AXCP Təşkilat şöbəsinin müdiri Ələddin Qarayev: Ziyalı küçə uşaqlarına qoşulmamalıdı


Ələddin Qarayev: Ziyalı küçə uşaqlarına qoşulmamalıydı

Qaraguruhçular yenə küçə uşağı kimi məhəllə savaşını sosial şəbəkəyə çıxarıb. Əli Kərimlinin „Yurd“ ictimai birliyi facebookda şəbəkələşmiş formada növbəti dəfə hədəf kimi REAL Hərəkatının İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı Natiq Cəfərlini seçiblər.

Mediaxeberleri.az xəbər verir ki, iki gün əvvəlN.Cəfərlinin yazdığı fikirlər bir çoxlarında qıcıq yaratdı, tanınmış iqtisadçı haqqında sosial şəbəkədə bir qrup tərəfindən yaramaz sözlər yazıldı. Dəhşət burasındadır ki, bu uşaqlara tanınmış professor Nurəddin Məmmədli də qoşuldu. Sadəcə ayıbdır, deyib kifayətlənmək istəyirdim. Amma ürəyimdəki hisslər bu yazını yazmağa məni məcbur etdi.

Ölkəni idarə etməyə iddialı olan bir şəxsin bu cür davranışı xoşagəlməzdir. Ahıl vaxtınızda küçə səviyyəsində sosial şəbəkəni eybəcərliyə çevirən tərbiyəsizlərə qoşulub mübahisə edə-edə özünüzü niyə biyabır edirsiniz?

Sizin ölkəmizə və gəncliyimizə töhvələr vermə vaxtınızdır. Əsl ziyalı kimi davranmaqdansa qaraguruhçuluqla məşğul olursunuz. Mən heç də ziyalının siyasətlə məşğul olmasına pis baxmıram. Ayrı-ayrı ölkələrdə tanınmış ziyalıların siyasətə gəlməsinə dair nümunələr kifayət qədərdir. Lakin bu o hallardır ki, tutalım, hər hansı elm adamı siyasəti seçir, siyasətlə peşəkarcasına məşğul olur. Azərbaycan demokratik ölkədir, hər kəs istədiyi peşəni, o cümlədən siyasəti seçməkdə sərbəstdir. Ancaq məsələ burasındadır ki, „YURD“ ictimai birliyi adlanan qurumda toplaşanlar, bir yandan deyirlər ki, guya siyasətlə məşğul olmurlar, digər yandan isə siyasi bəyanatlar verir, özlərini siyasi fəaliyyət subyekti kimi aparıb, şərləmə, aşağılama kampaniyası həyata keçirirlər.

Ziyalı obyektiv olmağı bacarmırsa, o heç zaman yaxşı müəllim, alim, yazıçı da ola bilməz.