“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat Hesabat


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat . Hesabat 31 dekabar 2015-ci ilə qədər olan məlumatları əhatə edir .

Həşimli Pərviz Kamran oğlu

1384266201_Perviz-Hesimli-hebs

Saxlanma tarixi: 17 sentyabr 2013‐cü il İttiham: CM‐nin 206.3.2‐ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1‐ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissə və rs ə, sax ləri lərini döyüş su atını əldə etm lama, daşıma) maddə Saxlandığı yer: Bakı İstintaq Təcridxanası (Kürdəxanı Təcridxanası) İş üzrə qısa arayış: “Bizim yol” qəzetinin əməkdaşı və http://www.moderator.az xəbər saytının, o cümlədən hüquq müdafiə təşkilatı olan Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri olan cənab Həşimli sentyabrın 17‐i axşam saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, onun evində və əməkdaşı olduğu “Bizim yol” qəzetinin redaksiyasında axtarış aparılıb, jurnalistin redaksiyadakı kompüteri və digər əşyaları müsadirə edilib. MTN jurnalistin evində axtarış zamanı silah‐sursatın tapıldığını bildirib. Yayılan rəsmi məlumatda o da bildirilib ki, cənab Həşimli digər təqsirləndirilən şəxs Təvəkkül Qurbanovla birlikdə qabaqcadan əlbir olaraq satış məqsədilə İran vətəndaşlarından külli miqdarda silah və döyüş surs tını qaçaqmalçılıq yol a u ilə gömrük nəzarətindən kənar İran ərazisindən Azərbaycana keçirib, qanunsuz olaraq daşıyıb, gəzdirib və saxlayıblar. Jurnalistin (eyni zamanda hüquq müdafiəçisi) barəsində sentyabrın 18‐də Səbail rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib, o, məhkəməyə nümayişkaranə tərzdə ‐ başına torba salınmış vəziyyətdə gətirilib. Bu məhkəmə zamanı cənab Həşimli saxlanılarkən kobud rəftar nəticəsində ayağından zədə aldığını, MTN‐də işgəncə veriləcəyi ilə hədələndiyini bildirib. Jurnalistin həbs edildiyi gün onun evində axtarışı MTN‐nin çoxsaylı əməkdaşı aparıb, evdə cənab Həşimlinin hamilə həyat yoldaşının və onun 5 yaşlı qızının olmasına baxmayaraq, MTN əməkdaşları silahlı olublar və axtarış zamanı silahları yığışdırmayıblar, axtarış haqqında məhkəmə qərarı olsa da, axtarışa gələnlər qapını döymək əvəzinə ilk öncə pəncərədən içəri keçməyə cəhd göstəriblər. Mənzilin yerləşdiyi həyətdə və mənzilin içində işlək vəziyyətdə təhlükəsizlik kameralarının olduğunu aşkarladıqdan sonra bu kameralar sındırılıb. Axtarış zamanı jurnalistin həyat yoldaşı qonşularının, o cümlədən artıq mənzilin yaxınlığına gələn jurnalistlərin evə dəvət olunmasına çağırışlar etsə də, buna məhəl qoyulmayıb. Axtarış bitdikdən və evin qapıları dərhal açıldıqdan sonra jurnalistin həyat yoldaşı çöldə olan və axtarışın bitməsini gözləyən jurnalistlərə və hüquq müdafiəçilərinə onların evinə silah‐sursatın atıldığını bildirib. Jurnalist onun barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması və verilən şikayətlər zamanı keçirilən bütün məhkəmə proseslərində MTN‐nin İstintaq Təcridxanasında tək kamerada saxlandığını, ona qarşı müxtəlif təzyiqlərin olduğunu, prinsipial mövqeyi olan vəkildən imtina etməsi üçün ərizə yazdırmaq istədiklərini, gecə otaqda işığın söndürülmədiyini bildirmişdir. Bununla belə, Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan jurnalistin bütün bu şikayətlərinə həm məhkəmə tərəfindən, həm də jurnalistin və onun yaxınlarının müraciət etdiyi rəsmi şəxslər tərəfindən məhəl qoyulmamışdır6. ır C t ə fevralında göndərilmişdir və Novruz Kərimov təyin edilib. Cənab Həşimlinin işi Bakı Ağ inayə lər Məhk məsinə 2014‐cü ilin bu işə baxmaq üçün hakim kimi əvvəllər MTN‐nin müstəntiqi olmuş ənab Həşimli bu hakimin 15 may 2014‐cü il tarixli qərarı ilə 8 il müddətinə azadlıqdan əhrumetmə cəzasına məhkum edilmişdir.