Ombudsmanandan Elşad Abdulayeva destək


11169792_852888954804138_875325100696380333_n

Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılıb, hüquq pozuntusu müəyyənləşdiyi halda onların bərpası üzrə tədbirlər görülüb.

Bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildiriblər”.

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında deyilib. Hesabatda bildirilib ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və indiyədək davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplom ala bilməməsidir:

“Əslində Təhsil Nazirliyi ABU-nun problemlerinan xəbərsiz olmayıb, həmin universitetin ləğv edildiyi vaxta kimi istər TQDK xətti ilə, istərsə də köçürmə qaydasında, yaxud TQDK-dan kənar yolla qəbul edilmiş və məzun olmuş şəxslərə müvafiq qaydada diplom verilib.

Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir. Müvəkkil qeyd edilənləri nəzərə alaraq, həmin tələbələrə müvafiq ali təhsil haqqında diplomun verilməsi məsələsinə baxılmasını və həll olunmasını məqsədəuyğun hesab edir”.