв к Турции признать Геноцид армян в Османской империи 1915г.

Добавим, что Европарламент также выражает в резолюции глубокую обеспокоенность тем, что Анкара допускает нарушения норм, соблюдение которых необходимо для вступления Турции в ЕС. «Евросоюзу не следует разбрасываться своими принципами в обмен на сомнительный результат», – считает депутат из Нидерландов Марьете Шааке (цитата по материалу Радио «Свобода»).

Европарламент также выразил обеспокоенность ситуацией с правами человека в Турции, в частности, в таких сферах, как независимость судебной системы, свобода выражения мнений и защита прав человека.

Avropa Parlamenti Əliyevin və onun kimi ogrularin Panama sənədlərini araşdıracaq


6_tn

Avropa Parlamenti “Panama sənədləri”nin araşdırılması ilə məşğul olan komissiya yaradacaq. Komissiyanın əsas vəzifəsi – çirkli pulların yuyulması və vergidən yayınma ilə mübarizədir. Mayın 4-də komissiyanın tam səlahiyyətləri müəyyən ediləcək və bundan sonra o işə başlaya biləcək. Bunun üçün 188 deputatın səsi lazımdır.Avropa Parlamenti  Əliyevin və onun kimi  ogrularin Panama sənədlərini araşdıracaq.

EAN

УКРАИНА ВЫЛОЖИТ В ИНТЕРНЕТ АРХИВЫ СОВЕТСКОГО КГБ


Aрхивы обнародуют после обработки историками В Украине выложат в свободном доступе документы советских спецслужб. Об этом сообщили в пресс-службе Украинского института национальной памяти. В частности, сейчас проводится ревизия архивов КГБ и передача документов от украинских силовых структур, после чего историки обработают архивы и выложат в Интернет.

arxiv kgb

„Сейчас идет процесс передачи архивов советских спецслужб из-под ведомств СБУ, МВД, Минобороны и других силовых и оборонных структур гражданского Архива Украинского института национальной памяти (ГДА УИНП)“, – сообщили в УИНП. Таким образом в Украине планируют создать Архив национальной памяти.

Сейчас в стране работает волонтерский электронный архив освободительного движения, который содержит более 20 тысяч электронных копий документов украинского освободительного движения ХХ века. и материалы КГБ. „Сейчас украинские силовые и оборонные структуры проводят ревизию своих архивов, чтобы выявить, какие именно документы репрессивных органов СССР 1917-1991 годов у них есть.

Передать архивы Институту национальной памяти им нужно до 21 мая следующего года. Параллельно мы занимаемся созданием и обеспечение всем необходимым нового Отраслевого государственного архива Украинского института национальной памяти“, – сказал начальник управления институционального развития политики национальной памяти Игорь Кулик. Напомним, в Москве на улице Большая Лубянка обнаружили кучу выброшенных папок архивов КГБ. Судя по всему, папки из центрального архива КГБ СССР. Охрана ФСБ сильно возмутилась и не дала рассмотреть содержимое.

EAN

Panama sənədləri: Paşayevlər… (Araşdırma)


Araşdırmaçı jurnalistlər Richard Baker və Nick McKenzie Avstraliyanın “The Sidney Morning Herald” yazırlar ki, Panama sənədləri ilə Unoal şirkətinin serverlərindən sənəd sızması az qala eyni vaxta təsadüf edib.

Lakin Avstraliya və Yeni Zelandiyanınn ən böyük media qrupu Fairfax Media tərəfindən əldə olunmuş e-maillər göstərir ki, bu təsadüf elə başlandığı yerdə də qurtarır.

Çünki bu yazışmalardan bəlli olur ki, jurnalistlərin öz təbirincə deyilsə, neft sənayesinin “rüşvət ustası” Unaoil şirkətinin sahibi olan Ahsani ailəsi də minlərlə başqa superzənginlər kimi Panamanın Mossack Fonseca hüquq firmasının xidmətlərindən istifadə edərək ofşor şirkətləri qurub.

Fairfax Media-nın əldə etdiyi e-maillərdən bu da faş olur ki, Britaniyada hakim Mühafizəkarlar Partiyasının ən böyük donorlarından biri olan mülkiyyət maqnatı Javad Marandi Unaoil şirkətinin Azərbaycan fəaliyyətində yaxından iştirak etməklə yanaşı, həm də Mossack Fonseca firmasının müştərisi olub.

Məqalədə deyilir ki, Unaoil şirkətinin maliyyə departamenti 2008-2009-cu illərdə Mossack Fonseca-nın Panama ofisi ilə yazışmada olub. Bu yazışma Unaoil şirkətinin təsisçisi Ata Ahsani və şirkətin baş direktorları və onun oğulları Cyrus (Sirus) və Saman Ahsani arasında etibarnamənin tərtibi ilə bağlı idi.

Bu e-maillərdən Unaoil şirkətinin Karib körfəzi və Britaniyanın Vircin adalarındakı “vergi cənnətlərində” şirkətlər qurması bəlli olur.

Richard Baker və Nick McKenzie yazırlar ki, “vergi cənnətlərində” – vergidən azad zonalarda şirkət yaratmaq və ya hesab açmaq cinayət sayılmır, amma Unaoil bu qurumlardan spesifik məqsədlər üçün istifadə edib.

Bu ayın əvvəllərində Fairfax Media bildirmişdi ki, Britaniyanın Vircin və Marşal adalarında yaradılmış şirkətlərdən bir neçə ölkədə siyasətçilərə, rəsmilərə və neft sənayesi rəhbərlərinə rüşvət pullarının ödənməsi üçün istifadə edilib.

Britaniya hakim partiyasına donorluq

Məqalədə deyilir ki, cənab Marandi-nin Unaoil şirkəti ilə əlaqələri Britaniya qəzetlərində başlıq olmağa layiq mövzudur. Beləki, Britaniyada cənab Marandi və onun arvadı Nərminə hakim partiyanın əsas donoru kimi Mühafizəkarların hesabına 2014-cü ildən bəri 150 min funt sterlinq (280 min dollar) keçiriblər.

Londonda müstəsna dəbdəbəli mülklərə sahib olan Cənab Marandi və onun xanımı Britaniya və Azərbaycan paytaxtları arasında şəxsi təyyarədə uçurlar.

Azərbaycan əsilli Marandi Londonda yaşayır və Unaoil şirkətinə bu şirkətin Azərbaycan superagenti Mohammad Reza Raein-lə dostluğu vasitəsilə bağlıdır.

Məqalədə deyilir ki, əvvəllər Unaoil şirkətinin Amerika əməliyyatçısı olmuş Raein, 1990-cı illərin sonlarından etibarən onun Azərbaycandakı maraqlarını təmsil edib, Unaoil-a Halliburton və Kellogg& Brown Root (KBR) kimi “yağlı müştərilər” tapıb.

KBR-ın 1999-cu ildən bu yana olan sənədləri göstərir ki, cənab Raein hakim Əliyevlər ailəsinə son dərəcə yaxın olub.

Fairfax Media bundan əvvəl Azərbaycan parlamenti spikerinin müavini və vəzifəli neft rəsmisi, gizli yazışmalardakı kod adı V1 olan Valeh Ələsgərovun agent Raein-in məxfi mənbəyi olmasından yazmışdı.

“Əmiqızının əri”

Öz növbəsində, cənab Marandi də Azərbaycanın ən qüdrətli adamlarına yaxındır.

Azərbaycanın Pasha Constructions şirkətinin baş icraçı direktoru kimi cənab Marandi-nin şirkətin sahibləri olan qüdrətli Paşayevlər ailəsinə birbaşa çıxışı var. Prezident İlham Əliyevin arvadı Mehriban Pasha şirkətlər qrupunun sahibi Arif Paşayevin qızıdır.

Məqalədə deyilir ki, cənab Marandi-nin arvadı da Azərbaycanın ən nüfuzlu ailələrindən birinin – Əlizadələrin nümayəndəsidir. Onun atası Məmməd Əlizadə prezident Əliyevi dəstəkləyən siyasi partiyalardan birinin lideridir.

2005 və 2006-cı illərə aid sızmış e-maillərdən görünür ki, cənab Raein Ahsani-lərdən “Javad” adlı şəxsin bank hesablarına on minlərlə dollar köçürülməsini xahiş edib.

Richard Baker və Nick McKenzie yazırlar ki, Unaoil şirkətinin maliyyə şöbəsi və baş əməliyyatçısı Saman Ahsani pul köçürmələri barədə tərəddüd keçirəndə, 2006-cı ilin fevralında Raein Unaoil-un rəhbəri Cyrus Ahsani-yə şikayət edib və və bildirib ki, “biz eyni hesablara müntəzəm pul köçürmələri etmişik”.

“Əgər yadınızdadırsa, noyabrda biz əvvəlcə pulu cənab Marwan Samman-a köçürməli idik, lakin sonra qərara aldıq ki, bu pulu, bizə daha asan olsun deyə Javad köçürsün” – yazırdı Raein.

Raeinin yazışmasından həmin bu “Javad”ın elə Marandi olduğu asan başa düşülür.

Raein 2006-cı ilin əvvəllərində Unaoil-un icraçı direktorlarından Peter Willimont-a bildirirdi ki, SOCAR dövlət neft şirkətində vəzifəli rəhbərlərdən biri, “Javad”ın arvadının əmisi İlyasdır və “biz onu istədiyimiz vaxt görə bilərik”.

Richard Baker və Nick McKenzie yazırlar ki, cənab Marandi-nin arvadı Nərminənin əmisi İlyas Əlizadə o vaxtlar SOCAR-ın texniki departamentinə rəhbərlik edib və eyni zamanda xarici əlaqələr bölümünün rəhbəri olub.

Marandi

Marandi

“Əməliyyat xərcləri”

Richard Baker və Nick McKenzie xüsusilə vurğulamağı lazım bilirlər ki, Raein-in Unoil-dan Marandi-yə pul köçürülməsini israr etməsinin hər hansı qeyri-qanunu fəaliyyətlə bağlı olduğunu göstərən sübutlar yoxdur, lakin Unaoil-dan Marandi-yə ödəniş edilməsinin səbəbləri naməlum qalır.

Cənab Raein Fairfax Media-nın israrlı ricalarına baxmayaraq, bu barədə şərh verməkdən imtina edib.

Cənab Marandi-nin sözçüsü deyib ki, o, heç vaxt Azərbaycanda və yaxud hər hansı başqa yerdəUnaoil şirkətində çalışmayıb və ya bu şirkətin adından iş görməyib.

“O bircə dəfə Unaoil şirkətinin adamı üçün ona “əməliyyat xərclərində” kömək məqsədilə 50 min dollar ödənməsini təşkil edib” – deyib sözçü.

Sözçü bunu da deyib ki, bu ödəniş cənab Marandi-nin “köhnə dostu” cənab Raein vasitəsilə edilib.

“Bundan başqa onun Unaoil şirkəti ilə və ya bu şirkət üçün heç bir işi olmayıb” – deyib Marandi-nin sözçüsü.

“The Guardian” qəzeti bu həftə Londonun dəbdəbəli Knightsbridge rayonunda çox müstəsna bir mülkün cənab Marandi-nin ofşor şirkətinə aid olduğunu açıqlayıb.

Avstraliya qəzetinin aprelin 10-da yayılmış araşdırmasını barədə hələlik Azərbaycan rəsmilərindən hər hansı reaksiya yoxdur. Bakıda rəsmilər bundan öncə də dəfələrlə xarici nüfuzlu media orqanlarında bu cür ittihamlarla üzləşiblər. Hər dəfə dəfə də onlar bu cür ittihamları hansısa xarici dairələrin Bakının müstəqil siyasətinə qarşı təzyiq cəhdi adaldnrırılar.

Qarasu Əməliyyat Şirkəti ilə bağlı şok faktlar – Araşdırmaçı faktları təqdim edir


5 ildən artıqdır ki, Karasu Əməliyyat Şirkətində davam edən korrupsiya faktlarını araşdıran araşdırmaçı Fuad Ağayev Karasuda baş verən yeni korrupsiya faktlarının üstünü acmağa nail olub. Belə ki bundan bir neçə ay öncə Fuad Ağayevin mediyaya təqdim etmiş olduğu Karasu əməliyyat şirkəti ilə bağlı rəsmi maliyye təmir sənədlərində böyük korrupsiya faktlarının izləri açıq görünməkdə idi.
Karasu şirkətinə məxsus nəqliyyat vasitələri Texoil adlı şirkətə göndərilərək orada təmir adı altında rənglənib yenidən şirkətə qaytarılmış və əvəzində çox böyük məbləğdə pullar silinirmiş. Bununla bağlı Azərbaycan mətbuatında artıq korrupsiya faktlarını təsdiq edən sənədlər yayınlanmışdı.

Hətta Fuad Ağayev rəsmi olaraq bu faktların araşdırılması üçün baş prokuror Z. Qaralova yazılı müraciət ünvanlamışdı.

 

Bütün bunlara baxmayaraq Karasu şirkətində analoji korrupsiya faktları bu gün də davam etməkdədir.

Belə ki, 35 gün öncə Karasu şirkətinə məxsus Bakines adli 1961-ci il istehsalı olan yeraltı təmir aqreqatı dövlət nömrə nişanlı 18 T 088 təmir adı altında Texoil şirkətinə göndərilərək təmirinə 60000 AZN silinib. Nəqliyyat vasitəsi təmirdən 06.04.2016-cı ildə gəlsə də nasazlıq ucbatından istismara buraxılmayıb. İstismar aktı alınmayıb. FHN tərəfindən istismara yararlığı barədə sinaq testi keçirilməyib. Adı çəkilən nəqliyyat vasitəsi hazırda Karasu şirkətinin nəqliyyat şöbəsinin təmir bazasında qalmaqdadır. Bakinech 18 T 088 aqreqatı Texoil şirkətinə Karasu şirkətinin nəqliyyat meneceri Arif Alisov və Adil Bəylərov tərəfindən göndərilib. Belə ki adı şəkilən nəqliyyat sahəsi üzrə menecer Arif Alisov qulluq və vəzifə səlahiyyətlərini aşaraq özunə məxsus 90 TM871 nömrəli Niva markalı nəqliyyat vasitəsini Gts Solition Alyan şirkəti vasitəsi ilə Karasu şirkətinə günü 90 AZN-ə icarəyə götürüb və hazırda nəqliyyat sexində icarədədir. Nəzərə alaq ki, təkcə 2015-16-cı illərdə Karasu şirkətinin nəqliyyat sexindən 100 nəfər ixtisar adı altında xaric olunmuşlar. Şirkət rəhbərliyi isə ixtisar olunanları şirkətdə yaranan maliyye çətinliyi ilə əlaqələndirmişlər.

Göründüyü kimi sirkətin maliyyə çətinliyinin səbəbləri artıq göz qabağındadır. Bundan başqa əldə olunan məlumatda Fuad Ağayev onu da bildirmişdir ki, tək 2015-ci ildə Karasu Şirkətinə nəqliyyat vasitələri üçün 3 miiyon dollarlıq ehtiyat hissələri yazıldığı halda bu yalnız sənəd üzərində qalırmış əslində isə şirkətə heç bir ehtiyat hissəsi gəlmirmiş. Hazırda 2016-cı ilin birinci rübündə Karasu şirkətinın nəqliyyat vasitələrinə 355 min AZN dəyərində ehtiyat hissələri yazılsa da şirkətə heç bir mal getirilməyib. Karasu və Şirvan Oil şirkətləri şirkətin anbarı xüsusi mühafizə olunur. Şirkətin mühafizə sistemi Cesko şirkəti tərəfindən həyata keçirilir. Cesko mühafizə şirkətinin isə Azerbaycan Prokurorlugu yanında Korrupsiyaya qarşı Baş idarəsinin rəis müavini Əli Nağıyevin qardaşı Vəli Nağıyevə məxsus olduğu bildirilir. Karasu anbarına daxil olan bütün mallara video kamera müşahidəsi var və əlaqədar qurumlar bununla bağlı kameralara baxış keçirib şirkət anbarına daxil olan istəlinən malı araşdıra bilər.

Məlumat üçün bildiririk ki, Global Energy Şirkətinin təhlükəsizlik meneceri həbsdə olan MTN generalı Akif Covdarovun müavini Rasul Rasulovın qardaşı Vüqar Rasulovdur.

EAN