Rusiyanın VTB Qrupuna məxsus olan bankın Qarabağla nə əlaqəsi?


Rusiyanın VTB Qrupuna məxsus olan Bank VTB (Ermənistan) 1-7 aprel arası Qarabağda həlak olmuş erməni hərbçilərinin ailələrinin kredit borclarını bağışlayıb.

Bu bankın Qarabağla nə əlaqəsi?

Son dövrdə dövlətimiz VTB-yə sərmayə qoyub. VTB Qrupun 60% səhmi Rusiya dövlətinə, qalan 40% isə özəl şəxslərə məxusdur. Onların içində bizim Neft Fondu da var. 500 mln. dollar sərmayə ilə Neft Fondumuz VTB-in 3% səhminə malikdir.

Neft Fondumuzun icraçı direktoru Şahmar Mövsümov hətta VTB-in Müşahidə Şurasının üzvüdür.

Azərbaycanın neft pulları erməni hərbçilərini maliyyələşdirir.Azərbaycandakı törəməsində isə VTB-in kapitalı cəmi 51%-dir, qalan 49% yerli AtaHoldinqə məxsusdur (yeni öz pulumuzdur!).

Buna baxmayaraq, Ermənistan VTB-si Qarabağda həlak olan hərbçilərin ailələrinin borclarını bağışlayıb, Azərbaycan VTB-si isə analoji addır

EAN

Prezident qızları nə qədər pulumuzu ogurlayiblar ?


“The Guardian” yazır ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib

The Artnetnews saytında Henri Neuendorf yazırki, “Azərbaycanın ən böyük incəsənət himayədarlarından biri Panama sənədləri ilə bağlı imiş”.

Artnet.com saytı Nyu Yorkda mənzillənən və insənət əsərlərinin auksion satışı ilə məşğul olan Artnet Worldwide Corporation şirkətinə məxsusdur və Sotheby’s kimi bir sıra hərrac evləri ilə əməkdaşlıq edir.

Məqalədə deyilir ki, Azərbaycanın birinci ailəsinin adı bu yaxınlarda sızmış Panama sənədlərində hallandırılıb və prezident qızlarının Britaniyanın Vircin adasındakı ofşor şirkəti Britaniyada milyonlarla dollarlıq mülkiyyətlə məşğul olub.

“Leyla Əliyev və onun bacısı Arzunun Britaniyada mülklər almaq üçün yaradılmış Exaltation Limited adlı şirkətin səhmdarları olduğu məlum olub” – yazır Neuendorf.

Leyla Əliyeva Azərbaycan incəsənətinin hamisi kimi təbliğ olunurLeyla Əliyeva Azərbaycan incəsənətinin hamisi kimi təbliğ olunur

Sayt “The Guardian” qəzetinə istinadən yazır ki, prezident Əliyevin qızı Leyla Əliyeva Londonda 17 milyon dollarlıq malikanənin sahibidir və onun dostları arasında şahzadə Andrew, Britaniyanın keçmiş dövlət naziri lord Mandelson və News Corporation şirkətinin varisi Elisabeth Murdoch da var.

Artnetnews saytı yazır ki, Leyla Əliyeva həm də Azərbaycanın ən fəal incəsənət hamilərindədir və Azərbaycan mədəniyyətini xaricdə təbliğ edir.

“O Heydər Əliyev Fondunun vise-prezidenti kimi Azərbaycanın Mədəniyyət Nazirliyindfən daha çox tədbir keçirir” – deyilir məqalədə.

Təəccüb doğurmayıb

Henri Neuendorf yazır ki, 2012-ci ildə Interview Magazine jurnalına verdiyi müsahibədə Leyla Əliyeva həm də özünün şəxsi kolleksiyasında Amerika rəssamı George Condo-nun əsərlərinin olduğunu demişdi.

“Onun internet saytında öz işləri də var” – yazır Artnetnews .

Məqalədə deyilir ki, “Əliyevanın öz ölkəsinin mədəniyyətini xaricdə təbliğ etmək niyyətlərinə baxmayaraq Eurasianet saytı Heydər Əliyev Fondunun öz maliyyə mənbələrinin şəffaf olmamasına görə tənqid olunduğundan yazırdı.

Müəllif qeyd edir ki, məhz buna görə “Leyla Əliyevanın adının Panama sənədlərində zühur etməsi çox az təəccüb doğura bilər”.

Artnetnews tənqidçilərə istinadən yazır ki, Londonda evlərin son dərəcə baha olması zəngin əcnəbilərin ofşor şirkətlər vasitəsilə bu şəhərdə çox sayda mülk alması ilə bağlıdır.

Sayt bildirir ki, nəticədə yerlilər qiymətləri süni şişirdilmiş bazarda ciblərinə uyğun ev tapa bilmirlər.

Azərbaycanın bütün qeyrətli oğul və qızları “Gül bayramı”na qarşı birləşin!


489215_007.jpg

 

 

 

 

 

 

Bu il bu rüsvayçı bayrama qarşı ciddi bir etiraz aksiyasının təşkil edilməsi barədə düşünün. Çünki hələ aprel ayında verdiyimiz şəhidlərin qanı qurumayıb, diktator İlham Əliyevin atasina həsr olunmuş  bayrama imkan verməyək.

İcra Hakimiyyətinin başçısı ŞİZİFRENİK Hacıbala Abutalıbov hər dəfə pul barədə sualdan yayınır və jurnalistlərə maliyyədən söz açmamağı məsləhət görür:
«Maliyyədən danışmayın, ona görə ki, Heydər Əliyevimizin qiyməti qiymətsizlikdir. Ona görə də heç maliyyə haqqında fikirləşmirəm. Amma bu il ötən ilə nisbətən iki dəfə yarım çox gül gətiriləcək».

GÜL BAYRAMINA XƏRCLƏNƏN PULA 7 MİN 500 NƏFƏRİ EVLƏ TƏMİN ETMƏK OLAR

EAN

AB İ-ın rəhbəri Pierre Moscovici-Avropa Birliyi vergi cənnəti siyahısını yaratmaq istəyir


 

Снимок экрана 2016-04-10 в 4.07.45

Gündəmə bomba kimi düşən Panamaqeyt cinayətləri skandalının təsirləri getdikcə davam edir. 214 min şirkətin gizli hesabla əlaqəsi ortaya çıxdı. Avropa Birliyi üçün milyardlarla avro vergi qaçaqçılığı mənasını verir. Avropa Komissiyası vergi cənnəti siyahısı yaratmaq istəyir.
AB  İqtisadiyyatdan Komissiyasının rəhbəri Pierre Moscovici bildirdiki tarixin ən böyük  jurnalistl araşdırması olan  Panamaqeyt cinayətləri qalmaqalı onun  özünü belə şok etdiyini söylədi:

“Söz mövzusu media, qanunlar və skandala qarışan tanınmış insanlar məni olduqca çaşdırdı. Ancaq bu bizim üçün çox əhəmiyyətli bir hadisə oldu.  “

Avropa Komissiyası ötən iyun ayında söz mövzusu Panamaqeyt cinayətlərinin siyahısı haqqında məlumat vermişdi. AB  İqtisadiyyat Komissiyasınınrəhbəri  Pierre Moscovici önümüzdəki aylarda Panamaqeyt subyektlərinə sanksiya tətbiq olunması haqqında  açıqlıq gətiriləcəyini söylədi:

“Bir ölkə buna bənzər bir siyahıda tapıldığında, gözlərin özünə çevrildiyini bilir. Mətbuatın hadisəni təqib etdiyini, araşdırma edildiyini bilir. Bu ölkənin prioriteti siyahıdan çıxmaq olur. “

IMF və G20 ölkələri liderləri Panama Sənədlərini  önümüzdəki həftə müzakirə cıxaracaqdı. 
11.5 milyon Panamqeyt sənədləri 1977-dən başlayaraq təxminən 40 illik bir dövrü əhatə edir… 

EAN

Xədicə İsmayıl hökumətdən 29 min manat tələb edir


Xədicə İsmayıl

Xədicə İsmayıl

“Qanuna görə, Xədicə İsmayılın 91 gün qanunsuz həbsdə olmasına görə kompensasiya almaq hüququ var!“

Həbsdə olan araşdırmaçı-jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl qanunsuz həbsdə saxlanılmasına görə Azərbaycan hökumətindən kompensasiya tələb edir.

Jurnalist bununla əlaqədar Maliyyə Nazirliyinə məktub göndərib.

Xədicə İsmayıl müraciətində bildirir ki, 2014-cü il dekabrın 5-də CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham edilərək, həbs olunub. Səbail Rayon Məhkəməsinin onun barəsində ilkin istintaq dövrü üçün iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarından apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Üstəlik, 2015-ci il yanvarın 27-də Səbail Rayon Məhkəməsinin qərarı ilə onun bu maddə ilə həbsdə saxlanma müddəti martın 24-nə qədər uzadılıb.

Həbsdə olduğu müddətdə – 2015-ci il fevralın 13-də başqa bir cinayət işi üzrə də təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı mənimsəmə, qanunsuzluq sahibkarlıq, vergidən yayınma kimi yeni ittihamlar irəli sürülüb. Bu dəfə Nəsimi Rayon Məhkəməsinin 6 mart 2015-ci il tarixli qərarı ilə həbs-qətimkan tədbirinin müddəti mayın 24-nə qədər uzadılıb.

Sonda – 1 sentyabr 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu bu ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum etsə də, həbsinə səbəb olmuş CM-nin 125-ci maddəsi ilə ona bəraət verib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də bu hökmün qüvvədə saxlanılmasına dair qərar verib.

Xədicə İsmayıl CM-nin 125-ci maddəsi ilə qanunsuz həbsdə saxlanılması nəticəsində ona dəymiş maddi və mənəvi ziyana görə kompensasiya tələb edir.

Jurnalistin vəkili Yalçın İmanov bildirib ki, Cinayət Prosessual Məcəllənin 56.0.1-ci maddəsinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir:

„Qanunda birbaşa yazılıb ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Göründüyü kimi, Xədicə İsmayıla sonradan elan olunmuş ittihamlarla barəsində yenidən həbs qərarı çıxarılana – 6 mart 2015-ci ilə qədər o, CM-nin 125-ci maddəsi ilə verilmiş ittiham üzrə həbsdə saxlanılıb. Artıq qanuni qüvvəyə minmiş hökm də var ki, Xədicə o maddə üzrə günahsızdır. Deməli, onun 2014-cü il dekabrın 5-dən 2015-ci il martın 6-a qədər – 91 gün qanunsuz olaraq həbsdə saxlanıldığı məhkəmənin hökmü ilə təsdiqlənir. Qanuna görə, Xədicə İsmayılın 91 gün qanunsuz həbsdə olmasına görə kompensasiya almaq hüququ var!

Xədicə İsmayıl qanunsuz həbsdə saxlanıldığı müddətdə jurnalist kimi məqalələrinə görə ala bilmədiyi əməkhaqqını, həbs edilərkən müdafiəçilərinə ödədiyi qonorarı, həmçinin yaxınlarının təcridxanaya ona sovqat gətirərkən çəkdiyi xərcləri nəzərə alaraq, 91 gün ərzində ona dəymiş maddi ziyanı 9 min 30 manat hesablayıb. Üç ay qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş mənəvi ziyanı isə jurnalist 20 min manat məbləğində dəyərləndirib. Beləliklə, hökumətdən 29 min 30 manat kompensasiya tələb edir.