“Razi Nurullayev sədr seçildi – Fotolar


 
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası Təşkilatı Komitəsinin Etimad qurultayı baş tutub. Qurultay Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilib.


“Avrasiya net”qurultayda iştirak edən əməkdaşı xəbər verir ki, çıxış edən Razi Nurullayev bir neçə məsələyə münasibət bildirib:


“Mübarizənin söyüşlə olduğunu anlayanlar bizi iqtidaryönümlü adlandırır. Bilməlidirlər ki, biz tam müxalifik. Sadəcə olaraq söyüş söyməkdənsə, kübar mübarizəni seçmişik. Mən istəyərdim ki, bu gün burada siyasi məhbusların da plakatları olsun. Ancaq hansı mətbəəyə müraciət etdiksə, razı olmadılar. Bizim siyasətimiz qarşılıqlı hörmətdir”.


Daha sonra AXCP-nin sədrliyinə üç nəfərin-Razi Nurullayev, Mehman Muradlı və Səbuhi Əliyevin namizədliyi verilib. Səsvermə nəticəsində Razi Nurullayev 165 səslə AXCP-nin sədri seçilib.
Fuad Agayev