Bakıda baş verən dəhşətli yol qəzaIından görüntülər


Hava limanı  yolunda 160 saylı marşrut avtobusla „VAZ 2109“ markalı avtomobil və daha bir neçə maşının toqquşması nəticəsində azı 16 nəfər xəsarət alıb.
Hadisə yerinə 5 həkim briqadası gedib: „16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Onlardan üçünün vəziyyəti orta-ağırdır. Ağır xəstələrdən biri əməliyyata götürülüb, iki nəfərin isə vəziyyəti ağırdır“.
Hadisə zamanı ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qəza zamanı 9 avtomobilin iştirakı ilə zəncirvari qəzanın baş verdiyi də bildirilir.