Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi


 

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Nayfalı oğlu Quliyevin tutduğu vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə uzun müddətdi haqqında müxtəlif məlumatlar yayılan Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalı, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək:
„Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər.
Bundan əvvəlki yazilarimizda Laçın rayon sakinlərinin şikayəti əsasında  icra hakimiyyətinin başçısı Akif SƏlimovun haqqinda http://www.avrasiya.net saytında vermiş oldugumuz
başlıqlı yazılardan sonra Akif Səlimova yaxın adamlar tərəfindən açıq aşkar ölümlə təhdid olunmuşduq.
Görünür cəzasız qalmaga öyrəşmış Akif Səlimovlar bu dəfə cəzasiz qalmasından yararlana bilmədi.
Apardıgımız araşdırmaları davam etdirdik və  nəticələr öz bəhrəsini  verdi.Akif Səlimovun haqqinda verilən qərar təqdirə layiqdir.
O ki qaldı Akif Səlimovun cah cəlalına fermalarına  bu işlər isə prokururluq orqanları araşdırmalıdır.