Özünü yandıran şəxs xəstəxanada öldü


Mərhumun banka borcunun olduğu bildirilir

Bakıda 3 gün əvvəl özünü yandıran şəxs xəstəxanada ölüb.

Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsində üstünə benzin tökərək özünü yandıran 37 yaşlı Eldar Bəkirov bu gecə 5 saylı şəhər klinik xəstəxanasının Yanıq Mərkəzində vəfat edib.

Ölüm faktı ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə fevralın 22-də saat 18-00 radələrində Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 23 ünvanının qarşısında baş verib. Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Bəkirov Eldar Akif oğlu sərxoş vəziyyətində üstünə benzin tökərək özünü yandırıb. Vətəndaş ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

E.Bəkirov özünü yandıran zaman banka borcu olduğunu və ailəsini dolandıra bilmədiyini deyib.