“Avropa məhkəməsinə müraciət edəcəyəm


Avropaya turist səfərinə gedən neft və mədən sahələrində korrupsiya faktlarını araşdıran bloger  Fuad Ağayev Türkiyədə qanunsuzluqlarla üzləşib. Belə F.Ağayev Türkiyə ərazisində həbs olunub və bir neçə gün həbsxanada saxlanılıb.

“Cümhuriyət”in redaksiyasına göndərdiyi şikayət məktubunda F.Ağayev üzləşdiyi problemin ictimailəşdirilməsini xahiş edib. Fuad Ağayev yazır:

“Mən Avropaya turist səfərinə gedirdim. Martın 30-a Trabzon-İsveç reysinə biletim var idi. Ona gorə də martın 28-də Bakı-İstanbul avtobusuna bilet aldım ki, oradan da Trabzona gedim. Batumi-Turkiyə sərhəd keçid məntəqəsində pasport nəzarətində saxlanıldım. Polis məni qanunsuz həbs etdi. Yüklərimi avtobusdan götürdüm. Məni qandallayıb kameraya saldılar. Səbəbini soruşdum, dedilər ki, haqqımda  iki qırmızı bülletenlə həbs qərarı var. Guya ki, mən 2014-cü ildə Turkiyədə bir qadını  hədələmişəm ,Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoganı devirmək üçün plan hazırlamışan  2014-cü illərdə Türkiyəyə gəlmişəm.

Onlara bildirdim ki, mən heç 2014-cü ildə Turkiyədə olmamişam, bu necə ola bilər. Bildirdilər ki, problemini prokurora deyərsiniz”.

Sonra Fuad Ağayevi tibbi yoxlamadan keçirmək üçün polis maşını ilə Hopa xəstəxanasına aparıblar:

“Geri qayıdanda polis maşını qəza törətdi, sol çiynim çatladı. Mənə heç bir yardım edilmədi. Ayın 29-u səhər saat 09:00-da məni Hopa məhkəməsinə apardılar.İlk öncə prokuror mənimlə görüşdü bildirdi ki sənədlərə imza atsam cəzam 12 ildın 5 ilə düşə bilər.Məni dilə tutmaga çalışdı bəzi sənədləri imzalayım amma mən heç bir sənəd imzalamadım.

Məhkəmə başladı.Məhkəmə sədri Pasportumda 2014 il Gürcüstan gömrüyünə məxsus  qırmızı rəngli rəngi solmuş möhürü Türkiyəyə gəlməmi  ispatlayan dəlil kimi istifadə etmək istəsədə sonradan fikrindən daşındı.Məhkəmə hakimi  fasilədən sonra bildirdi ki, haqqında axtarış qərarı olan mən deyiləm və məni azad etdi.

Amma Trabzon prokuroru məni buraxmadı.Kabinetinə dəvət etdi və bildirdiki mən  Fetullah Gülənin SOCAR rəhbərliyi haqqında səs yazsısını facebook hesabımda yayınlamışam , eyni zamanda Azərbaycan prezidentinin şəxsi qoruması Bəylər Eyubovun qardaşı oglu vergi generalı Şahin Eyubovla baglı saytda məqalə vermişəm o məqalədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoganında oglu Bilalında adı keçir.Mütləq o məqalə silinməlidir.Məcbur oldum Bilal Ərdoganın adı keçən hissələri  məqaləni yayından qaldırdım.Sonra prokuror məni sərbəst buraxdı…

beyler-senedler

Bəylər Eyyubovun qardaşı oğlunun İstanbulda 2 milyon dollara ələ keçirdiyi əmlak(sənədlər)

Məhkəmə məni azad etsədə ,amma prokuror məni 2 saat əlavə  qanunsuz saxladı.

Bəylər Əyyubovun qardaşı uşaqları Azərbaycanda bütün varidatımı əlimdən aldılar” – FOTO fakt

beyler

Avtobusdan da qaldım. Trabzon-Türkiyə təyyarəsinə biletim batdı. Məcbur oldum Hopadan Trabzona taksi ilə getdim. Əks halda Avropaya olan biletim də batacaqdı. Cəza evində olanda cibimdə olan mobil telefonla bəzi çəkilişlər etdim”.

Türkiyədə bu cür davranışla üzləməsi Fuad Ağayevə pis təsir edib:

“Bu hadisə məndə stress yaşatdı. Anlamıram bu necə qayda-qanundur Türkiyədə. Başqa ölkə vətəndaşını qandallayıb həbsxanaya atırlar. Bu qədər maddi zərər vururlar, səhəri də üzr istəyib azad edirlər ki, yanlışlıq olub. Bununla bağlı Avropa məhkəməsinə müraciət edəcəm. Əlimdə türk məhkəməsinin çıxardığı qərar var. Üstəlik sağ çiynimdə çat əmələ gəlib. Özümə də heç bir tibbi yardım göstərilməyib. Üstəlik maddi zərər də görmüşəm”.