“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat Hesabat


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat . Hesabat 23 dekabar2015-ci ilə qədər olan məlumatları əhatə edir .

Məmmədov İlqar Eldar oğlu

il

Saxlanma tarixi: 4 fevral 2013‐cü il İttiham: CM‐nin 220.1‐ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2‐ci (xidməti və əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün tə zifələrini yerinə yetirməsi ilə hlükəli olan zor tətbiq etmə) maddələri Saxlandığı yer: Şəki Penitensiar Müəssisəsi İş üzrə qısa arayış: Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra fəal şəkildə siyasətlə məşğul olan şəxslərdən biridir, artıq 10 ildən çox müddətdə mövcud olan və Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın – German Marşal Fondunun və Revenue Watch təşkilatının Məsləhət Şurasının üzvüdür28. Cənab Məmmədov 2009‐cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif qüvvə kimi populyarlaşan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir. Hərəkatın əsas məqsədi Azərbaycanda cümhuriyyətçilik ənənələrini bərpa etmək, parlamentli respublikaya keçid, effektiv hökumət qurmaq, hüquq və azadlıqların birmənalı təminat etmək və s. amallardır. Yarandığı vaxtdan indiyə kimi REAL mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul olan şəxsləri, o cümlədən prezident İlham Əliyevi tənqid etməklə yanaş , həm də lternativ ı a proqramlar təklif edib. Cənab Məmmədov 2009‐cu ilin martında bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS telekanalının canlı yayımında bu qadağanın aradan qaldırmaqla prezident Əliyevi ölkəni uçuruma sürükləməkdə, İranda Şah Rza Pəhləvinin yolu ilə getdiyində ittiham etmişdi. 2010‐cu ilin Parlament seçkilərində namizəd olmuş cənab Məmmədov seçki platformasında, xüsusən efir vaxtı zamanı hakimiyyəti yaramaz siyasət aparmaqda ittiham etmişdi. Cənab Məmmədov 2012‐ci il martın 1‐də Quba şəhərində yerli icra başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir. 2012‐ci ilin noyabrında cənab Məmmədov parlamentin qeyri‐effektiv fəaliyyət göstərdiyini və saxta seçkilər nəticəsində seçilən adamlardan ibarət olduğunu bildirərək parlamenti zooparka bənzətmişdi. Bundan sonra parlamentin üzvü və hakimiyyəti yaxınlığı ilə seçilən Adil Əliyev cənab Məmmədov barəsində verdiyi müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək, faktiki olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə göndəriləcək iddia ərizəsinin artıq hazır olduğunu və ərizənin deputatlar tərəfindən imzalanma prosesinin davam etdiyini bildirmişdi (amma son olaraq məhkəməyə müraciət edilmədi). 2013‐ cü il yanvarın 19‐da Bakıda yerləşən Binə Ticarət Mərkəzində çalışan şəxslər sosial tələblərlə etiraz aksiyası keçirmişlər, nəticədə polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz aksiyasının keçirildiyi yerə gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz bloqunda, həm də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş,