„Karasu Company“də ixtisarlar aparılır


 „Karasu  Company“də ixtisarlar aparılır.Ixtisarlara səbəb neftin kəskin ucuzlaşması olduğu bildirilir

F.Agayevin  sözlərinə görəki, „Karasu  Company“ əsasən 50-59 yaşlı işçiləri ixtisar edir. „İxtisar olunanların əksəriyyəti yaxşı mütəxəssislərdir. Amma bu yaşdan sonra onlara iş tapmaq çox çətin olacaq. Şirkət rəhbərliyi ixtisarları neftin kəskin ucuzlaşması ilə əlaqələndirir“,

Bundan başqa, hüquq müdafiəçisi bildirib ki, ixtisarlar „Karasu Company“nin daxil olduğu „Global Energy Azerbaijan Group“un digər strukturlarında da aparılır.

“Ötən həftədən nəqliyyat idarəsindəki işçilərin ixtisarı başlayıb və bu ixtisarlar ilin sonuna kimi davam edəcək. Narahatlığım odur ki, ixtisarlar düzgün və ədalətli, əmək qanunvericiliyinə uyğun aparılmır. Qohum-əqrəba üçün iş yerləri düzəldilir, onlardan ixtisara düşəni yoxdur.

Məsələnin başında SOCAR rəhbərliyi dayanır.SOCAR rəhbərliyi fəhləni, qazmaçını ağlada-ağlada işdən çıxarır. Bu vəziyyət dərindən araşdırılmalı, ölkədə müzakirə mövzusuna çevrilməlidir.

Qeyd edək ki, „Karasu nt Company“nin təxminən 1500 işçisi var.

Fuad Agayev